Tarix : 2017 Jan 09
Kod 51074

2016-ci il Ermənistanı 60 min nəfər tərk edib

60 min insanın ölkəni tərk etməsi 2016-cı ildə Ermənistan üçün ən böyük itkidir.
Arannews- Ötən il Ermənistanı 60 min nəfər tərk edib. Bu rəqəmlər əvvəlki ilin göstəricilərindən çoxdur.
bu sözləri Ermənistan parlamentindəki Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan deyib.
Onun fikrincə, 60 min insanın ölkəni tərk etməsi 2016-cı ildə Ermənistan üçün ən böyük itkidir. "Həmçinin 2 aprel hadisələri ilin ağrılı səhifəsi oldu. Təəssüf ki, hakimiyyət bundan heç bir dərs götürmədi" – deyə deputat bildirib.
Aram Manukyan qeyd edib ki, Ermənistan Polisinin PPX alayının ərazilərinin bir qrup insan tərəfindən nəzarətə götürülməsi düşüncəsiz addım idi. Amma hər halda o xalq etirazının dalğası oldu.
"2016-cıda həmçinin yeni hökumət formalaşdırılmışdı, hansı ki, əvvəlcə ümid cücərtiləri oyatdı. Lakin insanları çox tez məyus etdi. Bu Hökumət heç özünü də arxayın etməyən büdcəni təqdim etd. Bu son 25 il ərzində ən pis büdcədir. Həmçinin nə pensiya, nə də maaşlar artırılıb", - deyə deputat qeyd edib.


  • Yazılıb
  • da (də) 2017 Jan 09
  • Göndərən مدير سايت Aran News