Tarix : 2008 Jun 07
Kod 5110

“Aran” adı niyə məhv oldu?

.
Azerbaijan Servisi/Aran Agentliyi
 İnayətullah Rza
Xülasə:
Qədim və Orta dövrün tarixçiləri, Aran ərazisində çoxlu tayfaların olduğunu qeyd etmişdilər.Strabon Qafqaz Albaniyasında(Aran) 26 tayfanın yaşadığını qeyd etmişdir.bu tayfaların özlərinə məxsus dilləri və müxtəlif dövlətləri var idi.Bu çox tayfalıq yalnız qədim dövrə aid deyil, bəlkə İslam dövründə də davam etmişdir.bir zamanlar Qafqazda yaşamış İbn Hoqil, “Qəbəq dağı”(Qafqaz)nın əhalisi haqqında yazıb: “bu dağ olduqca hündürdü və deyilənlərə görə, orada əhali 300-dən artıq dildə danışır. Mən, bu sözə inanmadım və Ərdəbildə Savalan dağın kəndlərinə getdim və gördüm, hər bir kənd özünəməxsus dildə danışır.Fars dili və Azəri dildən fərqlənirdi.”
Qədim və Orta dövrün tarixçiləri, Aran ərazisində çoxlu tayfaların olduğunu qeyd etmişdilər.Strabon Qafqaz Albaniyasında(Aran) 26 tayfanın yaşadığını qeyd etmişdir.bu tayfaların özlərinə məxsus dilləri və müxtəlif dövlətləri var idi.Bu çox tayfalıq yalnız qədim dövrə aid deyil, bəlkə İslam dövründə də davam etmişdir.bir zamanlar Qafqazda yaşamış İbn Hoqil, “Qəbəq dağı”(Qafqaz)nın əhalisi haqqında yazıb: “bu dağ olduqca hündürdü və deyilənlərə görə, orada əhali 300-dən artıq dildə danışır. Mən, bu sözə inanmadım və Ərdəbildə Savalan dağın kəndlərinə getdim və gördüm, hər bir kənd özünəməxsus dildə danışır.Fars dili və Azəri dildən fərqlənirdi.”
İbn Hoqil davamında yazıb:
“Bərdə xalqının dili Aran dilidir.Qəbəq(Qafqaz)adlı dağ onlara aiddir.bu dağın ətrafında kafir insanlar yaşayırlar və başqa dillərdə danışırlar.”3
 Mik(Muxoy), Gel(Gilan), uti, udin, Gərgər, Silvi, Lupeni, Didro, Sodi, Qardman, Tsvadidat, Olond, Pox, tvaspar, Xıçmatak, İjmax, Qat, Qluar, Qoger, Şiçb, Bəlasış, Yegersvan, Tat, Lahic, Talış və Kürd kimi tayfaların olduğundan xəbərimiz var.bunların sayı 24-dir.
Aydındır ki, çoxsaylı tayfaların və müxtəlif dillərin, olduğuna görə, bu ərazidə vahid dövlət yaranmamışdır.
Aran ərazisində zəif və məhəlli dövlətlər olmuşdur.bu zəif dövlətlərin içərisində nisbətən güclü dövlətlər, o cümlədən Aranşahlar və Şirvanşahlar mövcud idi.ancaq bu dövlətlər daima bir-birləri ilə münaqişədə olduqlarına görə, Aranda güclü və müstəqil dövlət heç bir zaman təşkil olmamışdır.bu səbəbə görə, Aran adı zaman zaman ərzində məhv oldu.xatırlatmalıyam ki, Aran adı Monqolların dövrünə qədər mövcud idi.
861 – 1027-ci illərdə Ərəb tayfalarından olan Məzidilər, Şirvana hökmranlıq etdilər və bu tayfalardan olan Məhəmməd-ibn-Yəzid Şamaxıya hökmranlıq etdi və beləliklə bəzi qonşu əraziləri fəth edərək, hökmranlıq etdiyi ərazini Şirvan adlandırdı.Halbuki ondan əvvəl Şirvan kiçik bir sahə idi. O sülalənin hökmdarları Ərəb tayfalardan ibarət idi, özlərini Şirvanşah adlandırdılar. Qəbələ və Şəki xanlıqları Şirvanın tabeçiliyini qəbul etdilər.11-ci əsrdə Gilanın hökmdarları olan Salarılər, Şirvan və Dərbəndi tutdular. Bu zonanın ilk hökmdarı Mərzban İbn Məhəmməd idi.6 bu əsrdə Xəzərlər sonra isə Şəddadilər Şirvana hökümət etdilər.
