Tarix : 2008 Jun 07
Kod 5109

Azərbaycanın və Aranın Tarixi Coğrafiyasına Bir Baxış(Azərbaycan adının Mənşəyi)

.
Azerbaijan Servisi/Aran Agentliyi
II hissə
Yazıcı:Məhəmmədrza Məhəmmədguluzadə
Xülasə
Azərbaycanda əlverişli təbii-coğrafi şəraitə, zəngin fauna və flora aləminə, mülayim iqlimə malik olduğuna görə insanın yaşaması üçün münasib yerlərdən biridir.burada yaşayan ilk insanın tarixini təxmin etmək çətindir.tarix boyu Azərbaycanda müxtəlif tayfalar yaşamışdılarr.hər bir tayfa bir müddət buralarda yaşayaraq, öz yerini başqa tayfayla əvəz etmişdir.Kuti, Lullubi, Assur, Urartu, Manna və sa.bunlar haqqında arxeologi məlumat azdır.bu məqalədə Azərbaycan(Aturpatakan)haqqında mübahisələr, Aturpatakanın zühuri və Midiya ilə Aturpatakanın uyğunlaşması araşdıracayıq.
Azərbaycan(Aturpatakan)
Azərbaycanda əlverişli təbii-coğrafi şəraitə, zəngin fauna və flora aləminə, mülayim iqlimə malik olduğuna görə insanın yaşaması üçün münasib yerlərdən biridir.burada yaşayan ilk insanın tarixini təxmin etmək çətindir. Diyakonov bu haqqda yazıb: “Midiyada ibtidai icma quruluşun təşəkkül tarixi haqqında dəqiq məlumat yoxdur. yalnız bunu bilirik ki, bu quruluş daş dövründən(paleolit) başlanmışdır.Arxeoloji təqqiqatın nəticəsində Süleymaniyə və Bistunun ətraf mağarlarında və İran Azərbaycanının cənub-şərqində “Tamtam” bölgəsində “Aşel” (daş dövrün başlanğıcı), “Mustye” (daş dövrünün ortaları) və “Oriniyak” (dəş dövrünün sonları) dövrlərinə aid çoxlu antik əşyalar tapılıb... bunlara baxmayaraq Midiyada yaşayan isanların həyat tərzindən məlumat olduqca azdır.”1
tarix boyu Azərbaycanda müxtəlif tayfalar yaşamışdır.hər bir tayfa bir müddət buralarda yaşayaraq, öz yerini başqa tayfayla əvəz etmişdir.Kuti, Lullubi, Assur, Urartu, Manna və sa.bunlar haqqında arxeologi məlumat azdır.
Diyakonov Azərbaycanda ya Aturpatakan Midiyasında tayfaların yaşadıqları ərazini 8 yerə  bölüb:
  1. Araz çayından Avrındağ və Qaradağa qədər- Qotur, Xoy və Mərənd zonaları- Bu zonanı Assuriler “San-gi-boto” adlandırmışdılar.(e.ə)9-cu əsrdən 8-ci əsrə kimi bu ərazi Urartulara aid idi.Assur və Urartudan sonra bu ərazilərin tarixi haqqında heç bir məlumat yoxdur.
  2. Qarasu çayın dərəsi(Araz çayının cənubi) – Bu zonaya aid qədim mənbələrdə heç bir informasiya yoxdur və sonralar Kadusilər orada məskunlaşmışdılar.
  3. Urmiya gölü və ona tökülən çayların zonası –3 budağa bölünür:
A.    Urmiyanın qərb sahilləri, yəni qədim “Gilzan”(?)e.ə 9-cu əsrdə bu bölgə müstəqil idi.sonralar Urartunun ya da Mannanın ərazisi olmuşdur və ya iki dövlətin arasında bölüşmüşdür.
B.     Urmiyanın cənub sahilləri və Cığtı çayı (Zərinərud) zonası- Bu zona e.ə 9-cu əsrdə içəri  “Zamuay زاموای” adlanmışdı və bir neçə müstəqil siyasi yerə ayrılmşdır : Harrana, Manna, Messi və c. Sonralar bu zona Manna dövlətinin əsasının təşkil etmişdir və e.ə 7-ci əsrdən sonra Midiyanın iqtisadi mərkəzi olmuşdur.
C.     Urmiyanın şərq sahili – Acıçay- indiki Təbriz şəhərində yerləşir- Manna dövlətinə və şimal sahili müstəqil idi və Daliyan qəbiləsi orada yaşamışdır.
  1. Qızıl üzən çayın dərəsi(Səfidrud) və onun budağları – Qızıl üzən çayı spiral şəklindədir və buna görə də müxtəlif bölgələrlə həmsərhəddir:
A.    Şimal-qərbdən cənub-şərqə tərəf, ağdağın və ağkürükün arasındakı Səfidrud çayı yerləşir.qədim dövründə bu ərazi "Andia" adlanmışdır.
