Tehran-Bakı ikitərəfli reysinin açılış mərasimində İranın Azərbaycandakı səfiri və aviaşirkətin nümayəndələri iştirak edəcəklər.
Arannews- Bu il fevral ayından etibarən İranın "Mahan" aviaşirkəti Azərbaycana birbaşa uçuşlar təşkil edəcək.şirkətin təşkil etdiyi Tehran-Bakı aviareysinin ilk sərnişinləri fevralın 1-də Bakı Hava Limanında yerli vaxtla saat 09:50-də olacaq.
Tehran-Bakı ikitərəfli reysinin açılış mərasimində İranın Azərbaycandakı səfiri və aviaşirkətin nümayəndələri iştirak edəcəklər.
Məlumata görə, reyslər çərşənbə və şənbə günləri daxil olmaqla, həftədə 2 dəfə, mart ayından başlayaraq isə cümə günü də daxil olmaqla, həftədə 3 dəfə həyata keçiriləcək.
Qeyd edək ki, hazırda İranın "ATA" aviaşirkəti Tehran-Bakı reyslərini həyata keçirir.