İşsiz statusu alan şəxslərdən 14 812 nəfəri məhz Bakıda yaşayanların payına düşüb.
Arannews- Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən Azərbaycan üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat verib.
Hesabata əsasən, ölkədə rəsmi işsiz statusu verilən şəxslərin sayı 33,0 min nəfər olub, onların 38,1 faizini qadınlar təşkil edib. İşsiz statusu alan şəxslərdən 14 812 nəfəri məhz Bakıda yaşayanların payına düşüb.
İşsizliyə görə müavinətin orta məbləği 257,0 manat olub.