Azərbaycan xalqının 19 yanvar günü “Allahu Əkbər”, “La ilahə illəllah”, “Biz sizinlə qardaşıq, İran üçün həsrətik” kimi şüarlarını araşdırdıqda görürük ki, kommunistlərin öz 70 illik hakimiyyətləri dövründə icra etdikləri anti-din və anti-İran proqramları təsirsiz olmuşdur.
AranNews - Bu gün Təbriz Universitetinin Şəhriyar toplantı salonunda 19 yanvar hadisəsi ilə bağlı elmi konfrans keçirilmişdir. Konfransda Azər-Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar Mərkəzinin direktoru Məhəmmədrza Kəffaş çıxış edərək 19 Yanvarı unudulmaz bir gün və tarixi dönüş nöqtəsi adlandıraraq bu tarixi gün münasibətilə İran və Azərbaycan xalqlarını təbrik edib. O, həmçinin acı 20 yanvar hadisəsini də xatırlayaraq, Qırmızı Ordunun Azərbaycan xalqını qətliam etməsi münasibətilə Azərbaycan xalqına başsağlığı verib.
M. Kəffaş sabiq Sovetlər Birliyi dönəmində Qafqaz və Azərbaycan Respublikasında iki əsas yanaşmanın olduğunu qeyd edərək deyib: “Bu yanaşmalar əsasən anti-İran, anti-İran və anti-şiə olmuşdur”.
Doktor Kəffaş çıxışının davamında deyib: “Azərbaycan xalqının 19 yanvar günü “Allahu Əkbər”, “La ilahə illəllah”, “Biz sizinlə qardaşıq, İran üçün həsrətik” kimi şüarlarını araşdırdıqda görürük ki, kommunistlərin öz 70 illik hakimiyyətləri dövründə icra etdikləri anti-din və anti-İran proqramları təsirsiz olmuşdur”.
O, İran və Azərbaycan münasibətlərində imkanların maneələrdən daha çox olduğunu diqqətə çəkərək deyib: “Təəssüf ki, bu imkanlar həyata keçirilməyib. Ona görə də hal-hazırda iki ölkə arasındakı münasibətlər istənilən səviyyədə deyil”.
Azər-Aran Mərkəzinin direktoru iki ölkə arasında münasibətlərin əngəllərini iki hissədə qeyd edərək deyib: “Birinci məsələ qeyri-real və səhv fikrin formalaşması və nəticələrdir. Bu, sovet hökumətinin devrilməsindən dərhal sonra yarandı və iki ölkə arasında istənilən və möhkəm münasibətlərin yaranmasına imkan vermədi. Bu xüsusda İran torpaqlarına qarşı iddialar, Azərbaycanda şiəliyin gücləndirilməsi təhdidləri, İranın çövkən oyunu, tar musiqi aləti, Hirkani meşələri və digər mədəniyyət və tarix əsərlərini YUNESKO-da Azərbaycanın adına qeyd etmələri, Qarabağ münaqişəsində İrana qarşı əsassız iddialara işarə etmək olar”.
O, Qarabağ münaqişəsində İran İslam Respublikasının Azərbaycan Respublikasına xidmət və müsbət hərəkətlərini xüsusunda söz açaraq deyib: “Qarabağ müharibəsində məğlub olduqdan və ərazilərinin bir hissəsini itirdikdən sonra bu ölkənin bəzi rəsmiləri İranı ittiham edərək Qarabağ müharibəsi zamanı İranın Ermənistana kömək etdiyini iddia etdilər. Halbuki, İran Qarabağ müharibəsində Azərbaycan xalqına və dövlətinə misilsiz xidmətlər göstərmişdir”.
M. Kəffaş Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun və əhalinin Zəngilan rayonunda mühasirəyə düşməsini xatırladaraq deyib: “Bu hadisə zamanı İran Culfadakı su bəndinin suyunu idarə edərək Araz çayında suyun səviyyəsini aşağı saldı və bununla da Zəngilanda mühasirəyə düşmüş Azərbaycan ordusuna və xalqına İran ərazisinə keçməyə icazə verdi. Həqiqətdə İran bu insansevərlik hərəkəti ilə Azərbaycanda digər bir qətliamın qarşısını aldı. Əgər İran bu addımı atmasaydı Xocalı qətliamından da böyük bir faciə yaşanacaqdı.
Ermənilər hətta Mil-Muğan su bəndinə qədər irəliləmişdilər. Onların irəliləməsinin qarşısını kəsən İran qüvvələri oldu”.
Aran Mərkəzinin direktoru çıxışının davamında deyib: “İran müşavirə, hərbi təlim, silah satışı sahələrində də Azərbaycan dövlətinə öz köməklərini göstərmişdir”.
M. Kəffaş ötən ilin aprel ayında Qarabağda dörd günlük müharibəni xatırladaraq Azərbaycanın təqaüddə olan generalı Yaşar Aydəmirovun açıqlamalarına işarə edərək deyib: “General Yaşar Aydəmirov öz müsahibəsində (bu müharibədə) İranın hərbi texnika və silahlarından istifadə edildiyini vurğuladı”.
Doktor Kəffaş çıxışının digər hissəsində İran və Azərbaycan münasibətlərinin genişlənməsinə mane olan xarici amillərə toxunub və bu mövzuda Amerika və sionist rejimin təxribatçılıq rolunu qeyd edib. O deyib: “Amerika xüsusi bir siyasət seçmişdir və “hər şey İransız” şüarı ilə İran İslam Respublikasını təcrid etməyə cəhd edir. Bu zəminədə İran üçün Qafqazda enerji nəqli, yükdaşıma, təhlükəsizlik proqramı, siyasi müzakirələrdə yaratdığı məhdudiyyətlərə işarə etmək olar”.
Azər-Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar Mərkəzinin direktoru sinoist rejimin siyasətləri barədə də deyib: “Sinost rejimi təcriddən çıxmaq üçün Yaxın Şərqdə öz həmişəki siyasətini icra etməkdədir. Onların Azərbaycan Respublikası ilə münasibət qurmalarının əsas səbəbi özlərini təcriddən çıxarmaqdır və bununla hətta müsəlman ölkələri ilə də münasibət yarada bildiklərini və təcriddə olmadıqlarını demək istəyirlər”.
Azərbaycan və İran münasibətlərini korlamağa təlaş etməyi sionistlərin digər mühüm məqsədlərindən olduğunu diqqətə çatdıran mərkəz direktoru deyib: “Azərbaycan və sionist rejim arasında mədəni, siyasi, iqtisadi, kəşfiyyat və təhlükəsizlik kimi müxtəlif sahələrdə əlaqələrin genişlənməsi İran-Azərbaycan münasibətlərini əngəlləyir”.
O, sionist rejimin kəşfiyyat orqanlarının Azərbaycanın dövlət strukturlarına nüfuz etməsinin çox ciddi olduğunu vurğulayaraq deyib: “Sionist rejimin Azərbaycanın sabiq Milli Təhlükəsizlik Nazirliyinə nüfuzunu, prezidentin və onun ailə üzvlərinin telefon danışıqlarını dinləməsini nümunə kimi göstərmək olar. Belə ki, bu böyük biabırçılıqdan sonra sözü gedən nazirlik ləğv edildi, nazirlik rəhbəri və müavinləri həbs olundu”.
M. Kəffaş əlavə edib: “Sionist rejimin Azərbaycan Respublikası ilə münasibət qurmasının digər səbəbi bu ölkənin coğrafi vəziyyətindən İran əleyhinə istifadə etməkdir. Sonist rejimi İrana zərbə vurmaq üçün Azərbaycan ölkəsinin ərazisini ən əlverişli yer hesab edir. Bu zəminədə sionist rejimə aid olan pilotsuz təyyarənin İran ərazilərinə təcavüz etməsinə işarə etmək olar. Bu pilotsuz təyyarə bir neçə il öncə Azərbaycan Respublikası ərazisindən qalxmışdı və İranın Nətənz nüvə obyektində məhv edildi. İşğal edilmiş Fələstin ərazilərində təlim görmüş terror təşkilatlarına bağlı ünsürlərin Bakı vasitəsilə İrana gəliş-gedişi və İranın nüvə alimlərinin terror edilməsi digər bir nümunələrdəndir”.
Azər-Aran Mərkəzinin direktoru çıxışının sonunda gələcəkdə İran-Azərbaycan münasibətlərinin genişlənəcəyinə ümidvar olduğunu bildirib.