Tarix : 2017 Jan 12
Kod 51084

Azərbaycan OPEK-in iclasına dəvət olunmayıb

OPEK-in 21-22 yanvarda Vyanada keçiriləcək iclasına Azərbaycan nümayəndələri dəvət almayıblar.

Arannews- Azərbaycan Respublikasının Energetika Nazirliyi bu ölkənin nümayəndələrinin neft ixrac edən ölkələr təşkilatı OPEK-in iclasına dəvət olunmadığını bildirib.

Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, OPEK-in 21-22 yanvarda Vyanada keçiriləcək iclasına Azərbaycan nümayəndələri dəvət almayıblar. 
Azərbaycan Respublikası Energetika Nazirliyi eyni zamanda Rusiyanın OPEK-ə dəvət olduğundan xəbər verib. 
Öncə Azərbaycan Respublikasının Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirmişdi ki,  prezident İlham əliyyevin neftin qiymətinin dünya bazarlarında təsbit olunmasının əhəmiyyətinə görə Azəbaycanın energetika naziri Natiq Əliyevin OPEK-in Vyana iclasında iştirak etməsini tövsiyyə etmişdir. 
Deyilənlərə görə Natiq Əliyevin OPEK-in iclasında iştirak üçün Vyanaya 30 noyabr səfəri ləğv edilib. 
OPEK-ə üzv olmayan Azərbaycan Respublikasının energetika naziri öncə demişdi ki, ölkəsi OPEK-ə üzv olmayan neft istehsalçılarından öz neft istehsallarının miqdarını 880 min barrel azaltmalarını istəmişdir.


  • Yazılıb
  • da (də) 2017 Jan 12
  • Göndərən مدير سايت Aran News