Tarix : 2017 Jan 31
Kod 51164

FETÖ agenti Fazil Mustafadan təqiyyə, yoxsa ağ yalan

Azərbaycanda illər əvvəl Heydər Əliyevi və onun siyasətini, indi də İlham Əliyevin siyasətini tənqid edənlərin həbs edilməsi, işgəncələr görməsi heç kimə sirr deyil.
Arannews  truth ngo-a istinadən-  şiəyə təhqir yağdırmaqla, Şah İsmayıldan imtina etməklə özünü birtəhər gündəmdə saxlaya bilən FETÖ agenti olan Fazil Mustafanın dəfələrlə “maskasını” yırta bilmişik. Bu adamın “quyruğu dəfələrlə” qapı arasında qalanda xəcalətdən pomidor kimi qızarmış terrorçuya oxşayan sifətini onu tənqid edənlərə tutub gah “siğədən doğulan deyib”, gah “atası Fətullah Güləndir” deyib, gah da ən yüngül təhqirlə onları İran agenti adlandırıb. Əlbəttə, hər “insan öz ailəsinin, valideyninin güzgüsüdür” deyiblər. Lakin bəzən valideynləri yaxşı olan insanlar tapılır ki, özləri valideynə xəcalətdən savayı bir şey gətirmir. Elə Fazil Mustafa kimi.
Onun nurçuların agenti olması barədə dəfələrlə mətbuatda yazılıb, konkret faktlar ortaya qoyulub. O zamanlar isə Fazil Mustafa fəxrlə nurçuları müdafiyə edir, onları tənqid edənlərə “şərəfsiz” deyirdi. Mənəvi atası Fətullah Gülən Fazil Mustafanın dəstəklədiyi iki prezident – Ərdoğan və İlham Əliyev tərəfindən terrorçu elan edildikdən sonra saxtakar deputat İlham Əliyevin prezident olduğu ölkədə onu ifşa edənlərə təhqirlə cavab verdi. Çünki soğan yeməyən şəxsin içinin normalda göynəməməli olduğunu unutmuşdu. Türkiyə, konkret olaraq Ərdoğanla bağlı isə onun siyasi kursunu dəstəklədiyini elan etdi. Bu barədə təbii ki, vaxtaşırı yazmışıq.
Bəs görəsən Fazil Mustafanın ölkəmizdə nurçuları zərərsizləşdirmə kompaniyasına start verildiyi, ANS kimi bir kanalın qapandığı vəziyyətdə hələ də deputat mandatının ləğv edilməməsinin qarantı nədir? Bu suala cavabı onun siyasi kursunu dəstəklədiyi Rəcəb Təyyib Ərdoğan Fazil Mustafanın da törtöküntüsü olduğu nurçu camaatının maskasını yırtdığı çıxışlarında aydın görmək olur. Ərdoğan nurçu camaatının yaxşı təqiyyə, böhtan və yalançı olduğunu qeyd etməklə üç xüsusiyyətini saymışdı. Bunun üstünə Fazil Mustafanın son zamanlarda verdiyi açıqlamada Heydər Əliyev barədə danışdıqlarını əlavə etsək onun “ayaqda qalma” qarantının nə olduğunu açıq-aydın görmüş oluruq.
Azərbaycanda illər əvvəl Heydər Əliyevi və onun siyasətini, indi də İlham Əliyevin siyasətini tənqid edənlərin həbs edilməsi, işgəncələr görməsi heç kimə sirr deyil. Bu kimi insanlar arasında həbsdən çıxandan sonra Heydər Əliyevin heykəli önündə baş əyənlər, peşmançııq izhar edənlər zaman-zaman çox olub. Onlar insanlar tərəfindən “sındırılmış” yaxud “satqın” adlandırılıblar. Əlbəttə, bu insanlar içində Fazil Mustafa kimi nurçulara qoşulub təqiyyə öyrənməyənlər çox olub.
Fazil Qəzənfəroğlunun Heydər Əliyevin heykəli önündə baş əydiyini görməmişəm. Çünki buna heç ehtiyac da yoxdur. Çünki siyasi, dini əqidəsini dəyişən, milli və dini liderini satan bir insanın heykəl önündə sındırılmasının lüzumu yoxdur. Tip onsuz da sınıb. Adam gedib Türkiyədə nurçulara qoşulub, maliyyələşib, siyasətdə təmiz adamın qalmadığını görüb öz çirkabını başqa marşrut üzrə aparmağı düşünüb. Nurçu camaatının Azərbaycandakı missionerinə çevrilib.
Şiəyə, Şah İsmayıla, İrana ən azı mənəvi atası Fətullah Gülən qədər nifrət edən bu tipin Heydər Əliyev və İlham Əliyev haqqında “Müsavat” qəzetində verdiyi müsahibələri arxivdən tapıb dərc etdikdə növbəti dəfə təqiyyə etdiyinin, yaxud yalan danışdığının şahidi olduq. (Əlbəttə təqiyyə yaxud ağ yalan olduğu özünün ölmüş vicdanına buraxılır)
Özünü təmizə çıxartmaq istədi, amma bir daha Fətullah Gülənin törtöküntüsü olduğunu sübut etdi. Ərdoğanın dediyi kimi ya təqiyyət edir, ya da yalan danışır. Heydər Əliyev haqqındakı təhqirləri barədə yazıb ondan istəmişdik ki, bu barədə fikir bildirsin. O isə cavab verərkən bu barədə bu fikirləri bölüşdü: “O zaman biz iqtidara da, Heydər Əliyevə də düşmən münasibət bəsləyirdik, ona görə də elə bilirdik Azərbaycanı dağıtmaq istəyir, sonradan isə separatçı zehniyyətə sahib insanların necə çoxaldığını görəndə anladıq ki, Heydər Əliyev həqiqətən böyük şəxsiyyətdir, hansı vasitələrlə olursa-olsun, bu ölkənin parçalanmasına yol verməyib.” Onun Heydər Əliyev və İlham Əliyev haqqında dedikləri təhqiramiz sözlər isə “Müsavat” qəzetində 2003-cü ildə, yəni İlham Əliyevin qaşla göz arasında əvvəl baş nazir, sonra prezident seçildiyi dönəmdə çap edilib. (nümunə üçün bax; “Yeni Müsavat” № 209(2136) 6 avqust 2003 və “Yeni Müsavat” № 278(2205) 14 oktyabr 2003)
Əqidə və davasını satan bu tipin bir vaxtlar səsləndirdiyi fikirləri sındırılmış insanlara məxsus bir şəkildə izah etməsi isə onun nurçu əqidəsinə sadiq qalaraq təqiyyə etməsini və ağ yalan danışmasını bir daha ortaya qoymuş oldu. Şiə, Şah İsmayıl barədə olan yalanlarına bir yalan da əlavə edildi. İndi əlli yaşlarında ağ yalan danışan təyinatlı deputat Allah bilir öz seçicilərinə (əlbəttə onun təyinatlı deputat olması şübhəsizdir, sözgəlişi yazdıq) nə qədər yalanlar danışıb.
Yalanı isə ondan ibarətdir ki, deyir Heydər Əliyevə də düşmən münasibət bəsləyirdik, ona görə də elə bilirdik Azərbaycanı dağıtmaq istəyir, sonradan isə separatçı zehniyyətə sahib insanların necə çoxaldığını görəndə anladıq ki, Heydər Əliyev həqiqətən böyük şəxsiyyətdir. Hamımız bilirik ki, Fazil Mustafanın təmsil olunduğu Elçibəy komandası ölkəni, xalqı Heydər Əliyevin ixtiyarına qoyduğu andan etibarən Heydər Əliyevin gördüyü iş elçibəyçiləri, mütəllibovçuları, ümumiyyətlə qeyri-əliyevçiləri siyasi səhnədən uzaqlaşdırmaq və öz komandasını, keçmiş əlaltılarını vəzifəyə gətirməkdən ibarət oldu. Hətta, Kələkiyə gecənin bir aləmi qaçmış prezidentin səlahiyyətlərini icra etməyə başlayanda artıq qısa bir zamanda prezident olacağı məlum idi. İkinci prezidentliyi dövründə (1998) isə artıq öz hakimiyyətinin sütunlarını möhkəmlətmişdi. Artıq Əliyev komandası tam kadro ilə dövlətin ali postlarına yiyələnmişdi. O zamana qədər isə separatçı kimi tanınan Əlikramları, xain elan edilən Rəhimləri, Həmidovları, Mütəllibovları zərərsizləşdirilmişdi. Başqa sözlə ölkənin bölünmə təhlükəsi deyə bir şey qalmamışdı. Artıq yeni dövr – postları, sərvəti bölmə dövrü başlamışdı. Yalançı deputat isə nəinki o zamanlar bu gün Heydər Əliyev barədə dediyi müsbət sözləri demirdi, üstəlik 2003-cü ildə dərc edilən səviyyəsiz müsahibələrində Heydər Əliyevi təhqir edirdi. 2003-cü ildə isə Heydər Əliyev artıq dünyasını dəyişmişdi. Bəs Fazil Mustafa ata Əliyevin hansı müsbət islahatlarından danışır? Halbuki o, Heydər Əliyevin Azərbaycanı bölmək istəyən separatçılardan təmizləmə əməliyyatını heç olmasa 98-ci ilə qədər görməli və ona “beyət əli” uzatmalı idi. O isə 2003-cü ilə qədər Əliyevlərə əl əvəzinə dil uzadırdı.
Dediklərinin hamısının ağ yalandan başqa bir şey olmadığı məlumdur. Yaxşı olardı ki, dediklərini danmamağa cürət etdiyi kimi heç olmasa inandırıcı söz danışardı. Əks halda sındırıldığı, yaxud pula, şöhrətə, mandata satıldığı gün kimi aydındır. Bunu inkar etmək üçün gərək Qəzənfəroğlu kimi bəsirətsiz olasan.




  • Yazılıb
  • da (də) 2017 Jan 31
  • Göndərən مدير سايت Aran News