Götündüyü kimi, bu əsrlərdə yerli bir dövlət Şirvanın hakimiyyətini əldə edə bilməmişdi.bu hadisələrdən sonra Türklər Şirvana və Arana hücum etdilər.Şirvan hökmdarları, Türklərin nüfuzunun qarşısını almaq üçün Gürcüstan şahı, IV David ilə müttəfiq oldular(1089-1125),  Ancaq bu birlik Şirvan hökmdarlarına faydalı olmadı. Sultan Səlcuq Məhəmməd (1118-1131) Şirvana hücum etdi və Şamaxını işğal etdi.Gürcülərin yardımı ilə ikinci Mənuçöhrin onların qarşısında dayana bildi.amma bir nəticə hasil olmadı. Aran və Şirvan ərazilərini Eldəniz Atabayların qoşunu tutdu.7
Bir müddət sonra 1220-ci ildə Monqollar(tatarlar) bu ölkəyə hücüm etdilər və İşğalçılar Beyləqan, Gəncə, Naxçıvan, Şamaxı, Aran və Şirvanın digər yerlərini qarət etdilər. Fars və  Rom hökmdarları İzzəddin, Rüknəddin, Müzəffərin oğlu Atabay Səddən itaət etmələrini, Rəşidəddin Fəzlullah qeyd edib, ancaq Aran və Şirvan haqqında yalnız istifadə olunmuş titulları qeyd edib və onların adlarını yazmayıb.8
Rəşidəddinin yazdığına görə, Çingizin nəvəsi Hulaku, Aranı işğal etdikdən sonra, öz oğlunu Yaşmutanı oraya hakim etdi.9 1282-ci ildə Hulakunun 7-ci oğlu Əhməd, Aran və Şirvanın hökmdarı oldu.10 Arğun, Kaxetiyadan öncə, Monqolların qışlağı Aran, ovlaq yerləri isə Şirvan dağları idi11. Monqollardan sonra Çobanilər və Cəlairilər dövlətləri burada təşkil oldu.14-cü əsrin ikinci yarısında Kəsranilər nəslindən olan Şirvanın son hökmdarı, Huşəng, Cəlairilərə tabe oldu. 1382-ci ildə Şirvanın yerli hakimləri və aristokratları onun əleyhinə qiyam etdilər; nəticəsində Huşəng həlak oldu və Kəsranilər dövləti məhv oldu. 12 Şirvanın aristokratları Şəkinin böyük xanlarından olan İbrahimi, hökmdarlığa seçdi.14-cü əsrin sonunda Teymur Gorkani və oğlu Toxtamış, Şirvan və Arana hücum etdilər. 13 İbrahım, Teymur və Toxtamışla müzakirə etdi və Şirvan qarət edilmədi. 1400-cü ildə İbrahım, Teymurun razılığını aldı.14 1412-ci ildə Qara yusuf Qaraqoyunlu ordusu ilə Kür çayından keçərək, İbrahımın ordusunu darmadağın etdi, dəhşətli soyqırım nəticəsində Şirvanda kimsə dırı qalmadı.15 Səfəvilər dövründə də Şirvanşah Xəlilullah ilə Şeyx Cüneyd arasında müharibəyə oldu və  Şeyx Cüneyd həlak oldu. onun oğlu şeyx Heydər Aran və Şirvana hakim oldu. Şirvanşah Fərrux Yasar Yəqub, Ağqoyunludan yardım istədi. Şeyx Heydərdən sonra şah İsmayıl Səfəvi 905-ci (h.q.) ildə Aran və Şirvana hücum etdi. Fərrux Yasar, Şamaxıda müqavimət göstərə bilmədi və Qəbələyə qaçdı və bir müddət Şirvanda qaldı. Qızılbaşlar oraya hücum etdilər və bu savaşda Fərrux Yasar həlak oldu. Bir il sonra şah İsmayıl Bakıya hücum etdi. şəhərin qalasını mühasirə edərək, oranı fəth etdi.16
Bu hadisələrdən sonra tarixdə Aran adı ilə azacıq rastlaşırıq. Şirvan və Aran adlarına Şərifəddin Bədrisinin, Birinci şah Təhmasibin dövründə geri qalmış vergilərin ödəməsi haqqında, yazdığı mövzuda rastlaşırıq. 17
1738-ci ildə Nadirşah Əfşarın hakimiyyətinin əleyhinə Qarabağ, Şəki, Şirvan və Beyləqan zonalarında qiyamlar başlandı.bu qiyamların başında Səfi Mirzə dayanmışdı. 1743-cü ildə Nadir şahın ordusu bu qiyamları yatırdı və Səfi Mirzəni öldürdü.
