Tarix : 2017 Jan 21
Kod 51115

Təbriz Universitetinin professoru 19 yanvar konfransında: İmam Xomeyninin (rh) məsiha nəfəsi Azərbaycan xalqının azadlıq hissini oyatdı

Təbriz Universitetinin hüquq və sosial elmlər fakültəsinin dekanı deyib: “İmam Xomeyninin (rh) məsiha nəfəsi Azərbaycan xalqının qəlbində azadlıq hissini oyatdı”.
AranNews – Əzəmətli 19 yanvar hadisəsi ilə bağlı keçirilən elmi toplantıda çıxış edən professor Məhəmmədəli Pərğu deyib: “1990-cı il 19 yanvarda dünya zülmün sınmasının səsini eşitdi. Bu səs Bakıdan ucalmışdı. Bu səs yüz ilə yaxın idi ki, xalqın boğazında qalmışdı. O dövrdə məzlum xalqda yaranmış şövq və canlanma vəsfedilməz idi. Udulmuş nifrətlər o gün açıldı”.
Təbriz Universitetinin hüquq və sosial elmlər fakültəsinin dekanı xatırladıb: “Xalq yetmiş il boyunca öz gücünü itirmişdi, ancaq etiqad və inanclarını qoruduqlarından məhdudiyyət və repressiyalara baxmayaraq etirazlarını göstərdilər”.
Professor nitqinin davamında bildirib: “Azərbaycan xalqı 1990-cı il 19 yanvarda hərəkətə gəldi, Quran və Əhli-beytdən (ə) öyrəndiyi prinsipləri əməl meydanında həyata keçirdi, həzrət İmam Xomeyninin (rh) məsiha (həyatverici) nəfəsi ilə oyandı və azadlıq yolunu seçdi. O gün Azərbaycan xalqı göstərdi ki, onun bağlı olduğu prinsip heç vaxt dəyişməyəcək. Onlar canlarından keçmək bahasına o prinsiplərə doğru getdilər və vəziyyəti dəyişdilər”.
Doktor Pərğu, İmam Xomeyninin (rh) kommunizmin içi boş sümüklərinin sınmasının səsinin eşidildiyini Qorbaçova xəbər verməsinə da işarə edərək deyib: “Azərbaycan xalqı İranın ictimai və inqilabi inanclarını sevirdi. Ona görə də İmam Hüseynin (ə) matəm bayraqlarını özləri ilə təbərrük olaraq apardılar və qalib gəldilər. Həqiqətdə Azərbaycan xalqı İran və İran inqilabını seçməklə onun şüarlarını həyata keçirdilər, İmam Xomeyinin (rh) azadyaşamaq hissini qəbul etməklə, azadlığa doğru getdilər”.



  • Yazılıb
  • da (də) 2017 Jan 21
  • Göndərən مدير سايت Aran News