Arannews- REAL Hərəkatının icra katibi Natiq Cəfərli yanvarın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
O, deyib ki, dindirilmə2 saat yarım davam edib: «Əsas suallar İranın Azərbaycandakı səfirliyinin katibinin yanvarın 19-da REAL-ın ofisinə gəlməsidir. Biz də sualları cavablandırdıq».
Natiq Cəfərli dindirilmənin təfərrüatları haqda geniş danışa bilməyəcəyini söyləyib.
Yanvarın 27-də virtualaz.org saytında Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yayılıb.
Yazıda iddia olunanları REAL rəsmiləri qətiyyətlə rədd edirlər.
REAL-ın icraçı katibi Natiq Cəfərli məqalədə deyilənləri “cəfəngiyyat, sərsəmləmə” adlandırıb.