Tarix : 2017 Feb 01
Kod 51175

Şiələrin məhvinə yönəlmiş vəhhabi dövlətlərinin siyasətlərinin Azərbaycanda təkrarlanması (1-ci hissə)

Əhalisinin 85 faizinin şiələrdən təşkil olunduğu bir ölkədə dövlətin şiəliyə qarşı siyasəti nəticə verə bilərmi?
Arannews tru ngo –a istinadən- Azərbaycan Respublikasında şiə fəallarının əzilməsinin davamı olaraq Bakı Ağır Cinayətlərə dair Məhkəməsi ölkənin şiə fəallarından 15 nəfərini, o cümlədən Müsəlman Birliyi Hərəkatının rəhbəri höccətülislam Taleh Bağırzadəni uzunmüddətli həbs cəzasına məhkum etdi.
APA agentliyinin raportuna əsasən hərəkatın rəhbəri Hacı Taheh Bağırzadə və müavini Abbas Hüseynov 20 il həbs cəzasına məhkum oldular ki, onun yeddi ilini qapalı və özəl şəraitdə keçirməlidirlər. Barəsində qaldırılan cinayət işinin Nardaran hadisəsi ilə əlaqəsi olmayan AXC partiyasının sədr müavini Fuad Qəhrəmanlı 10 ilə məhkum olundu.
Qeyd edək ki, Hacı Taleh Bağırzadə və Müsəlman Birliyi Hərəkatının bir qrup fəalları, həmçinin də bir neçə Nardaran əhalisi 2015-ci il 26 noyabrda təhlükəsizlik qüvvələrinin Nardaranda Ərbəin münasibətilə təşkil edilən əza məclisinə hücumu zamanı yaxalanmışlar. Azərbaycan Respublikasında bu fəal şiə qrupuna qarşı məhkəmədə sübuta yetirilməyən silah daşımaq kimi əsassız ittihamlar irəli sürülmüşdür.
2016-cı il Azərbaycan Respublikasında multikulturalizm ili elan olunandan etibarən ölkə əhalisinin 85 faizini təşkil edən şiələrə qarşı azar-əziyyətlər və təzyiqlər artmışdır. Amma eyni zamanda onlarla sionist müəssisəsi bu ölkədə meydan sulayır və işğal olunmuş Fələstindən sonra Azərbaycanı özləri üçün ikinci əmin-amanlıq yeri hesab edirlər. Azadlıq qəzetinin internet portalının raportuna əsasən höccətülislam T.Bağırzadənin hokum oxunmazdan əvvəl onun tərəfdarlarından olan iki gənc gecə ikən itmişdi ki, onlardan Rövşən Məmmədəliyev adlı biri 30 gün həbsə məhkum olunmuşdu. Azərbaycan Respublikası Müsəlman Birliyi Hərəkatının rəhbərlərinə və fəallarına qarşı aylarla dırnaq arası mühakimədən sonra verilən ağır hökmlər on gün bundan qabaq oxunmalı idi. Lakin bəlli olmayan səbəblər üzündən yubandı.
Azərbaycan Respublikası fəal şiələrinə qarşı ağır hökmlərin verilməsi İranın Qərbi Azərbaycan əyalətinin icra başçısı Qurbanəli Səadətin başçılıq etdiyi heyətinin Bakıda Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşünə, eləcə də xarici işlər nazirinin müavini Rəhimpurun Xəzər iclasında iştirak etmək üçün Bakıya etdiyi səfərə təsadüf etməsi belə bir fikri gücləndirir ki, hansısa Azərbaycan rəsmiləri, şiələri İrana bədbin eləmək və Tehranın onları müdafiə etməməsi fikrini aşılamaq üçün bu metoddan istifadə etmişlər.
