Xəbər Lenti

Azərbaycan Qərbdən imtina etməlidirmi – “Moskva ilə anlaşmaq daha münasibdir” – Politoloq

ABŞ: “Azərbaycan əmək və cinsi istismara məruz qalanlar üçün mənbə, tranzit ölkə və səyahət yeridir”

Müdafiə naziri NATO toplantısında

Mehriban Əliyeva işadamlarını xeyriyyəçiliyə çağırıb, bəs onlar

Sumqayıt məhkəməsi narkotik dövriyəsi ilə məşğul olan şəxsi azadlığa buraxıb

Bayram Məmmədov aclıq aksiyasını dayandırıb

''Jurnalistin oğurlanmasında kimlərin iştirak etdiyi araşdırılmalıdır''

Xaraktersiz kişilər

Qarabağ əlili: “Dedilər, Mehriban Əliyeva gedincə burda qalmalısan”

Müsavatın saxta vəsiqəsi ilə mühacirətə gedən şəxs barəsində axtarış elan olundu

Kılıçdaroğlu Azәrbaycanda yürüyә bilәrdimi

Bayram Məmmədovun aclığı dayandırdığı deyilir

Azərbaycanlı məhbusun ölümü Avropa Məhkəməsində

Gürcüstan prezidenti Əfqan Muxtarlının xanımını qəbul edib

İdman yarışlarını ailə biznesinə çevirən nazir

İlham Əliyev bir dәfә dә olsun xalqın qarşısına çıxmayıb

Zori Balayanın Şuşada oynamasına İlham Əliyev çiyin çəkir

Bu hadisə Azərbaycanda olsaydı (heç vaxt ola biməz) həmin prokuroru dilindən asardılar

Azərbaycanlılar "Equpy" adlı yeni sosial şəbəkə saytı yaratdılar (MÜSAHİBƏ)

Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı

Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı

Tbilisi “Cümə” məscidində bayram namazı

Gürcüstanda azərbaycanlılar Ramazan bayramı münasibətilə maraqlı kampaniya keçirdi

Abbas Abbasov hakimiyyətə qarşı yeni ittifaq qurur

Azərbaycan İslam Partiyası xalqımızı təbrik etdi

''Azərbaycan - İmkanları məhdudlaşdırılan müxalifət''

Özü işğalçı olan rejim vasitəsilə Qarabağın azad edilməsi ideyası xam xəyaldır

Qüds Günü ədalətin və sülhün zəfər günü olsun! – BƏYANAT

“İnsan haqları: Qüds və Qarabağ – eyni dərddə” elmi-nəzəri konfrans

Azərbaycanda dini qadağalar rəsmiləşdirildi

Tale Bağırzadəyə məhbəsdən ad günü təbriki

Bakıda möhtəşəm Qüds Günü tədbiri

Eldar Mahmudovun bandasının daha bir üzvü ölkədən qaçdı

Mingəçevirdə yaşayış evlərini su basıb

Hüquqşünas Baş Prokurorluğa nəyə görə çağırılıb - AÇIQLAMA

Bakı dövləti inadkarlıq uçurumunda

İsrail səfirliyi qarşısında saxlanılan 27 nəfər islamçı sərbəst buraxılıb

Ramazan ayı Quranın baharı olduğu kimi Qüdsün də baharıdır

İsrailin Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib - 27 nəfər saxlanılıb

Arxiv
 
Tarix : 2017 Yan 11     |     Kod : 51079

Ankaranın Dəməşq qarşısında mövqeinin dəyişməsinin təhlükə və ümidləri

Türkiyənin sülh müzakirələrində iştirakı Suriya böhranında Ərəbistan və Qətər kimi radikal və təsirli ölkələrin qırağa qoyulması ilə nəticələnir. Bu da terrorçu birləşmələrin himayətçiləri arasında ixtilafın yaranması deməkdir.

