Ayətullah Seyid Əli Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının 51-ci assambleyasına müraciət yollamışdır.
Ali Rəhbər Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli birinci assambleyasına müraciətində gənclik və tələbəliyin təkanverici bir qüvvə kimi insana öz yüksək ideyalarına nail olmaqda yardım göstərdiyini vurğulayıb: “Siz əzizlərin öz çevrənizə təsir göstərəcəyinə, danışıq və əməllərinizlə Allah yolunun yolçularının sayını artıracağına ümid bəsləyirik”.
Ali Rəhbərin müraciətinin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Əziz tələbə gənclər!
Gənclik və tələbəlik, hər biri ayrı-ayrılıqda aparıcı bir qüvvə kimi insana öz yüksək ideyalarına nail olmaqda yardım göstərir. Bu iki amillə yanaşı, siz İslami Assosiasiyaların effektiv sistemində olmaq məziyyətindən də faydalanırsınız. Bütün dəlil yetərliliyi ilə təmin olunmusunuz. Siz əzizlərin elmi, dini və əxlaqi cəhətdən özünü düzəltmək həddindən daha böyük işlər görəcəyinə ümid edilir. Sizinlə bağlı gözləntilər ondan ibarətdir ki, öz çevrənizə təsir göstərəsiniz, danışıq və davranışlarınızla Allah yolunda olanların sayını artırasınız.
Küfür və imperializm cəbhəsinin xalis İslamın yüksəldilmiş bayrağı ilə qeyri-bərabər mübarizəsində bu hamımızın vəzifəsidir. Hər birimiz İslamın doğru maarifinin və Allahın doğru yolunun bərəkətli bir qaynağı olmalıyıq. Sizin pak və təmiz qəlbləriniz işıqlı, ümidli və parlaq olsun!
Seyyid Əli Xamenei
20 yanvar 2017
Qaynaq:truth ngo