B.     bu dərənin şimal-şərqində Səhənd dağından axan çay yerləşir.bura" Zikirtu" adlanmışdı.
C.     Qızıl üzən və Qaflankuh arasındakı ərazi"Gizilbunda" adlanmışdır.bu ərazi Atrupatakan Midiyasını, Mannadan ayırmışdı.Assurilər bu əraziyə Maday(=Midiya) adlandırmışdılar.
  1. Kiçik Zab çayının yuxarı hissəsi - 3 və 4-cü bölmənin cənub-qərbində ərazi daha çox Assur və Babilə meylləri var idi. bu ərazidə Miyandoab, Banə, Süleymaniyə, zuhab və Sənəndəc yerləşir və Zamuva adlanmışdır.
  2. Diyalə çayının yuxarı hissəsi – Süleymaniyə, Zuhab və Sənəndəc arasındakı ərazidə yerləşir-E.ə. 9-cu əsr Parsva adlanmışdı. "Parsva" və "Zamua" zonaları xass əhəmiyyətə malik idi.
  3. Diyalə çayının orta hissəsi –bu ərazilər e.ə. ikinci minillikdə Babilin hakimiyyəti altındaydı.bu ərazi Nəmər adlanmışdı. Diyalə dərəsinin cənubunda “Beyti Həmban” əyaləti yerləşmişdi.
  4. Kərxə çayının yuxarı hissəsinin dərələri – ehtimal edilir ki, bu ərazi qədim “Elpi” ölkəsi idi.bu ölkə sonralar “Elimayida” adlanmışdır.
İranlı tayfalar İran yaylasına köç edərək, yerli tayfalarla yaşamışdılar. uzun bir müddət ərzində burada yeni daxil olmuş təyfaların nəfinə tayfa, mədəniyyət və dil strukturunda dəyişikliklər olmuşdur. Qrantovski, mixi xəttində tapılmış abidədə sübut etdi ki, (e.ə.) 11 əsrdə İranlı tayfalar Urmiya gölü ətrafında yerləşmişdilər və (e.ə)9 və 8-ci əsrlərə kimi İranın qərbində mühum rolları olmuşdur. Onun fikrincə, İranlılar yerli tayfalarla müqayisədə yüksək mədəniyyət və sosiyal-iqtisadi ənənələrə malik idilər. Onlar əkinçilik, heyvandarlıq, metallogiya, çarxların düzəldilməsi ilə...tanış idilər. Qrantovski yazıb: “İranlılar işğalçı kimi bu yaylaya daxil olmamışdılar.əksinə e.ə. 9,7-ci əsrlərə qədər Manna və Urartu kimi yerli dövlətlərin tabeçiliyində idilər. Yerli tayfaların İranlılaşması zor gücü ilə olmamışdır.bəlkə siyasi, sosiyal və dini münasibətlərin vasitəsilə olmuşdur.”3
ilk dəfə (e.ə.) 9-cu əsrdə Assuri abidələrində parsların adı qeyd edilmişdir. üçüncü Salmansar abidəsində yazıldığına görə, Assur şahı, (e.ə.) 834 ildə yaşamış və "Parsva" ölkəsi qeyd edilmişdir. (e.ə.)834 ildə Assurilər bu ölkənin 27 şahından vergi almışdılar.4 Həmçinin 3-cü Salmansarın təqviminə əsasən, Assurilər Zaqroşa hücum etdiyi zaman Maday ölkəsini tanımışdılar. Midiya və Parsdan əlavə digər İranlı tayfa, o cümlədən Zikirtu(=Saqarti) Azərbaycanda mövcud idi  və Təbrizə kimi, hətta Urartu dövlətinin sərhədinə qədər irəliləmişdilər.
8-ci əsr miladdan öncə Assuri abidəsində “Parsu-a-maş” adlı ölkəni qeyd edilmişdir.bu ölkə İlamın şimal-qərb yerləşmişdi.Ehtimal edilir ki, Parslar dağınıq şəkildə Urmiya ətrafında yaşamışdılar və 800 il miladdan öncə Urartu və Mannanın təzyiqi altında Midiyalardan ayrılmış, cənuba doğru köç etmişdilər5. beləliklə, qalib olan və qalmış İranlılar,  Midiyanın varlığını təşkil etmişdirlər.
