Tarix : 2017 Jan 24
Kod 51133

İran, Rusiya və Türkiyə anlaşması və Astana görüşünün prespektivləri

Hələb şəhərinin azad olunması, İran, Rusiya və Türkiyənin Moskvada üçtərəfli görüşü və Qazaxıstanın Astana şəhərində siyasi müzakirələri davam etdirmək barədə razılığa gəlinməsi Suriya böhranının həlli prosesində yeni mərhələnin başladığını göstərir.
Qazaxıstanda baş tutan danışıqlar Suriya böhranının çözülməsi istiqamətində mühüm dönüş nöqtəsi ola bilər. Ancaq bu məsələ hər şeydən öncə İran, Rusiya və Türkiyənin Moskva görüşünün bəyanatına sadiq qalmaları və bütün müzakirə tərəflərinin mövcud durumun davamında təmkin göstərməsindən asılıdır.
Zahirən, Hələbdə neçə illik güc sınağından və dövlət qüvvələrinin bu əyalətə tamamilə nəzarətinin bərpa edilməsindən sonra müharibənin əsas tərəfləri (İran, Rusiya, Suriya dövləti, Türkiyə və Suriya dövlətinin müxaliflərinin bir hissəsi) qəbul etdilər ki, hücum vəziyyəti almaq və daha çox nailiyyətlər qazanmağa təlaş –yaxud sıfrın toplanmasının hasili– onlar üçün əks nəticə verə bilər və əldə ediləsi mümkün olan nisbi nailiyyətləri də təhlükəyə sala bilər.
Mövcud durumun davam etməsi tərəflərin heç biri üçün istənilən olmasa da ancaq vəziyyətin dəyişməsinin ağır nəticələrlə sonunclanması mümkündür. Ona görə də Astana görüşü təqribən bütün müzakirə tərəfləri üçün nailiyyət əldə etməkdən daha çox qazanılmış nailiyyəti itirməmək əhəmiyyəti daşıyır. Bu üzdən Astana müzakirələri Suriya böhranı üçün müəyyən siyasi həll yoluna çevrilmərsə, bu həll yolu ən azlar üzərində razılaşma olacaqdır.
Ən azla razılaşmanın mənası budur ki, müzakirə tərəflərinin hər biri müxtəlif səbəblərə görə – o cümlədən müharibədən yorulma, müharibə xərclərinin artması, yeni qələbəyə ümidsizlik – ən az mümkün nailiyyətləri qazanmağı istədikləri qələbəni  qazanmağa təlaş etməkdən üstün tutur. Ən az razılaşmanın əsas səbəbi budur ki, razılaşmaya meylin səviyyəsi yüksək olsa da, bununla belə tərəflərin hər birinin nailiyyətləri ən az həddə olmasına diqqət etməklə tərəflərin müzakirədə çox elastiklik göstərməsi mümkün deyil. Tərəflərin hər birinin ən azdan payının bərabər olmamasından və bu üzdən mövcud vəziyyətdən razılıqlarının səviyyəsi, həmçinin müzakirələrin nəticə verəcəyinə meylin səviyyəsi fərqlidir. Belə bir şəraitdə ortaya çıxan mühüm sual budur ki, ən az razılaşma Suriyanın gələcəyi üçün hansı həddə arxayınlıq yarada, davamlı ola bilər? Və xüsusi olaraq İran İslam Respublikası üçün hansı nəticələri təzmin edə bilər? Bu suala cavab vermək üçün müzakirə tərəflərinin hər birinin müzakirələrə daxil olduğu zaman durumunun araşdırılması lazımdır.
Rusiya müzakirələrə elə bir vəziyyətdə gedir ki, digər tərəflərin hər birindən çox qüdrət manevrinə malikdir. Rusiya üçün razılaşma əldə edilməsi razılaşma məzmunu qədər əhəmiyyət daşıya bilər. Ona görə də digər oyunçularla müqayisədə Rusiya müzakirələrin uğurlu olmasına daha çox can atır. Rusiyanın müzakirələrdən istədiyi budur ki, bir tərəfdən bu ölkənin Suriyada maraqlarına təzminat yaransın, digər tərəfdən də Suriyadan abırlı çıxış üçün şərait yaransın. Moskvanın Dəməşqdə siyasətinin başlıca istiqaməti Suriyada daxili müharibənin şiddətlənməsi, xüsusən də İŞİD-in bu ölkəyə girişindən sonra bir tərəfdən daxili müxalifətçiləri, digər tərəfdən də xarici ekstremist cərəyanları bir-birindən ayırd etməyə təlaş olmuşdur. Moskvanın fikrincə birinci qrupla (Suriyda dövlət müxalifləri) müzakirə etmək olar. Ancaq ikinci qrup (xarici ekstremistlər və İŞİD) terrorizmlə mübarizə aparmağı iddia edən bütün ölkələrin