Azərbaycanlı Ekspert: "əgər Gürcüstan və Ermənistanla müqayisə aparsaq, məlum olar ki, hər iki respublikadan aşağı səviyyəli əməkhaqqıya malik oluruq"
Arannews- Cənubi Qafqazda ən aşağı minimum əməkhaqqı Azərbaycandadır."Minimum əməkhaqqının dollar ekvivalenti ilə götürəndə ötən illə müqayisədə geriləmələr var"
bu barədə Azərbaycalı iqtisadçı ekspert Məhəmməd Talıblı minimum əməkhaqqının artılılmasına münasibət bildirərkən deyib. Ekspert deyib ki, əgər Gürcüstan və Ermənistanla müqayisə aparsaq, məlum olar ki, hər iki respublikadan aşağı səviyyəli əməkhaqqıya malik oluruq:
"Bu isə o deməkdir ki, Cənubi Qafqazda ən aşağı səviyyədə minimum əməkhaqqı Azərbaycandadır. Bu o deməkdir ki, ölkədə iqtisadi rifah səviyyəsi yüksəlmir, vətəndaşların əməklərinin müqabilində gəlir əldə etmək imkanları ildən-ilə yüksəlmir. Bu eyni zamanda aylıq 63 dollarlıq səviyyəni Dünya Bankının yoxsulluq meyarları ilə müqayisə etsək, o zaman məlum olacaq ki, minimum səviyyədə əməkhaqqı alanlar yoxsul əhali qrupuna daxil olacaq. Bu isə ölkədə gəlir bərabərsizliyinin daha da artıdığını göstərir".