Bu dövrlərdə Aran və Şirvan ərazisində gərgin vəziyyət hakim idi. Misal üçün, Şəkidə hacı Çələbi Qurban, Nadirin əleyhinə xalqı qiyama dəvət etdi. Şəkinin hökmranı məlik Nəcəf, qızılbaşlardan idi. 18 bu qiyamın bir nəticəsi olmadı.
8-ci hicri əsrin sonu və 9-cu əsrin başlanqıcında Aran adına çox az rastlaşırıq. Yalnız Şirvan haqqında yazılmış yazılarda bəzən Aran adı ilə qarşılaşırıq. Əhməd Kəsrəvi Aran adı haqqında yazıb: “7 , 8-ci (hicri) əsrlərinə kimi o zonanın adı idi və ondan sonra zaman ərzində məhv oldu. Həmdullah Müstofi 8-ci (hicri)əsrdə Araz və Kür çayları arasındakı ərazini Aran və kürün o tayındakı ərazini Şirvan adlandırıb.Əmir Teymurun hücumu və Ağqoyunlular və  Qaraqoyunlular zamanında tarixdə Aran adı yoxdur; məgər Qarabağ haqqında olan yazılarda"Qarabağ Aran" adlanıb.İskəndər bəy Türkəman, Səfəvilər dövründə 2-3 yerdə Aranın adını qeyd edib.o da Həmdullah Müstofi kimi Şirvanın bir hissəsini Aran bilib.”19
Yazdığımız Faktlardan məlum oldu ki, tayfa çoxluğu, tarixi və coğrafiya vəziyyət, səbəb oldu ki, Aranda vahid dövlət olmasın. Vahid dövlətin olmaığına görə 18-ci əsrdə qədim Aran və Şirvan ərazisində bir neçə müstəqil dövlət təşkil olunsun. Bu dövlətlərin hər birinin sərhədləri var idi.hər ölkə özünə aid iqtisadi və siyasi şəraitə malik idi. 18-ci əsrdə Aran və Şirvan bölgələrində bir çox xanlıq (xanat) yarandı.o cümlədən Qarabağ xanlığı, Şəki xanlığı, Şirvan xanlığı, Gəncə xanlığı, Bakı xanlığı, Naxçıvan xanlığı, Quba xanlığı və Dərbənd xanlığı. Bu xanlıqlardan əlavə  kiçik dövlətlər də mövcud idi və “Məlik” adlanırdı və bu ərazinin aristokları, "Məlik" adı ilə hökümət edirdilər.O cümlədən İlisu, Arş, Qurtqaşın, Qazax və Şəmşadil.Xanlıqlar və məliklərdən əlavə bir neçə sultanlıq da var idi, o cümlədən Vərəndin, Cərabərdə, Gülüstan, Dizək ya Dizaq və Xaçen ya Xaçın. Burada toplam17 xan, məlik və sultan var idi.
Bu yerli dövlətlər olduqca kiçikdir. Misal üçün, Qarabağ xanlığında bir neçə məlikvə sultan var idi.Bu bölgədə ən böyük ərazi xanlıqlara aid idi.Qutqaşın, İlisu və Arış sultanlığı Şəki xanlığına tabe idi.bu ərazidə ən böyük və məşhur xanlıqlar Şəki, Qarabağ və Qubadaydı. Onlardan sonra Naxçıvan, Bakı və Dərbənd xanlıqları idi. İrəvan xanlığı Ermənistana birləşmədən əvvəl, nisbi əhəmiyyətə malik idi.20
Səfəvilər dövründə və Qarabağ xanlığı təşkil olmadan öncə, Erməni mahalları olan  Dizaq, Vərənd və Xaçın bəylərbəyinə tabe idi, Səfəvi şahları tərəfindən Bələrbəyi təyin edilirdi.bu vəziyyət Nadir şah dövrünə qədər davam etmişdir.21
"Qarabağ Tarixi"nin müəllifi, bu ərazi haqqında yazın:- bir zamanlar Aranın paytaxtı olan Bərdə şəhəri, Qarabağ xanlığına tabe idi. Bu fikirlərdən aydın olur ki, Aran keçmiş şan şöhrətini əldən vermiş və onun qədim paytaxtı Qarabağa tabe olmuşdur. Bu tarixçi Bərdə əhalisi haqqında yazıb: “qədim dövrlərdə Bərdə xalqı erməni yaxud qeyri- müsəlman idi.”22
Nadirşahın dövründə, "Oymaq Saruclu" tayfasından və "Cavanşir" elindən olan Pənah xan(Pənahəli xan), Pənahəli bəy Saruclu "Cəvanşirə" məşhur idi və Nadirin xadimlərindən idi."Qarabağ Tarixi"ndə yazılıb:-1150-ci( h.q) ildə Nadir Xorasanda olduğu zaman Cavanşir,Qarabağa qaçıb və bir müddət Şəki və Qəbələ vilayətlərində qaldı.23
Nadirin qətlindən sonra Cavanşirin qardaşı oğlu, Əliqulu xan, İranın qərbində Nadirin yerini tutdu və 1745-ci ildə Pənahəliyə "xan" ləqəbi verərək, Qarabağ hakim etdi24.