Siyasi və hərbi hadisələr, yaşayış və sosiyal ehtiyaclar səbəb olmuşdur ki, Midiya tayfaları birləşsin və vahid bir dövlət olsunlar və (e.ə.)727-ci il Midiya dövləti təşkil olmuşdur.Bu dövlət ilk illərində iqtidarlı, müstəqil və geniş dövlətçilik mexanizminə malik deyildi.ancaq Midiya dövlətinin təşkil olunması Midiyalılara böyük bir nailiyyət idi.zaman ərzində bu dövlət güçlənmiş, öz hakimiyyət dairəsini genişləndirmişdir və nəhayət (e.ə.) 612-ci ildə Assur dövlətini məhv etməklə öz hakimiyyətlərini bütün İran ərazisində, xüsusi ilə Azərbaycanda, Arazın şimalı ərazisində genişləndirmişdilər. İranda ilk böyük dövləti Mediyalılar təşkil etmişdilər. İqrar Əliyev iddia edib ki, Midiyalılar Azərbaycanı işğal etdiyi zaman bu ərazilərdəki qəbilə və dil formalarında dəyişiliklər etmişdir. O yazıb: “Midiya dövlətinin işğalı zamanı bu zonada qəbilə və dil strukturunda dərin dəyişiliklər olmuşdur ... heç bir şübhə yoxdur ki, helinisti dövründə Atrupatakan Midiyasının (Azərbaycan) dili İranlı dil olmuşdur.”6
Antik dövrlərdə Midiya dövləti iqtidarlı bir dövlət olmamışdır. Başqa qəbilələrin birləşməsi nəticəsində zühur etmişdi.ayrı-ayrı qəbilələri və ölkələri birləşdirərək Həxamənişlərin* hərbi və idarə edici strukturunda dəyişiklik etmişdir.(e.ə.)4-cü əsrin sonunda, ölkə iki yerə ayrılmışdır.Atrupatena Midiyası (kiçik Midiya=Azərbaycan) və Aşağı Midiya(böyük Midiya).Bu iki Midiya bir soydan olmalarına baxmayaraq, tarix boyu iki müstəqil ölkə hesab edilmişdir.7 Piyer Beryan, kiçik Midiyanın imperatorluğa ödədiyi illik vergi haqqında Straobonun fikirlərini satat gətirərək yazıb: “Midiya ölkəsində əhali əkinçiliklə məşqul idi.Strabonun rəvayətinə görə, yalnız Atropat Midiyası hər il vergidən əlavə 4000 qatır, 3000 at və 100 qoyun böyük şaha (şahlar şahına)  verirdi. Strabon bu zonanın təbii sərvətlərindən söhbət edir.belə ki, bu dövlət heç bir çətinlik çəkmədən imperiyanın ordusuna 10 min atlı və 50 min piyada qoşun hazırlaya bilirdi.”8
Aturpatakan dövləti:
III Dara zamanında (e.ə.)336-330 Midiyanın satrapı Atropatena idi. Bu sərkərdənin adına görə, onu ruhani və zərtüşt bir ailədən olduğunu deyirlər.(e.ə.) 331-ci ildə Ərbilin şimalində(İraqın şimali) III Dara və Makedoniya İsgəndər arasında olan müharibədə Midiya ordusunun başçısı "Atropat" idi.Daranın məğlubiyyətindən sonra Həxamənişi sülaləsinin hakimiyyəti sona çatdı.İsgəndər, Daranın həbs etdiyi şəxsi "Oksodat"ı Midiyanın satrapı etdi. Bir müddətdə sonra İsgəndər Oksodataya etimadını itirdi.Atropatena İsgəndərin nəzərini cəlb etmək üçün  Midiyanın və Persiyanın şahlığını iddia edən şəxsi, Bariyakis tutub və İsgəndərə verdi. sonra İsgəndərin istəyinə görə, Şuşda bərpa olunan şənlik və bayram mərasimində, Makedoniyalılarla qohum oldu və öz mövqeyini möhkəmləndirmək üçün, öz qızını İsgəndərin güçlü və nüfuzulu sərkərdəsi "Perdikasa" verdi. İsgəndərin ölümündən sonra (e.ə.)323 saray sərdarları Atropateniyasız iclas geçirdilər.iclasda qərara gəldilər ki, böyük Midiyanın satrapı Makedoniyalı sərdar “Peyton”olsun və Atropat öz vəzifəsində, kiçik Midiyada, qaldı. 9  (e.ə.)321-ci ildə Perdikas öldürüldükdən sonra İsgəndərin sərdarları satraplıqları paylaşmaq üçün Triparadisdə toplaşdılar.ancaq bu paylaşmada kiçik Midiya, yəni Atropatın ərazisinə aid deyildi.o tarixdən etibarən kiçik Midiya, yəni Azəbaycan müstəqil bir dövlət oldu.
Diyakonov, Kiçik Midiyanın digər satraplarla birləşməsi səbəbləri haqqında yazıb:“kiçik Midiya güclü iqtisadiyyata malik idi.burada əhali əkinçiliklə məşğul idi, yüksək iqtisadiyyata sahib olan Midiyalılar, başqa tayfalarla birləşməyə ehtiyac görməyirdilər.
