Tarix : 2017 Jan 15
Kod 51095

NİDA üzvünə bəraət istənildi

Vəkil B.Məmmədov barəsində Bakı Ağır Cianyətlər üzrə Məhkəməsinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi qərarından Apellyasiya şikayəti verildiyini deyir.
Arannews- NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yanvarın 18-nə təyin edilib
bu haqda B.Məmmədovun vəkili Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində şikayətə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq. 
E.Sadıqov B.Məmmədov barəsində Bakı Ağır Cianyətlər üzrə Məhkəməsinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi qərarından Apellyasiya şikayəti verildiyini deyir:
“Bu qərar əsassız və qanunsuzdur, B.Məmmədov cinayət törətməyib, məhkəmə istintaqı zamanı da onun cinayət törətməməsi sübuta yetirilib. B.Məmmədov heykəlin üzərinə şüar yazmağa görə həbs edilib.Amma bununla belə azadlıqdan məhrum edilməsi haqda qərar çıxaılırıb”.
E. Sadıqov deyib ki, şikayətdə B.Məmmədova bəraət verilməsi xahiş edilib.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov mayın 10-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. 
Məhkəmə prosesində B.Məmmədov ona sürülən ittihamlarla razılaşmadığını və günahsız olduğunu bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə isə B.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan B.Məmmədov apellyasiya şikayəti verib.


  • Yazılıb
  • da (də) 2017 Jan 15
  • Göndərən مدير سايت Aran News