Tarix : 2017 Jan 15
Kod 51096

Poroşenko rüşvətxordur

Mixeil Saakaşvili Ukrayna prezidentini yalançılıq və rüşvətxorluqda ittiham edib.
Arannews- Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonu yalançılıq və rüşvətxorluqda ittiham edib.
“Ukrayna höküməti sadəcə vəzifələrin alqı-satqısı ilə məğşuldur. Prezident həyasızcasına yalan danışır. O, Odessa gömrüyündən əldə edəcəyi pulları nəzərdə tuturdu. Mənim rəhbərliyim vaxtımda Poroşenko bu pullardan məhrum olmuşdu”, - Saakaşvili bəyan edib.
Həmçinin Gürcüstanın sabiq prezidenti öz Facebook səhifəsində Poroşenkonun iki qulduru dəstəkləməsi barədə yazıb.
“Bu gün Petro Poroşenko açıq şəkildə iki qulduru - Odessa büdcəsini mənimsəyən separatçı Truxanov (Odessanın hazırki meri) və regionun büdcəsini dağıdan Urbanskini - dəstəkləyir”, - deyə Sakaaşvili narazıçılığını bildirib.

  • Yazılıb
  • da (də) 2017 Jan 15
  • Göndərən مدير سايت Aran News