Tarix : 2017 Jan 09
Kod 51078

Rusiya-İslam münasibətlərində geniş perspektivlər yaranıb

Rusiya İran və Türkiyə kimi dövlətlərlə müttəfiq olaraq Yaxın Şərq hadisələrinə gözəl təsir imkanına malik olacaq.
Arannews- Rusiya Dövlət Dumasının spiker müavini və Kremlin siyasət trendini mükəmməl şəkildə bilən Vladimir Jirinovski bildirib ki, 2017-ci ildə Rusiya-İslam münasibətlərində geniş perspektivlər yaranıb.
Rusiya İran və Türkiyə kimi dövlətlərlə müttəfiq olaraq Yaxın Şərq hadisələrinə gözəl təsir imkanına malik olacaq. 
Həmçinin Jirinovkiy onu da vurğulayıb ki, Suriyada vəziyyət sabitləşəndən sonra rəsmi Moskva 5 ölkədən ibarət (Rusiya, İran, Türkiyə, İraq və Suriya) möhtəşəm ittifaq təşkil edə bilər, bu isə müsəlman dünyasının əsas hissəsini təşkil edir. 
Qeyd edək ki, Jirinovski Rusiyanın Türkuiyə ilə tezliklə ən gözəl münasibətlərin quracağına inandığını deyərək, Kremilin yavaş-yavaş islamiləşdiyini xüsusilə vurğulayıb.


  • Yazılıb
  • da (də) 2017 Jan 09
  • Göndərən مدير سايت Aran News