Tarix : 2017 Jan 28
Kod 51148

Azadlığın günahı, 20 il həbs cəzası!/ Məhəmməd Əlizadə

Dünyada olan hökumətlərin ölkədə partiya, cərəyan, hərəkat və cinahlarla davranışı hakimiyyətin mahiyyətini anlamaq üçün ən münasib meyardır.
Arannews- Diktatorluq və mütləq monarxiya növündən olan hökumətlər azadlıqsevərlər və azad insanlarla mübarizəni öz proqram və planlarının sərlövhəsində saxlayır, təhdid və qorxu siyasətləri həyata keçirməklə tənqidçiləri və etirazçıları susdurmağa çalışır, bu vasitə ilə zülm hakimiyyətlərinin ömrünü bir neçə gün artırırlar.
Belə hökumətlər öz diktatorluqlarına görə daima vəhşət içindədirlər. Ən azacıq tənqidlər də onları elə qorxuya salır ki, hər bis səsi nütfədə boğmağa məcbur olurlar. Bəhreyndə Ali-Xəlifə və Ərəbistanda Ali-Səud rejimlərinin şiələrə qarşı münasibətlərini buna nümunə göstərmək olar.
Qısa bir araşdırma ilə bu həqiqəti başa düşmək olar ki, hökumətlər, hakimiyyət ilə eyni məzhəb və məslək daşımayan cinahlara qarşı təzyiq siyasəti yürüdür.
Nümunə kimi qeyd etdiyimiz Ali-Xəlifə və Ali-Səud rejimləri öz ölkələrində yaşayan şiələrlə eyni məzhəb daşımadığından öz siyasi həyatının davam etməsi üçün şiələri təhdid hesab edir.
Heyrət onda pik həddinə çatır ki, özünü şiə hesab edən bir ölkə şiələrə qarşı ən pis davranışlar həyata keçirir.
Ölkələr arasında Azərbaycan Respublikasının hakimiyyəti bu növdən olan hökumətlərin ən bariz nümunəsidir. Bu ölkənin rəsmi dini İslamdır və əhalinin 85 faizdən çoxu on iki imamçı şiədir. Prezident və dövlət rəsmilərinin bir çoxu da özlərini şiə bilirlər. Halbuki, ölkədə ən çox məhdudiyyətlərə və təzyiqlərə məruz qalanlar şiələr, şiəliyin mərifət çeşməsindən bəhrələnənlər və insanlığın uca zirvələrinə nail olanlardır.
Azərbaycan dövlətinin islamçılara qarşı repressiya, təhdid və təzyiqlər zəminəsində olan iş dəftəri utancverici qiymətlərlə doludur. Bu ölkədə insaniyyətin əsil mənsında olan insanlar qurulmuş senarilər və əsassız ittihamlarla uzun müddətli həbslərə məruz qalırlar.
Hakimiyyətin anti-islam hərəkəti barədə aylar və illərlə danışmaq olar. Məscidlərdən azan verilməsinə qadağa, idarələrdə islami simvollardan istifadəyə qadağa, məscidlərin dağıdılması, məktəb və universitetlərdə hicab qadağası, Eurovision pozğun müsabiqəsi, bu müsabiqə zamanı homoseksualların paradının təşkili, ən gözəl qız və qadının seçilməsi üçün çoxlu sayda gözəllik müsabiqələrinin keçirilməsi, şərab festivalı və bu məqalənin ölçüsünə sığmayan minlərlə digər anti-İslam hərəkətlər.
Azərbaycan həbsxanaları namus, şərəf, qeyrət və dindarlığı qorumaq uğrunda zərrəcə çəkinməyən, bu yolda hər cür əzab-əziyyətə qatlaşan, uzun həbslər, dözülməz işgəncələrin onların polad iradəsinə təsir göstərmədiyi həqiqi mərd insanlara özündə yer vermişdir.
Doktor Səmədov, Hacı Abgül Süleymanov, məhrum Hacı Vaqif Abdullayev, Hacı Fəraməz, Ruhullah Axundzadə və digərləri daima Azərbaycanın qaranlığında işıq saçmışdır və həmişə əzəmətlə xatırlanırlar. Həbs, onları Azərbaycan xalqının yaddaşından silə bilməmişdir.
Hacı Tale Bağırzadə Azərbaycan camiəsində baş verən həqiqətləri, fəsadları, hakimiyyətdəki mövcud nöqsanları bəyan etməkdə zərrəcə qorxmayan mübariz şəxsiyyət və igid mücahiddir. Onun barəsində keçirilən sifarişli məhkəmə iclasları zamanı da nümunəvi şücaətlə haqq və həqiqətdən əl götürmədi və daima İslam, Quran və Əhli-beyti (ə) müdafiə etdi. Nardaran hadisəsində qurulmuş senari ilə Hacı Tale Bağırzadə və onun mömin dost və yoldaşları həbs edildi, bir neçə ay həbs və müxtəlif işgəncələrdən və bir neçə sifarişli məhkəmə iclasından sonra Azərbaycan ölkəsinin zülmkarları onu bu ölkənin müstəqilliyi boyu bənzəri olmayan həbs cəzasına məhkum etdi.
20 il həbs cəzası – onun 7 ilini bir nəfərlik kamerada keçirməlidir – xeyirxahlıq, ölkəsi və həmvətənləri üçün nümunəvi təəssübü olan bir kəsin cəzasıdır. Bu hərəkət Azərbaycan hakimiyyətinin ürəkləri bu ölkə üçün döyünən, ölkəyə təcavüz olacağı təqdirdə müdafiənin ön cərgəsində dayanan bir kəsdən vahimələndiyini və qorxduğunu göstərir.
Xülasə, doğrudan da azadcasına yaşamaq haqqı olan insanların zindanda, insaniyyətdən zərrəcə xəbəri olmayan, insanların dərdini dadmayan, İslam və Quranın nə olduğunu bilməyən, qeyrət, azadlıq və şərəf anlamını dərk etməyən, haqq-həqiqətlə kilometrlərlə uzaq olanların isə azadlıqda gəzməsinə şahid olmaq nə qədər əzabvericidir.
Heyif və min heyif olsun ki, Azərbaycan hakimiyyəti bu öz ölkəsinin doğru övladlarına qarşı belə ədalətsiz və ağılsız hərəkət edir. Əminliklə demək olar ki, gələcək nəsil bu ölkədə islamçılar əleyhinə zülmlə dolmuş bir dövrü heç vaxt unutmayacaq və bu dövrü həqarət və rüsvaylıq dövrü kimi xatırlayacaq.


  • Yazılıb
  • da (də) 2017 Jan 28
  • Göndərən مدير سايت Aran News