Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin iki ölkəyə, xalqlara və eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirib və son illər ərzində ikitərəfli əməkdaşlığımızın inkişafının məmnunluq doğurduğunu deyib.
Arannews- Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin iki ölkəyə, xalqlara və eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirib və son illər ərzində ikitərəfli əməkdaşlığımızın inkişafının məmnunluq doğurduğunu deyib.
Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan prezident İlham Əliyev İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərinin və keçirəcəyi görüşlərin iki ölkənin arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd edib.
Azərbaycanın İqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinin dəvəti ilə Azərbaycana səfər etdiklərini deyən İranın Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib və bu məqsədlə azərbaycanın müvafiq qurumları ilə görüşlər keçirəcəyini vurğulayıb .