Tarix : 2017 Jan 25
Kod 51139

Rusiya Və Azərbaycan XİN Rehbərləri Görüşüblər

Elmar Məmmədyarov Serqey Lavrovla görüşüb.
Arannews- Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşüb.
görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. 
Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər beynəlxalq gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.


  • Yazılıb
  • da (də) 2017 Jan 25
  • Göndərən مدير سايت Aran News