Tarix : 2017 Jan 30
Kod 51160

Səidi: İslamçı rəhbəri 20 il azadlıqdan mərhum etməklə Azərbaycan rəsmiləri sonistlər üçün yaxşı rəqqasəlik edirlər

Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində nümayəndəsi: “Sionist rejimin rəsmiləri İslam ədəb və dəyərlərini məsxərəyə qoyurlar, İslam dininə ağız büzürlər. Bununla belə Azərbaycan Respublikası rəsmiləri onlara qucaq açırlar”.
AranNews – Məhəmməd İsmayıl Səidi öz müsahibəsində Azərbaycan Respublikası dövlətinin bu ölkədə müsəlmanlara qarşı təzyiqlərindən danışaraq deyib: “Belə düşünürəm ki, ölkəmizin diplomatik aparatı bu barədə daha artıq hərəkətə keçməli və aktiv fəaliyyət göstərməlidir”.
Səidi ölkələrin diplomatiyanın bir hissəsinin aşkar, digər hissəsinin də gizli olmasını izah edərək vurğulayıb: “İran İslam Respublikasının gizli diplomatiyası bu məsələ barədə fəallaşmalıdır”.
Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində nümayəndəsi bu məsələ ilə qarşılaşmaqda ümumi diplomatiyanı da münasib vasitə hesab edərək mövcud potensiallardan lazımınca faydalanmağı istəyib.
Məhəmməd İsmayıl Sədidi sionist rejim rəsmilərinin Azərbaycan Respublikasında azadcasına cövlan etmələrinə toxunaraq vurğulayıb: “Nədən bu ölkənin şiə müsəlman vətəndaşları azadcasına yaşaya bilmirlər və dini etiqadları bəhanəsi ilə zindana salınırlar?”
O, əlavə edib: “Sionist rejimin rəsmiləri İslam ədəb və dəyərlərini məsxərəyə qoyurlar, İslama ağız büzürlər, ancaq bununla belə Azərbaycan Respublikasının rəsmiləri onlara qucaq açırlar”.
İslami Şura Məclisinin nümayəndəsi qeyd edib: “Azərbaycan Respublikasının müsəlmanları dövlətə qarşı heç bir hərəkət etmədən, yalnız müsəlmanların vəhdətinə inandıqları üçün zindana salınırlar və onların rəhbərlərinə ömürlük həbs cəzası verilir”.
İslami Şura Məclisinin Mədəniyyət Komissiyasının üzvü Azərbaycan Respublikasının dövlət adamlarının anti-İslam hərəkətini onların sionist rəsmiləri qarşısında xoş rəqs etmələri adlandıraraq vurğulayıb: “Azərbaycanın dövlət rəsmiləri bilsinlər ki, gələcək belə olmayacaq və xalq öz dəyərlərini və etiqadını qorumaq üçün heç kimə bac verməyəcək. O gündən qorxun ki, xalqın qəzəbi sizin yaxanızdan yapışacaq”.


  • Yazılıb
  • da (də) 2017 Jan 30
  • Göndərən مدير سايت Aran News