Tarix : 2017 Jan 24
Kod 51135

Dindarların məhkəməsi qapalı keçirilib

Natiq Kərimov və İnqilab Əhədovun məhkəmə prosesi davam etdirilib.
Arannews- Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Nardaran hadisələri ilə bağlı Nardaran ağsaqqalı Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun məhkəmə prosesi davam etdirilib.
məhkəmənin hazırlıq iclası qapalı keçirilib, təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı fevralın 2-nə təyin edilib.
Natiq Kərimov Cinayət Məcəlləsinin 274-cü maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

  • Yazılıb
  • da (də) 2017 Jan 24
  • Göndərən مدير سايت Aran News