Texasda FETÖ üzvləri tərəfindən qurulduğu bildirilən universitetin rəsmi saytında yer alan 19 dekabr tarixli məlumatda Tekalanın universitetin üçüncü rektoru təyin olunduğu ifadə edilib.
Arannews- Türkiyədə axtarışda olan FETÖ-çu ABŞ-da rektor təyin edildi.Türkiyədə haqqında "FETÖ üst məhkəməsi", "KPSS imtahan suallarının oğurlanması" və "Futbolda korrupsiyada tələ" kimi məhkəmə işlərində müqəssir olan və haqqında həbs qərarları olan qədim Fatih Universitetinin rektoru Şərif Əli Tekalanın Texasdakı North American Universitetinə rektor təyin olunduğu qeyd olunub.
Texasda FETÖ üzvləri tərəfindən qurulduğu bildirilən universitetin rəsmi saytında yer alan 19 dekabr tarixli məlumatda Tekalanın universitetin üçüncü rektoru təyin olunduğu ifadə edilib.
Texasda 2010-cu ildə Ali Təhsil Qurumunun (THECB) razılığı ilə North American College adı ilə fəaliyyətə başlayan məktəbin 2013-cü ildə adını North American Universiteti olaraq dəyişdiyi görünür. Türkiyədəki bir çox FETÖ cinayət işi çərçivəsində haqqında tutulma qərarları olan Tekalanın əvvəl Avropaya, sonra da ABŞ-a qaçdığı bilinirdi.
BOZ KATEQORİYADADIR
Tekalan 2010-cu ildəki "KPSS imtahan suallarının oğurlanması", "Futbolda korrupsiya tələsi" və "FETÖ üst məhkəməsi" kimi məhkəmələrdə onlarca illik həbs cəzası tələbi ilə mühakimə olunur. Tekalanın adı Türkiyə Polis Baş İdarəsi tərəfindən axtarılan terrorçular siyahısında 300 min TL-yə (Təqribən 145 min manat - red.) qədər mükafat təyin olunan boz kateqoriyada yer alır.