Pənahəli xan "Bayat" qalasını tikdi.ailəsi və ordusu ilə orada məskunlaşdı. Pənahəli xanın gücündən qorxan Şəki və Şirvan hökmdarları, Gəncə xanı, hacı Çələbi xana məktub yazdılar və onunla birləşdilər. İki tərəf arasında müharibələr baş verdi, ancaq bir nəticəsi olmadı.
Nadir şahın qətlindən sonra və Kərim xan Zənd hakimiyyəti başlanmadan öncə İranda tayfalar arsında ixtilaf yarandı.bu fürstdən istifadə edən Pənahəli xan, öz mövqeyini möhkəmləndirməsi üçün çalışdı.bu zaman Pənahəli və Fətəli xan Əfşar, Urmiya hakimi, arasında müharibə baş verdi.Fətəli xan hiylə ilə İbrahim Xəlil Pənahəlinin oğlunu Urmiyaya dəvət etdi və orada onu  həbs etdirdi.Nəhayət, Kərim xan Zənd, İbrahım Xəlili zindandan azad etdi və Qarabağın hakimi seçdi.Pənahəlini isə Şiraza dəvət etdi.25 İbrahım"xan" ləqəbi alaraq atasının yerini tutdu və bir müddətdən sonra pənahəli xan Şiraz şəhərində vəfat etdi. Kərim xan onun cəsədini hörmətlə Qarabağa göndərdi və Ağdam zonasında dəfn olundu.26
İbrahım xan 1756-cı ildən 1806-cı ilə kimi Qarabağda hökmdarlıq etdi. 27Onun dövründə Qarabağ xanlığı güclü dövlət oldu və Naxçıvana da hakimiyyət etdi.
Qarabağı fəth etmək üçün yola düşdü.İbrahım xanı Rus sərdarı "Zubova"nın yanına göndərdi. Ağa Məhəmməd xan Qacar, öz tabeçilyini bildirmək və yardım almaq üçün Rus imperiyasına "ikinci Yekaterinaya"da məktub göndərdi.28  İbrahım xan, Kərim xanın vasitəsi ilə Qarabağın hakimi olmuşdur.amma buna baxmayaraq, İbrahim xan, Qacar şahı ilə düşmən olaraq, Rus dövləti ilə birləşdi.
