Tarix : 2017 Jan 21
Kod 51117

Doktor Sidqi: İran və Azərbaycan arasında qırılmaz bağlılıqlar var

Təbriz Universitetinin tarix fakültəsinin elmi heyətinin üzvü doktor Sidqi deyib: “Tarix sübut etmişdir ki, İran və Azərbaycan arasında qırılmaz bağlılıqlar mövcuddur və Azərbaycan xalqı İslam təlimlərinin və Peyğəmbər (s) sünnəsinin vurğunudur”.
AranNews – “19 Yanvar: zəminələr, reallıqlar və prespektivlər” elmi konfransının natiqi Nasir Sidqi çıxışında İran və Azərbaycan arasında mədəni ortaqlıqlara toxunaraq deyib: “Tarix boyu belə bir bölünmə olmamışdır. Ancaq İran mədəniyyəti o qədər geniş olmuşdur ki, “Babül-əlbaba” çatmışdı”.
Doktor Sidqi İslamın ilk olaraq İran və Azərbaycana genişləndiyini izah edərək deyib: “Peyğəmbərin (s) vəfatından sonra İslam dini ərəb tayfaları vasitəsilə genişləndi və o zaman Azərbaycan da İranın yanında olaraq İslam dairəsinə daxil oldu”.
Elmi heyətinin üzvü əlavə edib: “Beşinci əsrdə şer və ədəbiyyat sahəsində fars dilində şer məktəbi və Azərbaycan məktəbi formalaşdı. Şimalda Gəncə və cənubda Təbriz bu məktəbin mərkəzi sayılırdı”.
Fars dilini dövlət dili olmasını qeyd edən doktor deyib: “Azərbaycan mərkəz olmaqla baş verən üçüncü hadisə Səfəvilərin zühuru idi. Səfəvilər Ərdəbil xanlıqlarından qalxmışdı və şiəlik onların vasitəsilə genişləndi”.
Doktor Sidqi qacarilər və çarların zühur etməsindən sonra dünyada böyük hadisələrin baş verdiyindən də söz açaraq deyib: “Türkmənçay və Gülüstan müqavilələri də həmin zaman imzalanıb. Bu müqavilələr nəticəsində Arazın o tayının və İran mədəniyyətinin bir-birilə əlaqələrinin kəsilməsinə səbəb olub”.
O, vurğulayıb: “Təqribən 90 il müddətində mədəniyyət hadisələri və mədəni əlaqələr kəsildi. Ancaq münasibətlər yerində idi və azadlıqsevərlərin gediş-gəlişi həmişə olmuşdur”.
Təbriz Universitetinin müəllimi xatırladıb: “Azərbaycan hökumətinin dağılmasından sonra 1920-ci ildən 1990-cı ilədək təqribən yetmiş il müddətində Azərbaycan mədəniyyətinin İran mədəniyyətidən ən şiddətli uzaq düşməsi dövrü olmuşdur”.
Bu müddət ərzində Azərbaycanda bütün məzhəblərin kommunizm ideologiyasına qurban verildiyini və təqribən məhv edildiyini diqqətə çatdıran doktor Sidqi deyib: “Sovetlər Birliyi tərkibində olan bütün ölkələr arasında dini kimliyə qayıtmaq üçün ilk etiraz və hərəkatlar Azərbaycan ölkəsində baş verdi”.
“Azərbaycan Respublikası digər ölkələrdən fərqli idi. Bu fərqlərdən biri də onun İranla qırılmaz bağlılığı idi. Azərbaycan coğrafi və iqtisadi mövqeinə görə sərvətli bir ölkə sayılırdı. 1917-ci il inqilabı zamanında bu ərazidə mədəni və ziyalı bir təbəqə formalaşdı. Yetmiş il boyunca bu təbəqə öz şərqli kimliyini qorudu”-deyə, Sidqi vurğulayıb.
O, həmçinin bildirib: “İslam, şiəlik və Azərbaycan müsəlmanları ilə Ermənistan erməniləri arasında qarşıdurmalar 70 illik kommunist hökuməti dövründə təkrarlanan komponentlər idi. Məsələn, Qarabağ məntəqəsi Azərbaycandan ayrıldığını elan etməklə eyni zamanda ermənilər bu məntəqənin müsəlmanlarını qətliam etməyə başladılar”.
Təbriz Universitetinin tarix fakültəsinin elmi heyətinin üzvü deyib: “Hadisələr üç dairə və təmayüldə olmuşdur. Birinci təmayül onların dini təlimlərə sevgiləri idi. Belə ki, İrana daxil olan kimi növhə oxumağa və əzadarlıq etməyə başladılar”.
Doktor Sidqi nitqində həmçinin 20 yanvar-şəhidlər günü baş vermiş hadisələrə də toxunub. O deyib: “1990-cı il 20 yanvarda Qırmızı Ordu Bakı əhalisini qətliam etdi. Bu hadisədə də dini mövzular vardır. Qətliamdan sonra ümumi matəm elan olundu, bütün zavod və fabriklər, iqtisadi mərkəzlər tətil oldu”.


  • Yazılıb
  • da (də) 2017 Jan 21
  • Göndərən مدير سايت Aran News