Türkiyənin sülh müzakirələrində iştirakı Suriya böhranında Ərəbistan və Qətər kimi radikal və təsirli ölkələrin qırağa qoyulması ilə nəticələnir. Bu da terrorçu birləşmələrin himayətçiləri arasında ixtilafın yaranması deməkdir.
Hələbin azad edilməsindən sonra Suriyanın siyasi hadisələri 6 il öncəkindən fərqli bir istiqamət götürdü. Tərəzinin gözünün Suriya dövlətinin hamilərinin xeyrinə dəyişməsi, Amerika və Rusiyanın böhranın dinc yolla həll edilməsi barədə razılıq əldə edə bilməməsi ilə birləşərək, Tehran-Moskva-Ankara üçtərəfli sülh görüşünü gerçəkləşdirdi. Bu müzakirələrin nəticəsi Suriya dövlətinin silahlı qüvvələri ilə yeddi silahlı qrup –Filəquş-Şam, Əhraruş-Şam, Ceyşül-İslam, Səvarüş-Şam, Ceyşül-Mücahidin, Ceyşül-İdlib və Cəbhətül-Şamiyyə– arasında atəşkəs yaranması oldu. Bu çərçivədə Türkiyə terrorçular tərəfindən atəşkəsin qorunmasına zamin olacağını elan etdi. Ankaranın Suriyada siyasətinin dəyişməsi, bu ölkədə atəşkəsi dəstəkləməsinin yanında Suriya dövləti və onun regional himayətçiləri üçün bir sıra diqqəti çəkən imkanlar və təhdidlər yarada bilər:
Mümkün təhdidlər:
Əslində Türkiyə, Suriya böhranı qarşısında strateji siyasətini dəyişməklə regional hadisələrdə özünün yeni simasını göstərməyə təlaş etməkdən əlavə, həm də Amerika, Qətər və Ərəbistan blokunun yerini də almaq niyyətindədir. Bu arada Tehran və Dəməşq Moskvadan fərqli olaraq bu məsələyə daha artıq sui-zənn edir. Xüsusən də son günlərdə Rusiya qırıcılarının Əl-babda Türkiyəyə kömək etməsi xəbərləri yayılmışdır. Habelə, Röyters xəbər agentliyi məlumatlı qaynağa istinadla xəbər verib ki, Rusiya və Türkiyə, Suriyada öz nüfuzları altında olan əraziləri müəyyən etmək fikrindədirlər. Belə bir hərəkət Yaxın Şərq və onun qüdrət düzümü üçün çox təhlükəlidir. Bu mövzu Amerikanın müttəfiqlərinin Suriyada atəşkəsi pozmaq üçün məhz psixoloji müharibə yaratmasına cəhd olacağı surətdə, yenə də Türkiyənin bu böhranda Əsədlə düşmənlikdən əl götürərək, onun müttəfiqləri ilə uzlaşması, Türkiyənin gizlin siyasətləri barədə həssaslıqlar yaratmışdır.
Ankara, atəşkəsdən öncə “Suriya Azad Ordusu” ilə əməkdaşlıq edərək Suriyanın şimal kürdlərini geri oturtmaq və Mənbic şəhərinə daxil olmaq niyyətində idi. Türkiyənin terrorçu qruplaşmaların atəşkəsə əməl edəcəyinə zəmanəti qəbul etməsi belə bir fikir doğurur ki, Türkiyə bu fürsətdən istifadə edərək zaman qazanmaq və terrorçu qrupların qüvvəsini yenidən bərpa etmək istəyir. Ərdoğan, Rusiya ilə kin-küdurətin aradan qaldırılması və uçuş qadağan edilmiş ərazi yaradılması məsələsi barədə Amerika ilə ixtilafını aşkar etməkdən başqa, Bəşər Əsəd hakimiyyəti ilə bağlı baxışlarında elə də ciddi bir dəyişiklilk göstərməmişdir. Üstəlik, bir müddət öncəyə qədər Dəməşqin əsas müxaliflərindən olan “Azad Suriya Ordusu” ilə geniş müharibə əməkdaşlığı olmuşdur.
Yeri gəlmişkən, Rusiya-Türkiyə yaxınlaşması, Suriya məsələsində ikitərəfli siyasi alış-verişlərə səbəb ola bilər və buna görə də Moskva, Ankara ilə razılaşması çərçivəsində terrorçulara qarşı hava hücumlarını azalda bilər. Halbuki, atəşkəsdə iştirak edən terrorçu qrupların çoxu Cəbhətün-Nüsrə dairəsindədir və bunun ayırd edilməməsi atəşkəs dövründə Suriya dövləti üçün nisbi siyasi və hərbi sakitliyi təhlükəyə salır.
Qarşıda dayanan imkanlar
Bununla belə, Türkiyəni sülh danışıqları prosesinə daxil etmək bu imkanı yaradır ki, Türkiyə terrorçu qruplaşmalar üzərində öz nüfuzundan istifadə edərək müzakirələrin nəticəsi ilə razılaşmaq üçün onlara təzyiq göstərsin. Ankara öz milli maraqlarına çatmaq üçün lazım olan surətdə Amerika və regiondakı müttəfiqlərindən uzaqlaşacaq, üstəlik, Dəməşqə zidd olan terrorçuları da dəstəkləməkdən əl götürəcək. Necə ki, Ankaranın Cəbhətün-Nüsrəni terrorçu qruplar siyahısında yerləşdirməsini qəbul etməsi, bu terror qrupuna əsaslı zərbələr vurulması üçün yaxşı imkan yaratdı. Üstəlik, Cəbhətün-Nüsrə birləşməsinin tərkibində olan silahlı qrupların da dağılmasına səbəb ola bilər.
Digər tərəfdən Suriyada müharibə illəri və Türkiyənin bu münaqişədə qoyduğu xərc türklər üçün bunu aydınlaşdırdı ki, ABŞ bu ölkənin kürdlərin güclənməsi və müstəqil Kürdüstan dövlətinin yaranmasının mümkünlü ilə Türkiyənin ərazi bütövlüyünün təhlükəyə düşə biləcəyinə aid narahatlığını aradan qaldırmaq üçün heç bir addım atmayacaq.
Habelə, Türkiyənin sülh müzakirələrində iştirakı Suriya böhranında Ərəbistan və Qətər kimi radikal və təsirli ölkələrin qırağa qoyulması ilə nəticələnir. Bu da terrorçu birləşmələrin himayətçiləri arasında ixtilafın yaranması deməkdir.
Bu imkan və təhdidləri, onların Suriyanın gələcək hadisələr prosesində mümkün təsirlərini nəzərə almaqla Tehran və Suriya gələcək siyasi danışıqlara Türkiyənin iştirakını diqqətlə nəzarətdə saxlamalıdır.
əlwaght