Ağa Məhəmməd xan Qacar Şuşa qalasında qətlə yetirildikdən sora İbrahım xan yenidən Qarabağa qayıtdı29 1805-ci ildə Tsisiyanovun əmri altında olan Rus qoşunu, Qarabağa daxil oldu30. İbrahım xan 44 il hökmdarlıqdan sonra 1806-cı ildə öldü və oğlu Mehdiqulu xan Rus çarının sərəncamı ilə 17 il Qarabağda hökümət etdi.31
1797-ci ildə Qarabağda yaşayan ermənilər 11 min ailə idi. Bu mövzu "I Pavel" Rusiya çarının sərəncamında aydın görünür.3219-cu əsrin 40-cı illərində 700 minə yaxın erməni ailəsi İrandan Qarabağa köçdülər. Bir müddətdən sonra onlardan 300 min ailə İrana qayıtdı. Qarabağda yaşayan ermənilərin çoxu taun epidemiyasından həlak oldular. 33 1914-cü ildə Qarabağda 222 erməni kilsəsi var idi və burada  xristiyanların sayı 206.768 nəfər idi.bunlar  224 kənddə yaşayırdılar.34
Qafqazın digər böyük xanlıqlarından biri, Şəki xanlığı idi.qeyd etdiyimiz kimi, bu xanlıq, hacı Çələbi xanın vasitəsi ilə təşkil olmuşdur.hac Çələbi xan çalışdı, öz hakimiyyətinin sahəsini genişləndirsin və bu səbəbə görə, 18-ci əsrin ortasında Arş və Qəbələ zonalarını tutdu və oraları özünə tabe etdi.həmçinin hacı Çələbi xan Gəncə və Qarabağı fəth etmək üçün çox çalışdı. Qarabağ, Gəncə, Naxçıvan və İrəvan xanları, hacı Çələbi xanın güclənməsindən qorxdular, buna görə Gürcüstanın şahı ilə müttəfiq oldular. 1752-ci ildə Gürcüstanın şahı "Timuraz" və onun oğlu Hirakli, Gəncəyə hücum etdilər.bir neçə xan Hirakli ilə müzakirə etmək üçün Gəncəyə getdilər.Hirakli, Şəki və Qarabağın fəthini düşündüyü üçün hacı Çələbi xan Gürcüstan ilə mübarizə etdi və Gəncə, Qazax və Borçalını tutdu.35
Quba xanlığı digər xanlıqlardan bir idi.bu xanlıq Dağıstan və Cənubi Rusiyənin ticarət yolunda yerləşmişdir. Ümumiyyətlə Quba xanları, İran şahları tərəfindən təyin olurdular. İlk illərdə Quba xanlığının mərkəzi "Xudat" qalası idi.sonralar 1735-ci ildə Quba olmuşdur.18-ci əsrin əvvəllərində Nadir şah tərəfindən Hüseynəli xan Qubanın xanlığına təyin olunmuşdur, Nadirin qətlindən sonra da Hüseynəli Quba hökümətini idarə etmişdir. Bir müddət sonra Hüseynəli xan Rusiya dövləti ilə yaxın münasibət quraraq, bu imperiyadan çoxlu hədiyələr aldı.36 Hüseynəli, 1758-ci ildə vəfat etdi37 və oğlu Fətəli xan atasının yerində oturdu və Quba xanlığının mövqeyini möhkəmləndirmək üçün çalşdı.Fətəli xan qonşu xanlıqları, Qubaya ilhaq etmək üçün çox çalışdı. Bu çalışmaların nəticəsində Dərbənd xanlığı Qubaya birləşdi. Fətəli xan Qafqaz  sıra dağlarını və Xəzərin qərbi sahilərindəki ərazini Samur çayına qədər fəth etdi və Dərbəndin fəthindən sonra, Məhəmmədhüseyn xan Dərbəndini iki gözünü kör etdi.onu birinci Qubada sonra isə Bakıda həbsə etdirdi.Bir müddət sonra Məhəmmədhüseyn xan Bakıda vəfat etdi. Fətəli xan Bakı xanlığını özünə tabe etmək üçün bacısını Xədicəni, Bakı xanı Mirzə Məhəmmədin oğlu Məlik Məhəmməd xana verdi və beləliklə Xəzər dənizinin qərbi sahillərindən Dərbəndə kimi ərazinin iqtisadi və siyasi vəziyyətini ələ keçirə bildi. 38
Bu böyük uğurdan sonra Fətəli xan Şirvan xanından vergi tələb etdi, ancaq Şirvan xanı bu vergidən boyun qaçırtmaq üçün Şəki xanı ilə birləşmək istəyirdi. 1767-ci ildə Fətəli xan Şamaxı və Şirvana hücum etdi. o əraziləri Fəthəli xan, Şəki xanı ilə(Şirvan xanı ilə birləşmədiyi üçün) bölüşdü.39 bunlar göstərir ki, Qafqazın kiçik xanlıqlar arasında ayrılıq və hətta düşmənçilik var idi və bu səbəbə görə, bəzi xanlar İrana, bəzisi Rusiyaya və bir hissəsi də Osmanlı dövlətinə yaxın idilər, o cümlədən Fətəli xan Rus dövlətinə yaxınlaşmışdır.
