Tarix : 2017 Jan 29
Kod 51159

Höccətül-islam Qüreyşi: Şiələrə qarşı təzyiqlər məğlubiyyətə məhkumdur

Vəliyyi-Fəqihin Qərbi Azərbaycan əyaləti üzrə nümayəndəsi Azərbaycan Respublikasında islamçılara uzun müddətli həbs cəzası verilməsini pisləyib.
AranNews – Vəliyyi-Fəqihin Qərbi Azərbaycan əyaləti üzrə nümayəndəsi höccütül-islam Qüreyşi bu həftənin cümə namazı xütbələrində Azərbaycan Respublikasında islamçılara uzun müddətli həbs cəzası verilməsini pisləyib və bu ölkə başçılarına tövsiyə edərək deyib: “İranda zülmkarlıq dövrünün səhvlərinə düçar olmayın. Din və İslama görə həbs cəzaları vermək xalqın səsini batıra bilməyəcək və yavaş-yavaş hökumətin sütunlarını çürüdəcək”.
Xətib, camiədə mövcud zülmün hökumətin süqut səbəbi olmasına işarə edərək deyib: “Azərbaycanda mövcud dini və mənəvi vəziyyətin məhv olmaması üçün ölkə başçıları dini mərasimlərin qarşısını almamalıdırlar”.
Urmiyanın imam cüməsi dünya işlərinə xatir Qiyaməti və axirəti yaddan çıxarmamağı, ailə daxilində əfv etmək və bağışlamaq mədəniyyətini unutmamağı, habelə heç bir işdə aldatmamağı, ona tapşırılmış işi düzgün yerinə yetirərək nöqsana yol verməməyi xalqa tövsiyə edib.


  • Yazılıb
  • da (də) 2017 Jan 29
  • Göndərən مدير سايت Aran News