Xəbər Lenti

İslami Şura Məclisinin nümayəndəsi: 1990-cı il 19 yanvarda Azərbaycan xalqının İran və İslama təmayülü İran İslam İnqilabının nəticələrindən biri idi

Ayətullah Amulinin 19 yanvarla bağlı çıxışını dəstəkləyən bəyanat

azərilərin tarixi şəxsiyyətlərini yenidən tapmaları günü

İsmayıl Səlimi: Azərbaycanda şiə fəalları əleyhinə məhdudiyyətlər yaradılması azəri islamçıların gücünü göstərir

İsmayıl Səlimi: Azərbaycanda şiə fəalları əleyhinə məhdudiyyətlər yaradılması azəri islamçıların gücünü göstərir

Doktor Pərğu: 19 yanvar Azərbaycan müsəlmanlarının özlərinə qayıtmasına möhkəm iradəsi

19 yanvar dünya azəriləri üçün böyük bayramdir

İranlı rejissor Möhsün Hadi Tehran məzarlığındakı Qarabağ şəhidlərindən film çəkir

Rusiyalı diplomat ABÇ-da casusluqa dəvət edilib

Türkiyədə referendumun tarixi açıqlandı

VMH-nin liderləri Saakaşvili ilə görüşüblər

Azərbaycan əhalisinin üçdə biri ifrat yoxsullardır

Türkiyə təyyarəsi Qırğızıstanda faciə yaratdı

Türkiyə Parlament Respublikasından prezident Respublikasına keçəcək

Azərbaycan hərbçisi ölüb

Dilqəmin atasının səhəti ağır vəziyyətdədir

“19 yanvar 1990: zəminələr, reallıqlar və prespektivlər” elmi konfrans keçiriləcək

Poroşenko rüşvətxordur

NİDA üzvünə bəraət istənildi

Azərbaycanda məscid xarabaya çevirilib

Ermənistan Prezidentinin yeni plan hazırladığı üzə çıxıb

Birinci xanımın qardaşı həbs edildi

Türkiyə öz sənayesini İrana köçürməkdə maraqlıdır

Azərbaycan Xalqının Hacı Fəramiz kimi ruhani alimlərə böyük ehtiyacı vardır

Rusiya Ermənistanı heç vaxt müdafiə etməyəcək

Ərdoğanın keçmiş mühafizə rəisi həbs edilib

QAT Rusiyanı Sərt Tənqid Edib

Ermənistanın iqtisadiyyatı acınacaqlı vəziyyətdədir

Türkiyənin siyasətində dəyişiklik

Azərbaycan OPEK-in iclasına dəvət olunmayıb

Taleh Bağırzadədən İlham Əliyevə müraciət

Ərdoğan Türkiyənin turizm iqtisadiyyatına öldürücü zərbə vurub

Türkiyədə FETÖ-çuların Həbsi Davam Edir

Türkiyə Ermənistanla sərhəd boyunca divar tikməyi planlaşdırır

Ankaranın Dəməşq qarşısında mövqeinin dəyişməsinin təhlükə və ümidləri

Fətullah Gülən təşkilatı Rusiya üçün təhlükəlidir

Rusiya-İslam münasibətlərində geniş perspektivlər yaranıb

ANS rəhbərliyinə qarşı cinayət işi açılıb

2016-ci il Ermənistanı 60 min nəfər tərk edib

İran zəfərani Azərbaycanlıların süfrələrinin zinəti

Arxiv
 
Tarix : 2017 Yan 12     |     Kod : 51083

Taleh Bağırzadədən İlham Əliyevə müraciət

Biz bu şərəfli xalqın azadlığı uğrunda, gələcək xoşbəxtliyi naminə nəinki ömürlük həbs cəzası almağa, hətta edam olunmağa, tonqalda diri-diri yandırılmağa hazırıq. Qoy Allah bizim və sizin aranızda Hakim olsun!

Arannews- Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə dövlət başçısı İlham Əliyevə müraciət edib. Taleh Bağırzadə müraciətində yazır:

 

Usubov şantajla postunda qaldı…

Cənab İlham Əliyev!

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” adlı tamaşa prosesinin birbaşa sizin nəzarətiniz altında olması və bu tamaşa prosesini idarə edən hakimlər briqadasının formal xarakter daşıdığını, sonda bizə veriləcək qondarma həbs cəzalarının da sizin imzanızla təsdiqini tapacağını nəzərə alaraq, qabaqcadan sizə müraciət edirəm.