Bu zidiyyətlər səbəb oldu ki, Rus imperatrisası ikinci Yekaterinanın daha artıq Qafqaza diqqət yetirsin. Rusiya dövləti Qafqaz xanlıqları arsında olan ixtilafları və ziddiyyətləri dəstəkləyirdi və buna görə də İran ilə ruslar arasında olan müharibədə İran müəyyən çətinliklərlə rastlaşdı.
Qarabağın xanı, İbrahım xəlil xan da Rusiyaya yaxınlaşmışdır. 1783-cü ildə o, ikinci Yekaterinaya məktub yazaraq öz tabeçiliyini, o dövlətə bildirmişdir.40
Məhəmməd xan İrəvan hökmdarı, Rusiya dövlətinə məktub yazaraq, bu dövlətdən yardım istədi. "Qarabağ Tarixi"adlı kitaba əsasən, Məhəmməd xan “Rus komandiri Sisiyanova elçi göndərmiş və ondan yardım və himayə istəmişdir.”41 O, öz məktubunda yazmışdır:-“Hər zaman cənab komandir (Sisiyanov) buraya gəlsə və bizə yardım etsə, İrəvan qalasını onlara veriləcək və özümüz də Rusiya dövlətinin tabeçiliyini qəbul edəcəyik.”42
Aran adının məhv olmasının bir neçə səbəbi var:
1.                       Bu ərazidə qədim dövrdən başlayaraq, 20-ci əsrə kimi bir-birindən fərqlənən dil və tayfalar olmuşdur.Şübhəsiz bu ərazidəki tayfaların fərqli olmasının əsas səbəbi, təbii və coğrafiya amillərə bağlı olub. Məsudi, Qafqaz ərazisini “Qəbəx” dağları adı ilə yad edib və  yazıb: “Cəbəli-Qəbəx böyük bir dağdır və orada çoxlu tayfalar yaşayır. Bu dağlıq bölgədə 72 tayfa var.hər bir tayfanın şahı və dili var ... və kimsə ətraf qəbilələrin sayını bilməyir.43 İstəxri Dərbənd dağı haqqında yazıb: “bu dağda 72 qəbilə yaşayır və hər birinin özünəməxsus dili var.hətt bir tayfa başqa tayfanın dilini başa düşməyir.”44 dil və mənşə baxımından fərqlilik 20-ci əsrə kimi davam etmişdir.qeyd etdiyimiz kimi, Aranda 17 xan, məlik və sultan mövcud idi.
2.                       Aranda yaşayan qəbilələr və tayfaların birləşmələrinə, digər maneələrdən biri, vahid və iqtidarlı mərkəzi dövlətin yoxluğu idi. Aran, ya İran dövlətinə tabe idi, ya da Xəzərların, Türklərin və Monqolların hücumuna məruz qalmışdılar.
3.                       Mərkəzi dövlətin olmadığı səbəb olmuşdur ki, vahid dil, rəsmi dil, Aranda olmasın. zaman boyunca yerli ləhcələr məhv oldular və türk dili onların yerini tutdu. Bunlara baxmayaraq, 20-ci əsrin ilk yarısında Türk dili Aranın yazı dili hesab edilməyirdi. ərəblərin və türklərin işğalından öncə Aranın yazı dili dəri fars dili idi və 20-əsrə kimi davam etmişdir. o ərazidə Fars dilinin istifadə edilməsini elmi, ədəbi və tarixi əsərlərdə və mətbuatda görmək mümkündür.
4.                       Aranda mərkəzi dövlətin olmadığına görə, tayfaların və qəbilələrin daxilində xanlıq, məlik və sultanlıq şəklində çoxlu kiçik dövlətlər təşkil olunmuşdur. Buna görə, qəbilələr və tayfalar məhəlli adlarını qorumuşdular və yavaş-yavaş tarixi və qədimi ad, yəni Aran unudulmuşdur.
Rusiya imperiyası dağıldıqdan sonra, bu parçalanmış əraziyə bir ad ehtiyac oldu. Türk dilinin olması bu adqoymada bir bəhanə oldu və burada Osmanlı türklərinin rolu böyük idi.
19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasında iki məfkurə ortaya çıxdı:1.İslam birliy 2:Türk birliyi."Gənc Türklər"adlı bir qrup"Türk birliyi"nin idealarını təbliğ edirdi.bu qrup 1907-ci ildə “İnkişaf və Birlik” partiyasını yaratdı.
