Tarix : 2017 Jan 16
Kod 51102

VMH-nin liderləri Saakaşvili ilə görüşüblər

Tərəflər görüş zamanı partiyanın yanvarın 20-də keçiriləcək qurultayını və gələcək üçün planlarını müzakirə ediblər.
Arannews- Vahid Milli Hərəkat Partiyasının liderləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə görüşüblər.
görüş Kiyevdə baş tutub. Görüşdə Vahid Milli Hərəkat Partiyasının liderləri sayılan Roman Qoçiridze, Nika Meliya, David Kirkitadze, Levan Varşalomidze, Salome Samadaşvili, Azər Süleymanov və Nikolos Rurua iştirak edib. 
Tərəflər görüş zamanı partiyanın yanvarın 20-də keçiriləcək qurultayını və gələcək üçün planlarını müzakirə ediblər.
Qeyd edək ki, son günlər Saakaşvilinin partiyasını tərk edən siyasi liderlərin sayı artıb. Partiyadan gedənlər bu addımı qurumun rəhbərliyində yalnız Saakaşvilinin qalmasını istəmədikləri üçün atdıqlarını bildiriblər. Partiyanı tərk edənlər sırasında Giqa Bokeriya və David Bakradze kimi məşhur şəxslər də var. Saakaşvili bu prosesi milyarder Bidzina İvanişvilinin oyunu adlandırıb.
Partiyanı tərk edənlər Avropa Gürcüstanı Partiyası yaradıblar. Bu partiya indiyə qədər yalnız kağız üzərində mövcud olub.


  • Yazılıb
  • da (də) 2017 Jan 16
  • Göndərən مدير سايت Aran News