Tarix : 2017 Jan 14
Kod 51087

QAT Rusiyanı Sərt Tənqid Edib

QAT sədri Rusiyanın Azərbaycandakı səfirinə müraciət göndərib.
Arannews- Qarabağ Azadlıq Təşkilatının (QAT)sədri Akif Nağı “Şən və Hazırcavablar Klubu”nun Soçidə keçirilən festivalına Dağlıq Qarabağdan da komandanın dəvət olunmasına etiraz olaraq Rusiyanın Azərbaycandakı səfirinə müraciət göndərib. 

Müraciətdə göstərilir:
Erməni mətbuatında gedən məlumatlara görə, “Şən və Hazırcavablar Klubu”nun Rusiyanın Soçi şəhərində keçirilən növbəti festivalına Dağlıq Qarabağdan da komanda dəvət olunub. Hesab edirik ki, bu, işğalçı Ermənistanın növbəti oyunbazlığıdır. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimi təbliğ etmək, saxta məlumatları yaymaq üçün bu cür vasitələrə əl atır, müxtəlif tədbirlərdən istifadə etməyə çalışır. Hər bir ölkə diqqətli olmalı, Ermənistanın məkrli niyyətlərinə yol verməməlidir. Rusiyanın bu məsələdə xüsusi diqqətli olması vacibdir. Rusiya həm Minsk qrupunun həmsədri, həm də qonşu və xoş münasibətlərimizin olduğu bir ölkədir. Azərbaycanda xüsusi diqqətlə izlənilən, rəğbət bəslənilən “Şən və Hazırcavablar Klubu”nun, onun rəhbəri Aleksandr Maslyakovun belə bir addım atması, erməni təxribatlarına şərait yaratması başadüşülən deyil. Bu məsələ Azərbaycan-Rusiya münasibətlərinə də ciddi xələl gətirə bilər. Ona görə də, xahiş edirik ki, bu məsələyə aydınlıq gətirilməsi, günahkarların cəzalandırılması üçün təşəbbüs edəsiniz.


  • Yazılıb
  • da (də) 2017 Jan 14
  • Göndərən مدير سايت Aran News