Osmanlı imperiyasında dövlət dili Türk dilli idi və müsəlman olduqlarına görə, dünya müsəlmanlarının rəhbərliyini iddia edirdilər və bu iki məfkurəni birləşdirərək, bir yerdə istifadə etdilər. Osmanlı sultanı bir tərəfdən özünü müsəlmanların xəlifəsi adlandırırdı və digər tərəfdən də türklərin birliyinə, daha doğru şəkildə desək, türkdillilərin birliyində fəaliyyət göstərənlərə yardım edirdi.
Qafqaz türkdilliləri, xristiyan Rus imperiyasının tabeyində olmağı istəmirdilər və Qacar hökümətindən də ümidləri kəsilmişdir.bu səbəbə görə özlərinə ümid yeri axtarırdılar və bunu Osmanlı türklərində tapdılar.
1911-ci ildə türklərin rəhbərliyi altında böyük İslam ölkəsi yaratmaq məqsəadi ilə Bakı şəhərində “İslam Demokratik Müsavat” partiyası yarandı. Bu partiya həm siyasi, həm də dini fikirləri özündə əks etdirirdi. Partiyanın baniləri Məhəmməd Əmin Rəsulzadə, Şərifzadə və Kazımzadə idilər. Bunlar Osmanlı türklər tərəfindən dəstəklənirdilər.
1917-ci ildə Rusiyanın ilk inqilabından sonra və müvəqqəti hökümətin təşkil olunmasından sonra, "Müsavat Partiyası"nın başçıları “Demokratik Rusiya Respublikası”nın bərpasına öz  razılıqlarını elan etdilər. Həmin ildə "Müsavat Partiyası", "Türk Federal Partiyası"ilə birgə qurultaylar təşkil etdi. İki partıyanın sazişi nəticəsində partiyaların birləşməsini rəsmən elan etdilər və "Müsavat Partıyası"na yeni ad seçdilər. “Türk Müsavat Federal Demokratik Partiyası” adı verildi.bunların məqsədi Türkiyənin rəhbərliyi altında  türkdilliləri birləşdirmək və  bir federasiya təşkil etmək idi.
Yeni partiya ilk muxtariyyətini sonra isə istiqlaliyyətini elan etdi. Partiya qurultayında Rəsulzadə, Qacincki, Usubekov və Ağayev mərkəzi komitənin üzvi seçildilər. Partaiyanın mətbuat orqanı "İstiqlal" qəzeti oldu.
Belə nəzərə gəlir ki, Arana və Şirvana"Azərbaycan" adının verilməsi, türklərin siyasəti nəticəsində olmuşdur; çünki Türklər Azərbaycana bir neçə dəfə hücum etmişdilər.burada çoxlu itgi verərək həmişə Azərbaycan xalqının müqaviməti ilə qarşılaşmışdılar.Buna görə, dolayı yollarla Qafqaza və Azərbaycana qondarma "Azərbaycan" adını verməklə istədilər ki, uyğun bir şəraitdə bu birliyə hakim olsunlar.
İngiltərənin ordusu, 30 Oktyabr 1918-ci ildə general Tomsonun başçılıqı ilə Bakını işqal etdi və Türk ordusu müharibədə məğlub olduğuna görə, Bakıdan çıxarıldı.Ancaq İngiltərə tərəfindən Müsavatçıların “Azərbaycan Respublikası” rəsmiyyətə tanındı.
"Müsavat" dövləti "Azərbaycan Respublikası" adı altında iki il Arana və Şirvana hökümət etdi və bu vəziyyət 1920-ci ilin Aprel ayına kimi davam etdi. Həmin il Rusiya Qızıl ordus ilə Bakı şəhərinə daxil oldu və şəhəri  işğal etdi və Müsavatçıların dövləti dağıtdı. bir neçə Müsavat başçısı edam olundu. Bakı və onun ətrafında Sovet hakimiyyət rəsmiləşdi.ancaq yeni hakimiyyət Azərbaycan adını qoruyub, saxladı. Beləliklə, qondarma "Azərbaycan" adı Türklər və Müsavatçıların təşəbbüsü ilə yarandı, sonra isə İngiltərə və Rus dövlətləri tərəfindən rəsmiyyətə tanındı.
