Arannews- "Reina" terrorçusu Maşharipovun dindirilməsi zamanı bəzi faktlar üzə çıxmaqdadır.terrorçu öncə "Əl Qaidə", sonra isə İŞİD terror qruplaşmasına üzv olub.
"Əmir köməkçisi" vəzifəsi verilən terrorçu "Əbu Cihad" adlı İŞİD terrorçusu tərəfindən hücuma hazırlaşdırılıb və məhz o, Maşharipovu hücuma razı salıb.
Terrorçunun hazırda oğlu axtarılır və Maşharipov "oğlumu tapın daha çox məlumat verim" deyə açıqlama verib.
"Reina" terrorçusunun həbsindən sonra 15 kamikadze və 28 terrorçu həbs olunub. Məlumata görə, İŞİD terrorçuları İstanbulda Halkalı "Zeynəbiyyə" məscidi yaxınlığında kəşfiyyat aparıblar. Azərbaycanlıların məscidi və ətrafında kəşfiyyat aparan adı açıqlanmayan terrorçunun həbsxanada olan 3 kamikadze ilə əlaqəsinin olduğu təsbit edilib.
Qeyd edək ki, dekabr ayının ortalarından etibarən azərbaycanlıların məscidi kimi tanınan "Zeynəbiyyə" məscidi və ətrafında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilməkdədir.