Qərbi Azərbaycan valisi Qurbanəli Səadət Naxçıvan Muxtar Respublikasına səfər edib.
Arannews- İranın Qərbi Azərbaycan vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıqların genişləndirilməsi yolları Qərbi Azərbaycan valisi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrini müşayiət edən heyət arasındakı iclasda araşdırılıb.
Qərbi Azərbaycan valisi Qurbanəli Səadət yanvarın 24-də günortadan sonra bu vilayətin iş adamları və məsul şəxslərindən ibarət 21 nəfərlik bir heyətlə Naxçıvan Muxtar Respublikasına səfər edib. O, bu səfərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşərək, onunla iki tərəfin əməkdaşlıq sahələri barədə danışıb. Vasif Talıbov bu görüşdə Naxçıvan ilə İranın Qərbi Azərbaycan vilayəti arasındakı əlaqələri olduqca yaxın və səmimi adlandırıb. O, İranın bu vilayətinin əhalisi və məsul şəxslərinin Naxçıvana yardımlarına toxunaraq, iqtisadi, gömrük, tranzit və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlıqların inkişaf etməsindən razılıq edib.
Bu görüşdə Səadət Naxçıvan xüsusiyyət təşkil etməklə Azərbaycan Respublikası ilə ikitərəfli həmkarlığın müxtəlif imkanlarına işarə edərək, ümidvarlıq edib ki, bu sahələr qənaətbəxş tərzdə əməliyyat formasına keçəcək.