Kiçik Midiya, Böyük Midiya kimi Yaxın Asiya və Orta Asiya arasındakı ticari və stratejik yolun üzərində yerləşmədiyi üçün Atropatenanın siyasətçiliyindən başqa kiçik Midiyada döyüşçü tayfaların, o cümlədən Kadusilərin yaşadığına görə, o əyalət Makedoniyanın hücumundan qorunmuşdur.”10
   Atropatena adı ilə Kiçik Midiya birləşməsi:
(Atropat Midiyası = Atropatakan = Aturpatakan)
Atropat İsgəndərin nəzərini və etimadını necə cəlb etdiyi, tam olaraq məlum deyil.ancaq hər kəsə məlumdur ki, Atropatın siyasətlərinin nəticəsində bu ərazi İsgəndərin hücumundan qorumuşdur.
Əliyev yazıb: “şübhəsiz Atropat dahi və böyük bir siyasətçi və dövlət xadimi idi.Siyasət də bilici və uzaqgörən idi. o şəraitdə yaxşı dərk etmişdir ki, İsgəndərin qarşısına çıxmaq faydasızdır.ona görə də, onunla müzakirəyə etdi. Yunanlılarla(Makedoniyalılar) yaxın münasibət qurdu ... və ən önəmlisi bu idi ki, Atropatın siyasəti nəticəsində düşmən, Atropatakana hücum etmədi.İsgəndər Atropatena sərhədlərinə qədər irəli gəldi, ancaq o ölkəyə daxil olmadı. 11
Diyakonov bu haqqda yazıb: “İsgəndərin canişinləri arasında baş vermiş müharibələr zamanı, Atropat, Midiyanın yeni müstəqil dövlətini necə yaratdı? Atropat qabiliyyətli və bacarıqlı idi, bunda şübhə yoxdur... rəsmi şəkildə əhali Midiya adlanan yeni dövləti, Atropat adına bağlamış və bu ərazi " Atropat Midiyası" adlanmışdır.”12
Kiçik Midiyanı "Aturpatakan" ya "Midya Atropatena"adlanması haqqda ilk məlumatı Strabon yazmışdı.o, (e.ə.)65-ci ildən 21-ci ilə kimi yaşamışdı."Atropat Midiyası" haqqında yazdığını, Əhməd Kəsrəvi stat gətirərək yazıb:-“Həxamənişi şahların dövrü sona çatanda, Makedoniyalı İsgəndər İranı işğal etdi.Azərbayqandan Atropat adlı bir sərkərdə Kiçik Midiyanı işğalçılardan qorudu və o ölkə onun adı ilə "Aturpatakan" adlandı.Atropat şahlığa seçildi və o ölkənin müstəqilliyini əldə etdi. Öz kitabını Əşkanilər dövründə və milad ərəfəsində yazan Strabon, qeyd edib: “hələ də Atropatın canişinləri müstəqil idilər və bəzən Əşkanilər, Ermənistan və Suriya şahları ilə qohumluq edirdilər.”
Əliyev də həmin mətni oxşar tərcümə ilə qeyd edib: “Midiya iki hissəyə bölünür. Böyük Midiya və Kiçik Midiya ya Atropatakan.bu adı öz rəhbərlərin adından(Atropat) götürüblər.Atropat icazə vermədi, ərazisi Böyük Midiya kimi Makedoniyaların işğalında olsun.Atropat özünü şah adlandıraraq, ölkənin müstəqilliyini qorudu və bu zamana kimi (Strabonun zamanı) bu miras onun tayfasında davam edir. çünki onun ulubabları, Erməni, Suriya sonralar isə Əşkani şahları ilə evlənirdilər.”13
Strabondan başqa ikinci əsrin tarixçısı Aryan, Makedoniyalı İsgəndərin İrana hücüm etməsini qeyd edərək, "Qafqaz Albaniyası" və "Azərbaycan"ı iki müstəqil ölkə olduğunu yazıb.həmçinin Azərbaycanı “Atropat Midiyası” adlandırıb.14
V.V.Bartold "Azərbaycan" adının mənşəyi haqqında yazıb: “İndiki İran Azərbaycanı Makedoniyalı İsgəndərin zamanına qədər İranlı Midiya ölkəsindən ayrılmaz bir hissəsi idi və başqa müstəqil bir dövlət yox idi.(e.ə.)331-ci ildə Qoqmel müharibəsi zamanı bütöv Midiyanın satrapı"Atorpat"adlı bir şəxs idi. Ehtimal edilir ki, onun ordusunda Albanlar əlaltı kimi iştirak etmişdilər.İsgəndərdən sonra "Atorpat" hökmdar qaldı və ondan sonra da xanədanları bu ərazinin hakimi oldular.Bu zonanın bir hissəsi Kiçik Midiya idi, Aturpatena(Atropaten) adlandı.ermənilər bu əraziyə "Atorpatakan" deyirdilər və Azərbaycan adının mənşəyi də bu adla bağlıdır və bu adın hər hansı bir başqa mənşəyi ola bilməz.”15
