Möhsün Hadi sənədli film rejissorudur, Təbrizdə yaşayır. Çəkdiyi filmlərdə daha çox tarixi mövzuları araşdırır. Möhsün Hadinin çəkdiyi filmlərdən biri də Qarabağ haqqındadır.
Rejissor deyir ki, uşaqlıqdan Qarabağda baş verənləri diqqətlə izləyib. İran Azərbaycanından olan rejissor Oxu Zalına çəkməkdə olduğu filmdən danışır.
- Möhsün bəy, bu yaxınlarda Bakıda olarkən verdiyiniz açıqlamada İranda Qarabağla bağlı film çəkdiyinizi dediniz. Hələ yayımlanmadığına görə özünüzdən soruşum. Bu mövzunu niyə seçdiniz və Qarabağ münaqişəsini necə işıqlandırmağa çalışmısız, əsas hansı cəhətləri önə çəkmisiniz?
- Bu mövzunu niyə seçmişəm? Mən müsəlmanam və Qarabağ içimdə bir yaradır. Müharibə zamanı cocuq idim, İran mediasında yayılan xəbərləri gördükcə içim alovlanırdı. O vaxtlar İrandan Qarabağa gedənlər vardı, hər zaman onların xatirələrini dinləyirdim və arzulayırdım ki, kaş mən də böyük olaydım, silah götürəydim. Çox keçmədi ki, böyüdüm və silahımı əlimə götürdüm – yəni kameramı...
Buna da bax: Təbrizli rejissor İranda azərbaycanca film çəkməyin önəmindən danışır
- Bildiyim qədərilə filmin bir hissəsini də Bakıda çəkmisiniz. Bakıda çəkilişlər necə keçdi, kimlər iştirak elədi filminizdə?
Rejissor Möhsün Hadi İranda öz çəkiliş qrupu ilə birlikdə.
- Bakıya mən bir sualla gəlmişdim, Tehrandakı Qarabağ şəhidlərinin məzarlarının hekayəsini öyrənmək istəyirdim. Bu sualımın cavabını tapmaq üçun bir neçə nəfərlə musahibə elədim.
- İran azərbaycanlıları üçün Qarabağ münaqişəsinin necə bir xatirəsi var? Orda insanlar bu münaqişə haqda nə dərəcədə məlumatlıdır və ümumiyyətlə, filminizin bu sahədə nə kimi təsiri olacağını düşünürsünüz?
- İranda Qarabağ məsələsinə sadəcə azərbaycanlılar həssas deyillər, millətin əksəriyyəti Qarabağı islam torpağı bilir və onun azad olmasını istəyir. Amma bu həqiqət mediada görünmür. Niyə? Bununla bağlı çox məsələ var ki, nə vaxtsa aydın olacaq, amma hər nədisə, nəticəsi ermənilərin xeyrinə olur. Mənisə həqiqətin simasından tozları silməyə çalışıram.
Buna da bax: Leyla Novruzi: İndi İran azərbaycanlılarının öz dilində kinosu var
- Oxucularımıza özünüz haqqında məlumat verə bilərsinizmi? Kinematoqrafiya sizi niyə cəzb etdi və niyə sənədli kinonu seçdiniz?
- Mən sosiologiya üzrə təhsil alıram, insan və mədəniyyət bir əfsanə kimi məni özunə cəzb eləyib. Çox uzun zamandır. Digər tərəfdən aləmin gözəlliklərini görmək həvəsi kiçik yaşlarımdan məni təsvirlə tanış elədi. Fotoqrafiya dünyanı görməyim və tanımağım üçün bir baca oldu. Documental kino bu iki baxışın birləşmə nöqtəsidir. Bu sahədə fəaliyyətəbaşladığım zaman bildim ki, əgər kameranın arxasında duran göz elmli olsa, kamera sadəcə sənət cihazı deyil, bəlkə bir qələm kimi elm sımvolu ola bilər. Bu zaman vizual sosiologiya ilə tanış oldum. Indi çalışdığım sahə budu - vizual sosiologiya.
Möhsün Hadinin Təbriz şəhəri haqda çəkdiyi tanıtım filmi.
- Azərbaycanda və dünyada daha çox İranın bədii filmləri tanınır. Bəs İranda sənədli kino sahəsi necə inkişaf edib?
- İran bədii kinosu sənədli kinonu döşundən əmizdirib və qucağında böyüdüb, buna görə də çox yuksək səviyyəli sənədli filmlər çəkilib İranda. Bəziləri dünyanın müxtəlif festivallarında mükafatlar alıblar. Amma neyləməli ki, bu filmlər az göstərilir və az tanınır.
- Oxucularımızı İranın sənədli kinosu ilə tanış eləyə bilərsiniz? Hansı filmlər və rejissorlar var?
İranda azərbaycanca filmlər çəkən məşhur azərbaycanlı rejissorlar Bəhmən və Bəhram Ərk qardaşları.
- İranda “Verite” adlı bir beynəlmiləl festival var, hər il keçirilir, onun saytınabaxsanız, İranın sənədli kinosunu tanıyarsınız. Amma bir rejissorun adını çəkmək istəyirəm: Mehrdad Oskoei. İran azərbaycanlılarındandı. Mehrdadın wikipediyada səfihəsini oxuyun, aldığı mükafatları saymaqdan adam yorulur. Və İranda onun kimi rejissorlar çoxdur.
Buna da bax: Rejissor R.Siami: Qarabağ haqda film ətrafında qalmaqala cavab
- İranda son illər azərbaycanca filmlər çəkənlər artıb. Təbriz Universitetində Azərbaycan dili bölümü yaranıb, həmçinin İran parlamentində Türk Fraksiyası da yarandı. Bütün bunları nə ilə əlaqələndirirsiniz? Bu, İran hökümətinin, yoxsa azərbaycanlıların səylərinin nəticəsidir?
- Hər ikisi. İranın anayasasında etniklərin hüquqları rəsmən tanınıb, ana dilini öyrənmələri də onların içindədir. Baxın, bunlar mədəniyyət məsələləridir, heyif ki, siyasi məqsədlərə qarışıb. İranda və dünyanın hər ölkəsində mədəniyyət məsələsi siyasiləşəndə problem yaranır. Mən İranda bu məsələlərin gələcəyini xoş görurəm, çünki həm hökumət, həm də millət bir orta yol tapıblar