Hazırda İstanbul, İzmir, Ankara kimi turist şəhərləri terrorçuların hədəfinə çevrilib.
Arannews- Ərdoğanın yararsız xarici siyasəti turizm iqtisadiyyatına öldürücü zərbə oldu.
2015-ci ildə turizmdən 31,5 milyard dollar qazanan Türkiyə böhran yaşayır. Hazırda İstanbul, İzmir, Ankara kimi turist şəhərləri terrorçuların hədəfinə çevrilib. Eyni zamanda türkiyə lirəsinin qiymət düşməsi iqtisadiyyatda sabitlik yaranacağına ümid vermir. Təkcə turistlər yox, həm də iş adamları yeni və sabit ölkələr sorağındadır.