Tarix : 2017 Jan 16
Kod 51100

Türkiyə təyyarəsi Qırğızıstanda faciə yaratdı

35 nəfər faciə qurbanı olub 8 nəfər, o cümlədən 6 uşaq Bişkekin xəstəxanalarına gətirilib.
Arannews- Türkiyənin MyCargo Airlines şirkətinə məxsus Boeing 747 yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayaraq evlərin üstünə düşüb.
Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyinin məlumatına görə, təyyarə yerə enərkən hava limanının uçuş-enmə zolağının 1,5-2 km-də qəzaya uğrayıb: "Ekipaj beş nəfərdən ibarət olub, uçuş marşrutu Honkonq - Bişkek - İstanbul" -deyə, idarədən bildiriblər.
Boeing 747 yerli vaxtla saat 07:30-da qəzaya uğrayıb. Təyyarədə yalnız ekipaj üzvləri olub. Təyyarənin yerə düşməsi nəticəsində təxminən 15 birmərtəbəli yaşayış evi dağılıb, 35 nəfər fəlakətin qurbanı olub  8 nəfər, o cümlədən 6 uşaq Bişkekin xəstəxanalarına gətirilib.


  • Yazılıb
  • da (də) 2017 Jan 16
  • Göndərən مدير سايت Aran News