Tarix : 2008 Jun 08
Kod 5117

Qusarda sovet dövrünə aid silah-sursat tapılıb

silahlar yarı çürümüş vəziyyətdə polietilen torbanın içində tapılıb
Azerbaijan Servisi/Aran Agentliyi
Dünən gecə saat 21:40-radələrində Qusar rayonunda hərbi sursat tapılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hərbi sursatlar «Bənövşəli göl» deyilən sahənin yanındakı meşə massivindən tapılıb. Qusar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi Arzu Süleymanovun ANS PRESS-ə verdiyi məlumata görə, silahlar yarı çürümüş vəziyyətdə polietilen torbanın içində tapılıb. Tapılan silahların içərisində alışdırıcısı ilə birlikdə 4 ədəd "F1" əl qumbarası, 1 ədəd "RQ 43" markalı qumbara alışdırıcısı, 1 ədəd tank əleyhinə qumbara alışdırıcısı, 2 ədəd minatan mərmiyə bənzəyən konusvari partlayıcı var. Tapılan silahlar aparılan araşdırmalardan sonra DİN-nin silah anbarına təhvil veriləcək. Arzu Süleymanovun sözlərinə görə, tapılmış silahların 1989-90-cı illərdə əraziyə basdırıldığı güman edilir. Belə ki, silah sursatların olduğu polietilen torba həmin dövrlərə aiddir.
Faktla bağlı araşdırmalar davam edir.
  • Yazılıb
  • da (də) 2008 Jun 08