tarix boyu Qafqaz ya Aran və Şirvan Azərbaycan adı ilə tanınmayıb, bu reallığa şübhə edən yoxdur.bu haqqda Rus alimi"Bartold"yazıb:
“ ... bu respublikaya, ona görə "Azərbaycan" adı verildi ki, "Azərbaycan Respublikası" təşkil olunaraq, güya İran Azərbaycanı ilə birləşəçək. Bu respublikanın bütün ərazisinə aid olan ad, əlbəttə ki, Aran adıdır.”45
Əhməd Kəsrəvi də bu fikirdədir. O, Azərbaycan respublikasına "Aran" adının verilməsini  uyğun görüb və yazıb: “təəccüb edici bir haldı ki, Aranı "Azərbaycan" adlandırırlar; halbuki Azərbaycan başqa bir ərazinin adıdır.Aranın qonşuluqundadır və daha geniş və daha məşhurdur. Qədim dövrələrdən başlayaraq, iki yurd biri birindən ayrı idi və heç bir zaman Arana "Azərbaycan" deməyiblər... bu günə kimi başa düşmədim, niyə Aranlı qardaşlarımız öz tarixi və qədim adını unudublar və "Azərbaycan" adına ehtiyac hiss ediblər?... “46
Mənbələr:
1.            “The Geography of Strabo” London, 1984
2.            ابن حوقل / صوره الارض/ ترجمه دکتر جعفر شعار / تهران/ 1345/ ص 94
3.            Həman, sah.96
4.            ابن خرداد به/ عبیدالله بن عبدالله / المسالک و اممالک به کوشش دخویه / لیدن/1889 م/ ص 124
5.            مسعودی علی بن حسین / مروج الذهب و معادن الجوهر/ ترجمه ابوالقاسم پاینده / ج 1/ تهران 1356/ ص 175
6.            “İstoriya Azerbacana ...”,T, L, 1958
7.            “ibid”
8.            Rəşidəddin Fəzlullah, “Cami-ül-Təvarix”
9.            Həmin mənbə ,Səh.91-100
10.        Həmin mənbə, səh. 173-174
11.        Həmin mənbə cild 3 , səh.344
12.        “İstoriya Azerbacana ...”,T, L, 1958, p.193
13.        Ibid, p.197-198.
14.        Ibid, p.200.
15.        Ibid, p.203-204.
16.        Ibid, p.225-226.
17.        بدلیسی / شرف الدین / تاریخ مفصل کردستان/ به کوشش محمد عباسی/ تهران/ 1343/ ص 251-252
18.        “İstoriya Azerbacana ...”,T, L, 1958, p.330-331
19.        کسروی / احمد / شهریاران گمنام / تهران/ 1335/ ص264-265
20.        “İstoriya Azerbacana ...”,T, L, 1958, p.334-336
21.        Cavanşir Qarabağı, Mirzə Camal, “Qarabağ tarixi”, səh.6
22.        Həmin mənbə , səh.4
23.        Həmin mənbə , səh.6-8
24.        Həmin mənbə , səh.10-15
25.        Həmin mənbə, səh.21-22
26.        Həmin mənbə ,
27.        Həmin mənbə , səh.23
28.        Həmin mənbə , səh.28-29
29.        Həmin mənbə , səh.37
30.        Həmin mənbə , səh.56-57
31.        “Polnoe sabranie zakonov Rossiskoi imperii”, T.XXIV, P.761
32.        “Nagorni Karabakh, İstoricheskaia spravka” Erevan,1988
33.        Ibid
34.        Ibid
35.        İstoria Azerbaıjan...T,L, Baku, 1958,p.336-337
36.        Ibid
37.        Bakıxanov, Abbasquluağa, “Gülüstani erəm”
38.        İstoria Azerbaıjan...T,L, Baku, 1958,p.340-342
39.        Ibid, p.342
40.        Ibid, p 350
41.        Cavanşir Qarabağı, Mirzə Camal, “Qarabağ tarixi”, səh.41
42.        Həmin mənbə Məsudi,Əli ibni Hüseyn, “mürəvvicüzzəhəb və məadinülcövhər”
43.        مسعودی/ علی بن حسین/ مروج الذهب و معادن الجوهر/ ترجمه ابوالقاسم پاینده/ ج 1/ تهران/ 1365/ ص 173
44.        اصطخری/ ابواسحق ابراهیم / مسالک و ممالک / به کوشش ایرج افشار/ تهران 1347/ ص 157/ج1
45.Bartold V.V.,Sochineniia, tom II,chast 1, Moscow, 1963, p.703.
46.کسروی احمد/ شهریاران گمنام/ تهران 1335/ ص 265/ رضا عنایت الله / آذربایجان و آران ( البانیای قفقاز ) تهران 1372
  • Yazılıb
  • da (də) 2008 Jun 07