Tarix : 2017 Jan 22
Kod 51123

Gürcüstanda “Fiqh Risaləsi” kitabının təqdimat mərasimi olub

mərasimdə ruhanilər, elm və ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Arannews- Tbilisidə “Fiqh Risaləsi” adlı şəriət ehkamlarının toplusu kitabının təqdimat mərasimi keçirilib.
Gürcüstanda fəaliyyət göstərən dini təşkilatların təşəbbüsü ilə təşkil edilən mərasimdə ruhanilər, elm və ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Mərasimdə çıxış edənlər İslam dinində Fiqh elminin önəmi, İslami qaynaqlardan dini məsələlərin istinbatı (əldə olunması) və müctəhidin məqamı haqqında məlumatlar verilib və İslamın əsas elmlərindən biri olan Əhkamın əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, Ayətullahuluzma Seyyid Əli Xameneinin fətvaları əsasında hazırlanan bu şəriət məsələləri kitabında ümumilikdə 400-dən çox müxtəlif mövzuda 2244 məsələ qeyd olunmuşdur.


  • Yazılıb
  • da (də) 2017 Jan 22
  • Göndərən مدير سايت Aran News