İlk növbədə Nardaran qətliamının törədilməsində əsas rolu ifa edən, sizin ulu naziriniz Ramil Usubovun düşüncə və əməlləri haqqında bir neçə mühüm məqamı diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan cəmiyyəti bu şəxsi atanızın və sizin rəhbərliyiniz dövründə çox ziqzaqlı fəaliyyəti ilə tanıyır. Belə ki, 2005-ci ildə onun rəhbərlik etdiyi nazirlikdə yuva salmış poqonlu quldurlar ifşa olunanda əsl polis işçisinə məxsus qürurla istefa verib getmək əvəzinə, dünyasını dəyişmiş və bu səbəbdən həmin vaxt özünü müdafiə edə bilməyən atanız Heydər Əliyevi şantaj edərək, hansısa cinayətkarın onun göstərişi ilə azadlığa buraxıldığını bildirdi və beləcə, şantajla postunda qalmağı bacardı.

Daha sonra 2015-ci ilin noyabrında Nardaranda baş vermiş qətliamda yenə özünü hər şeydən kənarda qoymaq məqsədilə cəmiyyətə sizi nişan verərək, mətbuatda “qəsəbədə baş vermiş qanlı əməliyyatın keçirilməsinə göstəriş prezidentdən gəlib” açıqlamasını verdi.

Hər şeyi başa düşmək olar, lakin cənab Usubovun hərəkətlərini anlamaq çox çətindir. Lap deyək ki, o cinayətkarı buraxmağa sizin atanız göstəriş verib; lap tutaq ki, Nardaranda o qanlı əməliyyatın keçirilməsinə şəxsən siz göstəriş vermişdiniz, bəs bütün bunları xəbər verməkdə Usubovun niyyəti nədir? Axı müdrik atalar deyir ki, kişinin yanında baş kəsərlər…

O kitabçanın mənə aidiyyəti yoxdu, orada yazılanlara görə Usubov məsuliyyət daşıyır

Cənab Əliyev, naziriniz Ramil Usubovun hərəkətləri bununla bitmir. Belə ki, bizim məhkəmə prosesində qondarma cinayət işinin materiallarına əlavə edilmiş “Tale Bağırzadənin müraciəti” adlı kitabçada ulu naziriniz Usubovun sizin və hakimiyyətinizin haqqında olan ürək sözləri öz əksini tapıb. Hətta həmin Əlövsət Abbasov belə, bu məşhur kitabçanın tədqiq olunmasından imtina edərək, Ramil Usubovun qəzəbinə tuş gəlməkdən qorxdu.

İlk olaraq, bu kitabçanın mənə aid olmadığını sizə açıq dəlillərlə sübut etdikdən sonra əsas mətləbə keçirəm.

Cənab Əliyev, siz ali təhsilli, ingilis dilində danışmaq bacarığına malik şəxssiniz, yəqin bu kitabçanın mənə aid olmaması ilə bağlı gətirdiyim dəlilləri anlamaqda çətinlik çəkməyəcəksiz. Dəlillər isə bundan ibarətdir ki, bu məşhur kitabçanın mətnində Nardaran hadisələrinə işarə olunur. Məlumunuz olsun ki, Nardaran hadisələri 26 noyabr 2015-ci ildə baş verib. Şübhəsiz ki, bu kitabçanı Nardaran əməliyyatının keçirildiyi zaman kəsiyində yazmağım qeyri-mümkündür. Deməli, bu kitabça mən həbs olunandan sonra yazılıb. Və mənim də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında bu kitabçanı hazırlamağım qeyri-mümkün olduğuna görə, deməli, bu kitabçanın müəllifi də mən yox, sizin naziriniz Ramil Usubovdu.

Niyə Ramil Usubov? Ona görə ki, Nardaran əməliyyatında bizim qardaşlarımızı güllə atəşinə tutaraq, məzlumcasına şəhid edən polis cildində quldurların içində şəxsən Ramil Usubov yoxdu. Lakin hadisədən sonra Usubov televiziya kanalları vasitəsilə Nardaranda şəhid edilən qardaşlarımıza hörmətsizlik edərək, “beş nəfəri məhv etdik” açıqlamasını verdi. Buna əsasən, “Hacı Tale Bağırzadənin müraciəti” adlı kitabçanın da birbaşa Ramil Usubov tərəfindən yazılması məlum olmasa da, onun rəhbərlik etdiyi qurumun bu kitabçanı təşkil etməsinin məsuliyyəti birbaşa Usubovun boynundadır. Bu səbəbdən də həmin kitabçanın müəllifinin Ramil Usubov olduğunu qeyd edirəm.

Cəsarətiniz çatırsa, öz adınızdan danışın…

İndi isə keçək nazirinizin bu kitabçada mənim adımdan istifadə edərək, sizin və hakimiyyətinizin haqqında yazdığı ürək sözlərinə. Kitabçada sizin haqqınızda “oğru İlham Əliyev”, hakimiyyətiniz haqqında da “fahişəliyin tərənnümü olan hakimiyyət” ifadəsi işlədilir.

Bundan əlavə, məhkəmə prosesi zamanı verilən ifadələrə əsasən, xanımınız Mehriban Əliyevanın yüksək çinli polis məmurları tərəfindən ağır formada təhqir olunması haqda çox ciddi məlumatlar açıqlandı.

