ilahiyyatçı Taleh Bağırov 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Arannews- Azərbaycan Respublikasında dindarlara qarşı təztiqlər davam edilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi Hərəkatının" sədri Taleh Bağırov, AXCP sədr müavini Fuad Qəhrmanlı və digər təqsirləndirilənlərin məhkəmə prosesi keçirilib.
hakim Əlövsət Quliyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub.
Hökmə əsasən, ilahiyyatçı Taleh Bağırov 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məlumata görə, Taleh Bağırov və Abbas Hüseyn verilən cəzanın ilk 7 illini qapalı tipli həbsxanada - yəni "krıtı"da çəkəcəklər.
Qeyd edək ki, prokuror məhkəmədən Taleh Bağırovun ömürlük, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 11, Abbas Hüseynovun 20, Cabbar Cabbarovun 19, Rasim Cəbrayılovun 17, Ramin Yarıyevin 10, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-sı hüquq-mühafizə orqanı əməkdaşları Bakının Nardaran qəsəbəsində imam hüseyn(Ə) əzadarlıq mərasiminə hucum ediblər. hucum zamanı 4 nardaran dindari şəhid olub , Taleh Bağırov və tərəfdarları saxta itihamlarla saxlanılıb.