“İranın tarixi coğrafiyası” adlı kitabının müəllifi bu haqqda belə yazıb: “Azərbaycan qədim dövrdə Midiyanın şimal-qərbi hissəsini təşkil edirdi və yalnız Makedoniyalı İsgəndərdən sonra müstəqilliyini əldə etmişdir.e.ə. 328-ci ildə İsgəndər tərəfindən İranlı Atropat Midiyanın satrapı seçildi və bu zona qüdrətləndi. Atropat kiçik bir dövlət yaratdı, bu ölkə sonra onun adı ilə məşhur oldu.(yunanlılar "Atropatena" və ermənilər "Atropatakan" adlandırdılar.Azərbaycan adının mənşəyi də bu sözdən təşkil tapıb.) 16
Azərbaycan(Aturpatakan=Atropatakan) Yunan müəllifləri"Atropatena" qeyd edib.17
Bu ad Orta Pars dilində “twrptkn”,”trptkn”, “Awrptkn”,(Atropatakan) 18
Pəhləvi dilində: “twrptkn” “Aturpatakan”19
Parti dilində(Əşkani) : “trwptkn” “Atropatkan”20
Suriyani dilində(Assuri): “Adorbaigan” “Adirbigan”21
Bizans dilində:Adarbigan”22 “Aderbigan”23
Qədim erməni dilində:”Atrapatakan” “Atrapaykan” “Atrpatkan”24
Gürcü dilində : “ Adarbadagan”25
Ərəb yazılarında “Azərbazkan”26, “Azərbikan”, “Azərbeycan”27 və "Azərbayqan" formalarında qeyd edilib.
"Azərbaycan" adının müxtəlif formalarda yazılmasında belə nəticəyə gəlmək olar:
  1. "Azərbaycan"adı bütün dillərdə "Atropat" ya "Aturpat"kökündəndir.
  2. Azərbaycanın ilk forması Aturpatakan və Atropatakadır.zaman ərzində dəyişərək, indiki formaya düşüb.
Türk tədqiqatçısı Zəki Vəlidi toğan, Strabonun yazılarına istinad edərək, İstanbulda çap olunan “İslam ensiklopediyası”nda , “Azərbaycan və Tarixi sərhədləri” adı altında yazıb: “Azərbaycan adının yaranması Makedoniyalı İsgəndər ilə bağlıdır. Azərbaycan "Kəyani" sülaləsindən olan sərkərdənin adı ilə bağlıdır.bu sərkərdə (e.ə.) 328-ci ildə yaşamışdır.İsgəndər tərəfindən Midiya ərazisindəki bəzi ərazilərə hakim olmuşdur.Böyük Midiyadan Həmədana kimi"Atropat Midiyası" ya "Atropaten" adlanmışdır.bu sözə 3-cü əsrdə"Azərabadeqan" deyilmiş və Bizanslılar isə “AOO” şəkildə qeyd etmişdilər. Ərəblər “q” səsini “c” səsi kimi tələffüz etdiklərinə görə, bu söz “Azərbiycan” formasında yazılmışdır və bu formada iranlılar və türklər arasında geniş şəkildə yayılmışdır. 29
9-cu əsrdə Sasanilər dövrünün sonlarında olduğu kimi“Azərbazqan آذرباذگان” deyilmişdir... və Ərəb dilində Əzərbican və Azərbiycan formasında tələffüz edilmişdir və müasir Fars dilində "Azərbaycan"formasındadır. 30
"Türk Adlar Lüğəti"adlı kitabın müəllifi“Atropatena”nın mənşəyini Atropat sözündən olduğunu qeyd edib:-"Atropatena(Yunan mənşəlidir)Azərbaycan ərazisinin adıdır.Makedoniyalı İskəndərin vəfatından sonra feodalizm dövründə Atropat adlı sərkərdənin adından götürülüb...” 31
İbni Fəqih Həmədani 3-cü(hicri) əsrin yazıçısı, Azərbaycan adı haqqda iki rəvayətə əsaslanıb.bunlardan biri İbni Müqəffəyə, o birinin müəllifi isə naməlumdur.“İbni Müqəffə deyib:-Azərbaycan , Azərabad ibni İranın adındandır... həmçinin Azərbad ibni bivərəsb də deyirlər.”32 Bu yazıdan məlum olur ki, İslamın ilk yüzilliklərində yaşayan yazıçılar, o cümlədən İbni Fəqih və İbni Müqəffə Azərbad(Atropat) adı ilə tanış idilər və düzgün olaraq Azərbaycan adının mənşəyini bu sözlə əlaqələndiriblər.Ancaq Azərbadın atasını, İran yaxud Bivərəsb qeyd etmələri göstərir ki, bu alimlər Strabonun məlumatından xəbərsiz idilər və bu səbəbə görə də bu rəvayət daha çox fantastik şəklindədir.
