Tarix : 2017 Jan 18
Kod 51107

İran təcrübələrini Azərbaycana təqdim etməyə hazırdır

İranlı Nazir: "Biz sosial təminat sahəsinin mühüm miqyasındakı bacarıqlarımızı Azərbaycan Respublikası ilə bölüşməyə hazırıq"
Arannews- İranın kooperasiya, əmək və sosial təminat naziri İranın sosial təminat sahəsindəki təcrübə və bacarıqlarını Azərbaycan R-na təqdim etməyə hazır olduğunu bildirib.
Əli Rəbii Azərbaycan Respublikasının baş nazir müavini Əli Həsənov ilə görüşdə deyib: Biz sosial təminat sahəsinin mühüm miqyasındakı bacarıqlarımızı Azərbaycan Respublikası ilə bölüşməyə hazırıq.
Azərbaycan Respublikasının baş nazir müavini Əli Həsənov da bu görüşdə Əli Rəbiinin Bakı səfərində müştərək əczaçılıq zavodunun inşasını qeyri-neft sahəsindəki qarşılıqlı həmkarlıqların inkişafında mühüm adlandırıb.
O, çıxışının digər bir hissəsində iki ölkə arasında heç bir problemin olmadığını bildirərək, deyib: Əcnəbi dairələrdə çoxları iki ölkə əlaqələrini pozmağa çalışırlar. Lakin onlar bu ixtilaf salmanın mümkün olmadığını bilmirlər, zira hər iki ölkə onların hədəflərini yetərincə tanıyır.
Azərbaycan Respublikasının baş nazir müavini həmçinin Qarabağ münaqişəsinin nəticələrinə toxunaraq, beynəlxalq təşkilatlarda bu münaqişənin həlli sahəsindəki dəstəkləyici mövqeyinə görə İrana təşəkkür edib.

  • Yazılıb
  • da (də) 2017 Jan 18
  • Göndərən مدير سايت Aran News