Həmçinin Azərbaycan Respublikası dövləti İmam Xomeyni məscidinin keçmiş pişnamazının ölkədən çıxmasına da qadağa qoymuşdur. “İslam-azəri” internet portalının verdiyi məlumata əsasən Bəlbələ kəndində yerləşən imam Xomeyni məscidinin keçmiş pişnamazı Hacı Mənsim Novruzovu Məşədə getmək və Qumda tələbə oğlunu görmək üçün səfərə çıxmaq istədikdə Azərbaycan Respublikası Astara gömrük idarəsinin məmurları onun Azərbaycan Respublikasından çıxmağa icazəsi olmadığını bildirmişlər. Gömrük məmurları, güc strukturlarından birinin Hacı Mənsim Novruzovun ölkədən çıxmamasına dair əmr verdiyini bidirərək təfərrüatları açıqlamaqdan çəkinmişlər.
Qeyd edək ki, ölkənin gömrük məmurları ötən ilin yayında Mənsim Novruzovun Qum elmiyyə hövzəsində təhsil alan oğlu Hacı Nurulla Novruzzadəyə də Azərbaycan Respublikasına giriş icazəsi verməmiş və bildirmişdilər ki, onun bu ölkəyə girişinə qadağa qoyulmuşdur. Nurulla Novruzzadənin həyat yoldaşı əlaqədar dairələrdən bunun səbəbini soruşduqda onlar da bu tələbənin girişinə qadağa qoyulduğunu təsdiq etmişdilər. Onu da qeyd edək ki, Hacı Mənsim Noruzzadə “milli-mənəvi dəyərlərin din cəmiyyəti”nın banisi və şərlənərək 12 il həbsə məhkum olan və hal-hazırda həbsdə olan hacı Abgül Süleymanovun qayınatasıdır.
Eyni halda Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsinin (DİDK)sədr müavini Gündüz İsmayılov deyib ki, dini tələbələrinin xaricdə təhsil almağa göndərilməsinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sərəncamındadır və QMİ-nin qəbul etdiyi qanuna əsasən ötən altı-yeddi il ərzində din təhsili almaq üçün xarici ezamiyyətlər dayandırılmışdır.
Gündüz İsmayılov “Modern.az” saytına deyib: “Əlaqədar icra təşkilatı olan QMİ-nin müvafiq qanununa əsasən ötən altı-yeddi il ərzində tələbələrin xarici din müəssisələrində təhsil alma ezamiyyəti rəsmən dayandırılmışdır”. O, əlavə etmişdır: “Tələbələrin din təhsili almaq üçün xaricə ezamiyyəti QMİ-nin sərəncamına verilsə də həmin qanuna əsasən DİDK-dən və Təhsil Nazirliyindən də icazə alınmalıdır. Əlbəttə son illərdə din təhsili üçün xaricə göndərilən olmamışdır. Lakin şəxsi şəkildə bəzi adamların din təhsili almaq üçün xaricə getmə ehtimalı vardır”.
Gündüz İsmayılov xaricdə din təhsili almışlara qarşı mənfi görüşün formalaşması haqqında demişdir: “Elə deyildir ki, xaricdə dini təhsil alan bütün adamlara zərərli şəxslər kimi baxılır, yaxud da onları digər ölkələrin mənafeyinin müdafiəçisi kimi qiymətləndiririk. Yox, xaricdə təhsil alanların arasında da öz vətənlərini və dövlətini sevənlər vardır! Biz isə dəfələrlə demişik ki, xaricdə din təhsili almaqdansa öz ölkəmizin təlim səviyyəsini inkişaf etdirməliyik. DİDK və QMİ bu sahədə əməkdaşlıq edirlər”.
Qeyd edək ki, Azərbaycan Respublikası dövlətinin şiələrə qarşı təşəbbüsləri Bəhreyndə, Ərəbistanda, Nigeriyada və s. ölkələrdə şiələrin əzilməsi kimidir. Bu əzilmələrin ortaq cəhəti – başda ABŞ və İsrail olmaqla bu işdə Qərb dövlətlərinin əlinin olmasıdır. Bu məqalənin ikinci hissəsində həmin mövzunu araşdıracağıq.


  • Yazılıb
  • da (də) 2017 Feb 01
  • Göndərən مدير سايت Aran News