Hələbin azad edilməsindən sonra Suriyanın siyasi hadisələri 6 il öncəkindən fərqli bir istiqamət götürdü. Tərəzinin gözünün Suriya dövlətinin hamilərinin xeyrinə dəyişməsi, Amerika və Rusiyanın böhranın dinc yolla həll edilməsi barədə razılıq əldə edə bilməməsi ilə birləşərək, Tehran-Moskva-Ankara üçtərəfli sülh görüşünü gerçəkləşdirdi. Bu müzakirələrin nəticəsi Suriya dövlətinin silahlı qüvvələri ilə yeddi silahlı qrup –Filəquş-Şam, Əhraruş-Şam, Ceyşül-İslam, Səvarüş-Şam, Ceyşül-Mücahidin, Ceyşül-İdlib və Cəbhətül-Şamiyyə– arasında atəşkəs yaranması oldu. Bu çərçivədə Türkiyə terrorçular tərəfindən atəşkəsin qorunmasına zamin olacağını elan etdi. Ankaranın Suriyada siyasətinin dəyişməsi, bu ölkədə atəşkəsi dəstəkləməsinin yanında Suriya dövləti və onun regional himayətçiləri üçün bir sıra diqqəti çəkən imkanlar və təhdidlər yarada bilər:
Mümkün təhdidlər:
Əslində Türkiyə, Suriya böhranı qarşısında strateji siyasətini dəyişməklə regional hadisələrdə özünün yeni simasını göstərməyə təlaş etməkdən əlavə, həm də Amerika, Qətər və Ərəbistan blokunun yerini də almaq niyyətindədir. Bu arada Tehran və Dəməşq Moskvadan fərqli olaraq bu məsələyə daha artıq sui-zənn edir. Xüsusən də son günlərdə Rusiya qırıcılarının Əl-babda Türkiyəyə kömək etməsi xəbərləri yayılmışdır. Habelə, Röyters xəbər agentliyi məlumatlı qaynağa istinadla xəbər verib ki, Rusiya və Türkiyə, Suriyada öz nüfuzları altında olan əraziləri müəyyən etmək fikrindədirlər. Belə bir hərəkət Yaxın Şərq və onun qüdrət düzümü üçün çox təhlükəlidir. Bu mövzu Amerikanın müttəfiqlərinin Suriyada atəşkəsi pozmaq üçün məhz psixoloji müharibə yaratmasına cəhd olacağı surətdə, yenə də Türkiyənin bu böhranda Əsədlə düşmənlikdən əl götürərək, onun müttəfiqləri ilə uzlaşması, Türkiyənin gizlin siyasətləri barədə həssaslıqlar yaratmışdır.
Ankara, atəşkəsdən öncə “Suriya Azad Ordusu” ilə əməkdaşlıq edərək Suriyanın şimal kürdlərini geri oturtmaq və Mənbic şəhərinə daxil olmaq niyyətində idi. Türkiyənin terrorçu qruplaşmaların atəşkəsə əməl edəcəyinə zəmanəti qəbul etməsi belə bir fikir doğurur ki, Türkiyə bu fürsətdən istifadə edərək zaman qazanmaq və terrorçu qrupların qüvvəsini yenidən bərpa etmək istəyir. Ərdoğan, Rusiya ilə kin-küdurətin aradan qaldırılması və uçuş qadağan edilmiş ərazi yaradılması məsələsi barədə Amerika ilə ixtilafını aşkar etməkdən başqa, Bəşər Əsəd hakimiyyəti ilə bağlı baxışlarında elə də ciddi bir dəyişiklilk göstərməmişdir. Üstəlik, bir müddət öncəyə qədər Dəməşqin əsas müxaliflərindən olan “Azad Suriya Ordusu” ilə geniş müharibə əməkdaşlığı olmuşdur.
Yeri gəlmişkən, Rusiya-Türkiyə yaxınlaşması, Suriya məsələsində ikitərəfli siyasi alış-verişlərə səbəb ola bilər və buna görə də Moskva, Ankara ilə razılaşması çərçivəsində terrorçulara qarşı hava hücumlarını azalda bilər. Halbuki, atəşkəsdə iştirak edən terrorçu qrupların çoxu Cəbhətün-Nüsrə dairəsindədir və bunun ayırd edilməməsi atəşkəs dövründə Suriya dövləti üçün nisbi siyasi və hərbi sakitliyi təhlükəyə salır.
Qarşıda dayanan imkanlar
Bununla belə, Türkiyəni sülh danışıqları prosesinə daxil etmək bu imkanı yaradır ki, Türkiyə terrorçu qruplaşmalar üzərində öz nüfuzundan istifadə edərək müzakirələrin nəticəsi ilə razılaşmaq üçün onlara təzyiq göstərsin. Ankara öz milli maraqlarına çatmaq üçün lazım olan surətdə Amerika və regiondakı müttəfiqlərindən uzaqlaşacaq, üstəlik, Dəməşqə zidd olan terrorçuları da dəstəkləməkdən əl götürəcək. Necə ki, Ankaranın Cəbhətün-Nüsrəni terrorçu qruplar siyahısında yerləşdirməsini qəbul etməsi, bu terror qrupuna əsaslı zərbələr vurulması üçün yaxşı imkan yaratdı. Üstəlik, Cəbhətün-Nüsrə birləşməsinin tərkibində olan silahlı qrupların da dağılmasına səbəb ola bilər.
Digər tərəfdən Suriyada müharibə illəri və Türkiyənin bu münaqişədə qoyduğu xərc türklər üçün bunu aydınlaşdırdı ki, ABŞ bu ölkənin kürdlərin güclənməsi və müstəqil Kürdüstan dövlətinin yaranmasının mümkünlü ilə Türkiyənin ərazi bütövlüyünün təhlükəyə düşə biləcəyinə aid narahatlığını aradan qaldırmaq üçün heç bir addım atmayacaq.
Habelə, Türkiyənin sülh müzakirələrində iştirakı Suriya böhranında Ərəbistan və Qətər kimi radikal və təsirli ölkələrin qırağa qoyulması ilə nəticələnir. Bu da terrorçu birləşmələrin himayətçiləri arasında ixtilafın yaranması deməkdir.
Bu imkan və təhdidləri, onların Suriyanın gələcək hadisələr prosesində mümkün təsirlərini nəzərə almaqla Tehran və Suriya gələcək siyasi danışıqlara Türkiyənin iştirakını diqqətlə nəzarətdə saxlamalıdır.
əlwaght



Yazılıb da (də)   2017 Yan 11  Saat  13   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin