Təbriz Universitetinin professoru deyib: Azərbaycan Respublikasının başçıları bilməlidirlər ki, onların qurtuluş yolu xalqa qoşulmaqdadır və yadlara ümid bağlamamalıdır.
AranNews – 19 Yanvar münasibətilə Təbriz Universitetində keçirilən elmi konfransın natiqlərindən olan professor Mütəfəkkirazad 19 yanvar hadisəsinin əhmiyyətindən söz açaraq deyib: “Bu hadisənin zəminələri, reallıqları və prespektivləri araşdırılmalı, onun həqiqətləri bugünkü nəslə çatdırılmalı və heç bir qaranlıq məsələ qalmamalıdır”.
Din, ibadət və dini məzmunun fitri bir məsələ olduğunu açıqlayan professor vurğulayıb: “Kommunist rejiminin 70 illik hakimiyyətinə baxmayaraq Azərbaycanın müsəlman xalqı öz dindarlığını qoruyub saxlamışdı”.
Təbriz Universitetinin elmi heyətinin üzvü Azərbaycan xalqının 1990-cı il 19 yanvarda İran sərhədlərinə tərəf hərəkət etməsinə işarə edərək deyib: “Bu hərəkətin səbəbi İranda baş vermiş İslam İnqilabı idi. Bu inqilab Azərbaycan xalqının pak və həqiqətsevər qəlbini İrana tərəf çəkdi”.
M. Mütəfəkkirazad həmçinin deyib: “İran və Azərbaycan xalqları arasında dərin kökləri olan tarixi və mədəni otraqlıqlar vardır. Azərbaycan xalqı həmişə İranın yanında olub. Öz əsil fitrətlərinə və İslama bağlılıqlarına görə İrana tərəf gəldilər”.
Doktor Mütəfəkkirazad vurğulayıb: “İslam düşmənləri 7 milyon şiənin İran İslam İnqilabına qoşulacağı təqdirdə hansı böyük dəyişikliklərin baş verəcəyini başa düşürdülər. Ona görə də təfriqə yaratmaq üçün hər vasitəyə əl atırdılar”.
Təbriz Universitetinin professoru bu günləri Azərbaycanın hökumət başçılarının İranla yola getməməsi və qeyri-müdrik hərəkətləri ilə müsəlman xalqının qəlbini incitdiklərindən təəssüf hissi keçirdiyini bildirərək deyib: “İmam Hüseyn (ə) matəm heyətlərini əzmək, dindarları zindana salmaq, uşaq qatili və təcavüzkar olan sionist rejimə dostluq əli uzatmaq bu dövlətin son vaxtlar atdığı xoşagəlməz və çirkin addımlardı”.
Doktor Mütəfəkkir azad qeyd edib: “Ümidvarıq, nə qədər ki, gec deyil, bu ölkə başçıları çıxış yolunun nəhs məqsədli qarətçi yadlara arxalanmaqda yox, yalnız xalqa qoşulmaqda olduğunu başa düşəcəklər”.