Tarix : 2017 Jan 25
Kod 51141

AİP Sionisti Rejimin Cinayətlərini Tənqid Edib

Partiyanın bəyanatında deyilir: Biz qəsbkarlığa, sionist rejimi kimi işğalçı rejimlərin bu bəşəri cinayətlərinə son qoymağın yeganə yolunu dünya dövlətlərinin, xüsusən də müsəlman xalqları və dövlətlərinin qəsbkarlarla siyasi və bütün növ əlaqələri kəsməkdə, qüvvələri dünya sionizminə qarşı real mübarizədə birləşdirməkdə görürük.
Arannews- Azərbaycan İslam Partiyasının işğalçı sionist  rejiminin qəsb etdiyi Fələstin torpağı olan Qüdsdə 560 yeni binanın tikintisinə dair qərarın təsdiqləməsi ilə bağlı bəyanat verib. 
Partiyanın bəyanatda deyilir:
 “sionist rejimi Fələstin torpaqlarının işğalını davam etdirir. İşğalçı rejim tarixi Fələstin torpağı olan Qüdsdə 560 yeni binanını tikintisi ilə bağlı Qüds bələdiyyəsinin İnşaat və Planlaşdırma Komitəsinin təxribatçı, qəsbkarlıq anlamında olan qərarını təsdiq etmişdir. Bu onu göstərir ki, sionist rejim BMT Təhlükəsizlik Şurasının İsrailin qeyri-qanuni məskunlaşma fəaliyyətini pisləyən 2334 saylı qətnaməsini heçə sayır.
Azərbaycan İslam Partiyası bəyan edir ki, beynəlxalq hüquq normalarını və dünya ictimaiyyətinin bütün etirazlarını qulaqardına vuran işğalçı sionist rejimi qondarma dövləti böyük güclər tərəfindən himayə olunduğundan yeni bəşəri cinayətlər törətməkdən çəkinmir. ABŞ-ın yeni prezidenti Donald Trampın İsrailin Fələstinlə bağlı siyasətini dəstəkləməsi onun ABŞ səfirliyinin Qüdsə köçürülməsi niyyətindən də aydın görünür.
Hesab edirik ki, işğalçı rejimin Fələstində qəsbkarlıq siyasətini davam etdirməsi və ABŞ-ın onu dəstəkləməsi bütün Yaxın Şərqdə sülh proseslərinə ağır zərbə vurmaq məqsədi daşıyır. 1967-ci ildən başlanan və bu gün də davam edən Qudsün işğalı ilə bağlı dünya dövlətlərinin seyrçi mövqeyi Azərbaycan torpağı olan Dağlıq Qarabağın, Yəmənin, İraqın, Əfqanıstanın, Asetiya və Abxaziyanın, Suriyanın, Ukrayna torpaqlarının, Liviyanın işğal olunması və təcavüzkar dövlətlərin qəsbkar ordu qüvvələrinin nəzarətində saxlanmasına gətirib çıxarmışdır. Bir sıra hallarda təcavüzkarlar dünyanın güc mərkəzləri tərəfindən hətta dəstəklənməkdə davam edir. Silah satışı, işğal olunmuş torpaqlardakı təbii sərvətlərin mənimsənilməsi, həmçinin işğala məruz qalmış bölgələrdə yerləşən dövlətləri zəiflətməklə hegemonluq, siyasi- strateji mövqe qazanıb möhkəmləndirmək həmin mərkəzlərin başlıca niyyətidir.
Biz qəsbkarlığa, sionist rejimi kimi işğalçı rejimlərin bu bəşəri cinayətlərinə son qoymağın yeganə yolunu dünya dövlətlərinin, xüsusən də müsəlman xalqları və dövlətlərinin qəsbkarlarla siyasi və bütün növ əlaqələri kəsməkdə, qüvvələri dünya sionizminə qarşı real mübarizədə birləşdirməkdə görürük. Düşünürük ki, məhz İslam həmrəyliyi müsəlman torpaqlarının işğalçılardan təmizlənməsinə xidmət etməli, qüvvələr bu istiqamətdə səfərbər olunmalıdır.
AİP-dən sionist rejiminin cinayətlərinə yenidən rəvac verməsi ilə bağlı bəyanat


  • Yazılıb
  • da (də) 2017 Jan 25
  • Göndərən مدير سايت Aran News