dövlət çevrilişinin cəhdində ittiham edilən FETÖ/PDY araşdırması çərçivəsində Ərdoğanın baş nazirliyi dövründə mühafizə rəisi həbs olunub.
Arannews- Türkiyədə Ərdoğanın keçmiş mühafizə rəisi həbs edilib.
Hüquq-mühafizə orqanları onun ölkədə qadağan edilən FETÖ təşkilatı ilə əlaqəsinin ola biləcəyini hesab edirlər.
Türkiyədə dövlət çevrilişinin cəhdində ittiham edilən FETÖ/PDY (Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Təşkilatlanması) araşdırması çərçivəsində ölkənin indiki prezident Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə mühafizə rəisi vəzifəsində çalışan keçmiş polis rəisi Maksud Karal həbs olunub.
Türkiyədə dövlət çevrilişinin cəhdində ittiham edilən FETÖ/PDY araşdırması çərçivəsində ölkənin indiki prezident Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə mühafizə rəisi vəzifəsində çalışan keçmiş polis rəisi Maksut Karal həbs olunub.
O, birinci dəfə ötən ilin dekabr ayında Türkiyənin Kemer rayonunda tapılan 20 ton qızıl külçəsi barədə aparılmış əməliyyat çərçivəsində dekabrın 28-də saxlanılmış sonra azadlığa buraxılmışdı.
İndi isə onu terror təşkilatının üzvü olmaq və təşkilatın adından fəaliyyət göstərmək ittihamları ilə həbs ediblər.
Qeyd edək ki, Ərdoğanın baş nazirliyi dövründə mühafizə rəisi vəzifəsində çalışan Maksut Karal, 2016-cı ilin 29 Oktyabrında ölkənin 675 saylı qanununa əsasən təqaüdə çıxarılmışdı.