BACM-nin Müsəlman birliyi hərəkatının sədrinə qarşı çıxartdığı hökmun insani və hüquqi prinsiplərə ziddir.
Arannews- Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri Bakı ağır cinayətlər məhkəməsinin Müsəlman birliyi hərəkatının sədri Taleh Bağırzadəyə qarşı çıxartdığı hökmun insani və hüquqi prinsiplərə zidd olduğunu deyib.Növrəstə İbrahimova deyib: Bakı ağır cinayət məhkəməsinin tanınmış ruhani Hacı Taleh Bağırzadəyə və ötən il Nardaranda tutulan digər məhbuslara qarşı çıxartdığı hökm insani normalara ziddidr . Hacı Taleh dindar, təqvalı və cəmiyyətə qarşı qayğıkeş adamdır, onun Bakı ağır cinayət məhkəməsi tərəfindən 20 il azadlıqdan məhrum edilməsi ölkədə ədalətin olmadığından xəbər verir.
Növrəstə İbrahimova deyib: İmanlı ruhani və onun məsləkdaşlarına qarşı çıxarılan ədalətsiz hökm ölkənin ədliyyə sisteminin şərəf və abrısını sual altına aldı.
Bakı məhkəməsi Azərbaycan müsəlman birliyi hərəkatının sədri Taleh Bağırzadəyə qarşı 20 il həbs cəzası çıxarıb.