Tarix : 2017 Jan 09
Kod 51075

Fətullah Gülən təşkilatı Rusiya üçün təhlükəlidir

Gülən tərəfdarları sayı 8 milyona qədərdi.
Arannews- Fətullah Gülən təşkilatı Rusiya üçün də təhlükəlidir.
bu sözləri Rusiyanın Din və Toplum Araşdırmaları Mərkəzinin sədri, islam teoloqu Aleksey Qrişin deyib.
O,  Gülən tərəfdarlarının sayının 8 milyona qədər olduğunu bildirib:
 “Bu say Türkiyədə siyasi qurumlara sızmaq üçün yetəri qədər kifayət edir. 2000-ci illərin əvvələrində Gülən məktəblərinin məzunları türk ordusuna daxil olmağa başladılar. Hətta yüksək rütbələr alanlar da oldu. Daha sonra Ərdoğanla mübarizə başladı. Əvvəllər Ərdoğan onlara xoş münasibət göstərirdi. Lakin bir Ərdoğana sadiq kəşfiyyat dairlərlə Gülən şəbəkəsinin AKP-də yüksək mövqeləri tutduğunun fərqinə vardı”.
Qrişin onu da vurğulayıb ki, Rusiyada 1995-ci ildən 2008-ci ilə kimi Gülənlə bağlılığı olan təhsil ocaqları aktiv şəkildə fəaliyyət göstərirdi:
 2008-ci ildə Rusiya Ali Məhkəməsi tərəfindən nurçular təşkilatının qadağan edilməsindən sonra onlara məxsus məktəblərin də fəaliyyəti dayandırıldı. Həmin ildən bəri Gülən şəbəkəsinin Rusiyada fəaliyyəti qadağandır. Biz bu təhlükəni vaxtında hiss etdik.

  • Yazılıb
  • da (də) 2017 Jan 09
  • Göndərən مدير سايت Aran News