Tarix : 2017 Jan 29
Kod 51155

Nardaran məhbusu: "Biz heç bir cinayət törətməmişik"

Vüsal Alış: "Biz heç bir cinayət törətməmişik. Bizə böyük böhtan atılıb. Terrorçuluğa cəhd, qanunsuz silah-sursat saxlama, dövlət çevrilişinə cəhd, dini nifrət salma və başqa ittihamların heç bir əsası yoxdur. Onlar şər-böhtandan başqa bir şey deyil".
Arannews- Nardaran hadisələriylə əlaqədar 12 nəfərdən ibarət ikinci qrupda mühakimə olunanlardan biri olan Vüsal Alış beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinə və xarici ölkə səfirliklərinə müraciət edib.
Nardaran məhbusu diplomatik korpusun təmsilçilərini Taleh Bağırov və digərlərinin işində olduğu kimi, bu məhkəmə prosesini də diqqətdə saxlamağı xahiş edir.
“Biz heç bir cinayət törətməmişik. Bizə böyük böhtan atılıb. Terrorçuluğa cəhd, qanunsuz silah-sursat saxlama, dövlət çevrilişinə cəhd, dini nifrət salma və başqa ittihamların heç bir əsası yoxdur. Onlar şər-böhtandan başqa bir şey deyil. Əgər məhkəmə iclaslarını izləsəniz, özünüz də bunun şahidi ola bilərsiniz. Bu böyük haqsızlığı, zülmü beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda bizə yardım edin”, – Vüsal Alış müraciətində yazır.
“Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımov da daxil, 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.ri yazıb.


  • Yazılıb
  • da (də) 2017 Jan 29
  • Göndərən مدير سايت Aran News