Tarixi və elmi faktların və sənədlərin əsasında Alimlər elmi və akademik səviyədə Azərbaycan adının mənşəyini araşdırıblar, halbuki son illərdə Azərbaycan adının tarixi mənşəyi, bir sıra şəxslərin çirkin siyasi məqsədlərin oyuncağına çevrilib və bəzi yazıçılar Türkiyədə və Azərbaycan respublikasında siyasətçilərin istəklərini təmin etmək məqsədi ilə çalışırlar ki, Azərbaycanın orijinal tarixini təhrif edərək, İran tarixindən ayırsınlar.
Azərbaycan respublikasının keçmiş prezidenti Ə.Elçibəy, həyatının son illərində “o gün gələcək” . “bütöv Azərbaycan” və ... adlı kitablarında minlərlə tarixçi, coğrafiyaçı, arxeoloq, etnoqraf və sair tədqiqatçıların elmi işlərinə qarşı çıxaraq, inanılmaz bir versiya irəli sürüb: “yüz min illər bundan öncə, Azəri türklərinin ərazisini Həmədandan dərbəndə kimi Göycədən Xəzər dənizinə qədər idi.”33
əldə olan faktlara əsasən Albanlar, Gərgərlər, Ləzgilər, Utilər, Kadusilər, miklər Kimi çoxlu tayfalar Qafqaz Albaniyasında yaşamışdılar; ancaq heç biri qondarma “Azəri Türk” adını daşımamışdılar. Elçibydən başqa Yampolski daha çox şuara oxşar bir nəzəriyyəsi var: “burjua tarixçiləri bəzi mənbələrdən təqlid edərək yazıblar ki, Atropat, xüsusi bir isimdir.”halbuki, o, Atropat sözünü Avestada gələn “Andrbəd” ilə “Artabazan” sözlərini eyni mənşədən olduğunu qeyd edib və bu nəticəyə gəlib ki, Atropat sözü iki hissədən (atər=azər) və (pət=tar dininin başçısı) ibarətdir. O, bu fikirdədir ki, “Antarpatiyano” və “Atropatena” sözləri bir mənşəlidir. 34Yampolski və onun fikirdaşları, o cümlədən Azərli və Musəvi iddia ediblər ki, Azərbaycan “odlar ilahəsinin məkanı” deməkdir.35 H.Dəmirçizadə də bu iddiadadır ki, Azərbaycanın mənası“odlar ilahəsinin məkanı”dır.Dəmirçizadə tarix və zamana diqqət yetirmədən yazıb: “Herodot Atropatenadan xəbəri var idi” halbuki bu dahi tarixçi zaman və tarixi nöqteyi-nəzərdən bu adla tanış ola bilməz idi. 36 R. Qurbani iddia edir ki, Azərbaycan sözündəki Azər sözü Türk mənşəli və türk tayfalarına aiddir mənası isə “Azəri kişi” deməkdir37
Fərzəli iddia edir ki, “Atropatena, Albania və Media adları” Azərbaycan sözündən alınıb, ancaq təəssüflər olsun ki, bu məsələyə lazımı qədər diqqət yetirilməyib 38 və nəhayət filoloq Seyidov, bu haqqda belə yazıb: “Azərbaycan sözündə olan "Az" Türk mənşəli ismidir və türk tayfalarının birinin adıdır. "Ər"hissəciyi isə, kişi mənasındadır və "bay"sözü bəy sözündəndir. Azərbaycanın sonunda gələn "can"hissəciyi isə Türk dilində xan və ata deməkdir. Beləliklə, Azərbaycan sözünü leksik mənası (ata bəy və Az tayfasından olan bir kişi) deməkdir.39
Professor İqrar Əliyev, bu qrup yazıçıların cəhdlərinə yaxından şahid olmuşdur, onlar haqqında belə yazıb: “bu yaxın dövürlərdə Azərbaycan adının mənşəyi haqqında ayrı heç bir fikir yox idi. Son on ildə respublikada, Azərbaycan sözünün mənşəyini yeni sözlərə əlaqənəndirmək üçün çox çalışırlar. Bu növ fikirlər alimlər tərəfindən deyil, bəlkə elmdən uzaq olanlar tərəfindən və heç bir təxəssüsə sahib olmayan şəxslər tərəfindən yayılır.
Bu insanlar öz işlərini buraxıb və qeyri-elmi işlər ilə məşğul olurlar .əsassız və elmə sökənmədən elmi məsələləri həll etmək istəyirlər. Tarixdən və filologiya elmlərindən uzaq olan şəxslər, bu topraqları Türklərin yurdu olduğunu sübut etməyə çalışırlar. Azərbaycan adını istədikləri kimi təhlil edirlər və Türk dilində olan oxşar sözlərə əlaqələndirərək, Azərbaycanı Türk mənşəli edirlər.” 41
Təəssüflər olsun, professor Əliyevin qeyri-elmi tandığı şəxslər, bu gün Azərbaycan respublikasının siyasət, mədəniyyət və təhsil ocaqlarında həmçinin kütləvi informasiya vasitələrin əsas rəhbərlərindəndilər.
Çıxarışlar və Mənbələr:
Əhəmənilər
1 - دیاكونوف، ا،م. تاریخماد، ترجمه كریم كشاورز، انتشارات علمی و فرهنگی - تهران 1379، ص95.
2-
دیاكونوف، ا،م. تاریخ ماد، ترجمه كریم كشاورز، انتشارات علمی و فرهنگی، تهران 1371،ص 85 و 86 و 87و 88 با تلخیص
.
3 -
رضا عنایت‌اله، اران از دوران ... ص 164، 607به نقل از
:
E.A.Grantovkii, Drasprostranenii iranskikh Plemenna Territorii irana, V Kn. Istoria Iranskogo Gosudarstvai, Moscow 1971, p. 289, 289, 314, 316, 317, 320
4 – həmin mənbə:
Dandamaev M.A.Lukonin V.G., Kuturia ekonomika drevenego, irana, Moscow 1980.p, 41
5 - həmin mənbə:Səh:165 Dandamaev ... P 41
6 -
علی‌اف، اقرار، تاریخ آتورپاتكان. ترجمه یوسف شادمان،نشر بلخ تهران 1378 ص 45، 48، 49، 50، 65
.
7 -
مشكور، محمد جواد. نظری به تاریخآذربایجان، انتشارات كهكشان تهران 1375 ص 79
.
8 -
بریان، پیر(Pierre. Briant‌ )تاریخ امپراطوری هخامنشیان (از كوروش تا اسكندر) ترجمه مهدی مسمار. نشر زریاب،تهران 1377، جلد 2 ص 1537
.
9 -
مشكور، محمد جواد. نظری به تاریخ آذربایجان،انتشارات كهكشان تهران 1375 ص 92 و 93 با تلخیص
.
10 -
دیاكونوف، ا،م. تاریخ ماد،ترجمه كریم كشاورز، انتشارات علمی و فرهنگی، تهران 1371، ص 414 و 415 باتلخیص
.
11 -
علی‌اف، اقرار. تاریخ آتورپاتكان، نشر بلخ تهران 1378 ص 98
- 99
12 -
دیاكونوف، همان منبع، ص 414 - 415
.
13 -
كسروی، سید احمد- كاروندكسروی. به كوشش یحیی ذكاء. شركت سهامی كتابهای جیبی، تهران 1356 چاپ دوم ص 314 وعلی اف، اقرار. تاریخ آتورپاتكان ترجمه یوسف شادمان. نشر بلخ تهران 1378 ص 105. هردو به نقل از
:
Strabo - The Geography Of Strabo, With an English Translation, london, The Loeb Classical Library 1969.
14 -
رضا، عنایت‌الله. اران از دورانباستان تا عهد مغول، مركز چاپ و انتشارات وزارت خارجه تهران 1380 به نقلاز
:Arriana, Anabasis, Recognovit C . Abicht, Lips. 1886.
15 -
بارتولد، و- جایگاه مناطق اطراف دریای خزر در تاریخ جهان اسلام، ترجمه لیلا ربن شه، نشرپژوهشگاه علوم انسانی و مطالعات فرهنگی، تهران 1375 ص 162
.
16 -
بارتولد،ویلهلم. تذكره جغرافیای تاریخی ایران. ترجمه حمزه سردادور (طالب زاده) انتشارات توستهران 1372 چاپ سوم ص 221
.
17 -
رضا، عنایت الله، اران از ... ص 79 به نقلاز
:The geography of strabo ... XI , 13, 1: Arrian, Anab. III,8.4.
18 -
رضا،همان ص 79 و علی اف اقرار، تاریخ آتورپاتكان ص 62 هر دو به نقل از
:Nyberg N.S Manual of Pahlavi, 1.Texts. Wiesbaden, 1964,p.117.
19 -
رضا. همان ص 79، بهنقل از كارنامه اردشیر بابكان، به كوشش دكتر بهرام فره‌وشی، تهران 1354، ص
54.
*
نام اشكانی آذربایجان، كه در SKZ قید شده برابر با اصول است و »آ« ندارد: بنگرید به ماخذ
.
