Tarix : 2017 Jan 31
Kod 51167

Dilqəm Əsgərovun Səhhətində ciddi problemlər var

Dilqəm səhhətində ciddi problemlərin olduğunu, vəziyyətinin pis olduğunu...
Arannews- Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib.
O, məktubunda xəstə olduğunu, ürəyində, başında və sağ ayağında şiddətli ağrıların olduğunu bildirib.
Bu barədə girovun qardaşı Sahib Musayev məlumat verib. Onun sözlərinə görə, Dilqəmin səhhətində ciddi problemlər var.
“Qardaşım məktubuma cavab yazıb. Heç də yaxşı xəbər almamışam. Dilqəm səhhətində ciddi problemlərin olduğunu, vəziyyətinin pis olduğunu yazıb. O, məktubunda xəstə olduğunu, ürəyində, başında və sağ ayağında şiddətli ağrıların olduğunu bildirib. Qeyd edib ki, xəstəliyinə görə, hazırda müalicə alır, ona iynə vururlar. Dilqəmin səhhətinə görə çox narahatıq”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.




  • Yazılıb
  • da (də) 2017 Jan 31
  • Göndərən مدير سايت Aran News