Yadınıza salım ki, 2013-cü ilin mart ayının 31-də Ramil Usubovun şər maşını məni şərləyərək, cibimə narkotik vasitə atıb həbs edəndə görkəmli sənətkar Zeynəb Xanlarovanın adından istifadə etmək istədilər. Ancaq həmin vaxtlar millət vəkili Zeynəb xanım cəsarətlə “kimi tutmaq istəyirsizsə, kişi kimi öz adınızdan tutun, mənim adımı bu işə qatmayın” dedi. Zeynəb xanımın bu cəsarəti müqabilində sizin ictimai-siyasi məsələlər üzrə köməkçiniz, “Nardaran əməliyyatı”nın əsas ssenaristlərindən biri olan Əli Həsənov Zeynəb xanımı yetkin siyasətçi olmamaqda ittiham etmişdi. Yəqin Əli Həsənovun nəzərində yetkin siyasətçi üçün kriteriyalarda “üzə durmaq” əsas şərtlərdən hesab olunur.

Mən də öz növbəmdə Zeynəb xanımın cəsarətli mövqeyindən çıxış edərək, Ramil Usubov və komandasına deyirəm ki, mənim adımdan istifadə edib İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya ürək sözlərinizi deməyin. Kişiliyiniz çatırsa, öz adınızdan o sözləri deyin.

Nəinki ömürlük həbsə, hətta edam olunmağa, tonqalda diri-diri yandırılmağa hazıram…

Cənab Əliyev, yəqin ki, sizə mənim haqqımda müxtəlif məlumatlar verilib. Lakin istərdim kimliyim haqqında sizə özüm məlumat verim ki, kiminlə qarşı-qarşıya gəldiyinizin fərqinə varasınız. Mən yetkinlik yaşına çatdıqdan, özümü qismən dərk etdikdən sonra İmam Hüseynlə (ə) tanış oldum. O böyük inqilabçı şəxsiyyətin məhəbbəti qəlbimi alovlandırdı, ali məqsəd və məramımı, əqidəmi, düşüncələrimi möhkəmləndirdi. Həzrəti Hüseyn (ə) bizlərə Allahı xalisanə sevməyi, Ona təslim olmağı, Onun yolunda canından, malından, bir sözlə, hər şeyindən keçməyi, zülmlə, zalımlarla barışmamaq, qətiyyətlə mübarizə aparmağı eşq yolu ilə öyrətdi. Allah nəsib etdi, müqəddəs Kərbəla ziyarətinə gedərək, könüllərin sultanı Həzrəti Hüseynlə (ə) son nəfəsimizə qədər bu mübarək yolda sabitqədəm olacağımıza and içərək, sədaqət əhd-peymanı bağladıq. Uca Allahdan o böyük şəxsiyyətin ehtiramına xatir şəhadətin nəsibimiz olmasını təmənna etdik. Həzrəti Hüseyn (ə) məktəbi həyatımızın mənasına çevrildi.

Cənab Əliyev! Sizin və hakimiyyətinizin illərdi Tale Bağırzadəyə qarşı zülm və haqsızlıqlarının əsas səbəbi Tale Bağırzadənin şəxsindən qorxmağınızda deyil. Hakimiyyətinizi qorxudan və sarsıdan Tale Bağırzadənin qəlbində daşıdığı nəcib İmam Hüseyn (ə) sevgisi və Hüseyni düşüncələridi.

Əslində, haqqınız da var qorxasınız. Çünki 1400 ildir bu əzəmətli Hüseyni düşüncə – “Ölümü səadət, zalımlarla yaşamağı zillət sayıram” pıçıltısı zalım hakimlərin yuxularını ərşə çəkib, həyatlarını kabusa çevirib.

Sizi əmin edirəm ki, “Nardaran faciəsi”ni törətməklə, günahsız insanların qanını axıtmaqla öz hakimiyyətinizin sonunu yaxınlaşdırdınız. Əgər bir hakimiyyət yersiz güc nümayiş etdirərsə, həmin güç onun məhvinə səbəb olacaqdır.

Sonda sizdən tələb edirəm ki, əgər cəsarətiniz varsa, mənə veriləcək ömürlük həbs cəzasını başqa bir cəza növü ilə əvəz etməyəsiniz.

Biz bu şərəfli xalqın azadlığı uğrunda, gələcək xoşbəxtliyi naminə nəinki ömürlük həbs cəzası almağa, hətta edam olunmağa, tonqalda diri-diri yandırılmağa hazırıq. Qoy Allah bizim və sizin aranızda Hakim olsun!


Bakı Ağır Cinayətlər Məhkəməsi,

            Ömürlük həbs cəzasının hədiyyə kimi intizarında olan Tale Bağırzadə



Yazılıb da (də)   2017 Yan 12  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin