Arannews- Türkiyədə 60 iş adamı Fətullahçı Terror Təşkilatı (FETÖ) üçün pul topladığı və terror təşkilatını maliyyələşdirməkdə ittiham edilərək həbs olunub.
Həbs edilənlər arasında “Boydak” holdinqinin İdarə Heyətinin sabiq sədri Mustafa Boydakın oğlu Mahmut Sami Boydak və qardaşı Bekir Boydak da var.
Qeyd edək ki, İstanbul Polis İdarəsi 35 rayonda keçirdiyi əməliyyatlar zamanı 164 iş adamı saxlanılıb, 110 iş adamının ölkə xaricində olduğu, 106 iş adamının qaçdığı müəyyənləşib. 110 nəfər həbs tələbi ilə məhkəməyə göndərilib, 54 iş adamı sərbəst buraxılıb. İstanbul Növbətçi Sülh Cəza Məhkəməsində FETÖ-yə üzv olmaq ittiham ilə 60 iş adamı barəsində həbs qərarı verilib, 50 iş adamı isə nəzarətdə saxlanılma şərti ilə sərbəst buraxılıb.