20 -
رضا. همان ص 79 و علی‌اف همان ص 62 هر دو به نقلاز
:Henning W.B, Mitteliranische Handbuch, Leiden, 1958, p.62.
21 -
رضا. همانص 80 و علی اف همان ص 62 هر دو به نقل از
:Guidil . ZDMG. 43, V, VI, VII,1889.
22 -
رضا. همان ص 80 و علی اف همان ص 62 به نقل از
: Procopius.,XX,IV.
23 -
علی‌اف. همان ص 62 به نقل از
: The Simok.,IV, III.
24 -
رضا همان ص 80 به نقل از
:
Gevorgin M.A., Kommentaii, a Istoriia Armeneii Favstos Buzanda, Erevan 1953. P 225.
علی‌اف همان ص 62 به نقل از: فاوشت بوزند. 1883 ص 175. دستور. آ.پ ناواسلسوا نامه 76، x،
28.
25 -
رضا همان ص 80 به نقلاز
:Kartlis Tskhovereba. Podgotov. SG.Kaukhchishvili,I,Tbilisi, 1955, p. 15.
26 -
رضا همان ص 80 به نقل از: نولدكه، تئودور. تاریخ ایرانیان و عربها درزمان ساسانیان. ترجمه عباس زریاب خویی، تهران، 1357 ص 7 و 65
.
27 -
ابن حوقل،صوره‌الرض، ترجمه دكتر جعفر شعار، تهران 1345، نقشه ارمینیه و آذربایجان و به نقلاز متن عربی ص 332
.
 همان ص 67
.
28 -
دیاكونوف.ا.م. تاریخ ماد ... ص 541
.
29 - Islam Ansiklopedisi, clit, 2, Istanbul, 1970, S. 93.
30 -
زریاب خویی، عباس. آذربایجان - تاریخ و جغرافیای تاریخی، مندرج دردایره‌المعارف بزرگ اسلامی نشر مركز دایره‌المعارف بزرگ اسلامی ج 1 ص 194 و
195.
31 -
سامی شمس‌الدین، قاموس اعلام تركی. استانبول 1306. جلد 1، ص 28. متنتركی بدین شرح است:»آتروپاتنه (Atropatene) آذربایجانك اسكندر رومیدن صكره كی طوائفملوك زامننده آلمش اولدیغی اسمدی، كه بوده اسكندرك ضابطلرندن اولوب، اوراده تفردایدن (آتروپات)، نسبتله حاصل اولمش برز اسمدی
...
32 -
رضا عنایت الله، اران از ...، ص 81 به نقل از: ابن فقیه، ابوبكر،‌احمدبن‌اسحاق همدانی، ترجمه مختصر البلدانبخش مربوط به ایران. ترجمه ح. مسعود، تهران، 1349، ص 126
.
33 - Elcibay Alulfaz, Bu maanim taleyimdir, Baku 1992, s.61
34 -
رضا. همان ص 77 و علی اف . همان ص 57 هر دو به نقل از
:
IAmoplski Z .I, Ozenachenii Termina “atropat” ... 1955 p3; Otozhdestve Antrapatianui Atropatene 1972. P6.
35 -
رضا همان ص 77 وعلی‌اف همان ص 58 هر دو به نقل از
:
Azerli M., Musevi T., Iampolski Z., Oslove “Azerbaidzhan” DAN, Azerb. SSR.xxx1974 p 12.
36 -
رضا همان ص 78 و علیاف. همان ص 58 هر دو به نقل از: دمیرچی‌زاده، كلمه »آذربایجان« (به تركی قفقازی
) -
كارهای دانشگاه دولت جمهوری آذربایجان 1945 ص 5 و باز همان 50 كلمه با كو
1968.
37 -
رضا. همان ص 78 و علی آف . ص 58 هر دو به نقل از
:
Gurban R., O slovakh azeri; Atropaten.
Azerbaydzan. Izvest. HN Azerb. SSR.seriia Literatura, iazik. Iskusst vo, 1968 . 3( این نوشته به زبان تركی قفقازی است).
38 - رضا همان ص 78 و علی‌اف همان ص 58. هر دو به نقل از: فرضعلی. آ. روشنگری كلمه »آذربایجان« علم و زندگی 1985 ص 8.
39 - Seidov M . , obetimologii slova “Azerbaydzhan” IzvesiiaAn Azerb. SSR.Seriia Liteatura iazik I iskusstvo, Boku, 1986.s.3
40 - تحلیل دیاكونوف به اختصار در صفحات پیشین آورده شد. برای آگاهی از نقطه نظرات علی‌اف در این باره بنگرید به تاریخ آتورپاتكان ، 71، 70، 69، 68، 61.
41 –
Həmin mənbə, Səh 59-60
  • Yazılıb
  • da (də) 2008 Jun 07