Tarix : 2017 Jan 15
Kod 51092

Birinci xanımın qardaşı həbs edildi

Mixail Mqaloblişvilinin Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə görə ittiham olunduğu bildirilib.
Arannews- Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən ölkənin birinci xanımı Mika Çiçuanın qardaşı Mixail Mqaloblişvili saxlanılıb.
bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Mixail Mqaloblişvilinin Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə görə (odlu silah əldəetmə və saxlama) ittiham olunduğu bildirilib.
Məlumata görə, 13 yanvar tarixində birinci xanımın qardaşı haqqında həbs qətimkan tədbiri seçilib.
Mqaloblişvilinin vəkili açıqlama verməkdən imtina edib.


  • Yazılıb
  • da (də) 2017 Jan 15
  • Göndərən مدير سايت Aran News