iştirakı ilə hücuma məruz qalmalıdır. Ruslar yaxşı və pis terrorizm arasında fərq qoymasa da ancaq beynəlxalq təzyiqlərdən qaçmaq və müharibə xərclərini azaltmaq üçün təlaş edir ki, Suriyada döyüşən qüvvələr arasında parçalanma yaratsın və bu qüvvələrdən bir hissəsini siyasi müzakirələr yolu ilə idarə etsin və digər hissəsinə də beynəlxalq koalisiya yaratmaqla hücum etsin. Ona görə də Astana görüşü Rusiyanın Suriya siyasətində mühüm dönüş nöqtəsi ola bilər. Bu müzakirələr uğurlu olacağı təqdirdə Suriyada fəaliyyətdə olan rus qoşunlarının diqqəti çəkən hissəsinin vəzifəsi başa çatacaq və onlar Rusiyaya dönəcək (Əlbəttə, digər hissəsi İŞİD-lə mübarizə aparmaq üçün Suriyada qalacaq). Ancaq bu müzakirələr səmərəli olmadığı surətdə Rusiya daha ciddi qərar qəbul etməyə məcbur olacaq. Bu şəraitdə ruslar müzakirənin uğursuzluğunun əsas səbəbkarı kimi müxalifətçiləri görərsə, çox güman ki, Rusiyanın Türkiyə ilə ixtilafı artacaq və Türkiyənin müxalifətçiləri idarə edə bilməkdə bacarıqsızlığına rusların şübhəsi güclənəcək. Amma Rusiya  müzakirələrin uğursuzluğunda Suriya dövlətini, yaxud İranı səbəbkar kimi tanısa, belə güman edilir ki, Rusiya tədricən öz yolunu İrandan ayıracaq və Türkiyəyə kömək etməklə Suriya dövlətinə qarşı təzyiqləri artıracaq.
Hər halda belə nəzərə gəlir ki, ruslar Türkiyənin müxalifətçiləri idarə edə bilməkdə gücünə çox inanır və Amerikanın yeni dövlətinin Suriya qarşısında siyasətinin formalaşmasından qabaq bu böhranı Türkiyənin əməkdaşlığı ilə istənilən bir nəticəyə çatdırmaq əzmindədir. Doğrusu budur ki, həm Moskva Suriyada Türkiyəyə imtiyazlar verməyə qadirdir, həm də Ankara çoxdandır ki, Suriyanın şimalında Rusiyaya təzminat vermək ardıncadır. Həmçinin Rusiya silahlı qrupların hərəkətlərinin qarşısını almaqla təsirli rol oynaya bilər. Bunun müqabilində Türkiyə çox güman ki, müxalifətçi qrupları idarə etməklə mövcud atəşkəsin davam etməsinə təzminat verməyə qadir ola bilər. Bu qarşılıqlı təzminatlar ən az maraqları iki tərəf üçün möhkəmləndirəcək. Əgər mötədil müxalifətçi qrupları Türkiyədən ayrı nəzərdə tutsaq, onda bu qruplar yenə Amerikanın, hətta onların gələcəkdə Suriyada varlığını təzmin edən Ərəbistan və Qətər kimi ölkələrin müdaxiləsinin azalmasına diqqət etməklə ən az mənfəətlə kifayətlənə bilərlər. Əlbəttə, bu qrupların razılığı Rusiya, hətta Türkiyə qədər də deyil. Ona görə də mövcud durumun dəyişəcəyi təqdirdə (məsələn, Amerika yaxud Ərəbistanın böhran vəziyyətini yenidən dəyişdirmək istəyərsə) Türkiyənin, yaxud siyasi müzakirələrin nəticələrinin istəyinin əksinə əməl etmələri, əldə edilmiş razılaşmanı pozmaları mümkündür.
Bu arada Suriyanın digər iki oyunçusu olan Suriya dövləti və İran İslam Respublikası da bu müzakirələrdən bəzi ən az nailiyyətlərinə (Əsəd dövlətinin qalması kimi) qanedir. Ancaq iki səbəbdən daha mürəkkəb şərtlərlə müzakirələr prosesinə qatılması mümkündür. Birincisi, Əsəd dövlətinin qalması və möhkəmlənməsi hər halda müzakirələrin davam etməsində üzərində təkid olunası bir mövzudur. İkincisi isə Suriya dövləti Astana görüşündə çox imtiyaz əldə etmək yox, daha az imtiyaz verməklə müzakirəyə qatılmalıdır. Halbuki, Rusiya və bir qədər də Türkiyə müzakirələr prosesində daha çox nailiyyətlər əldə etməyə cəhd edirlər. Suriya dövləti və onunla bərabər İran İslam Respublikası, hətta Əsəd dövlətinə qarşı müxalif qruplar müzakirələrin nəticəsində onlar üçün daha ağır şəraitin yaranmamasına təlaş etməlidirlər.
Doktor Mahmud Şuri
Qaynaq: İras



  • Yazılıb
  • da (də) 2017 Jan 24
  • Göndərən مدير سايت Aran News