Tarix : 2017 Feb 02
Kod 51177

İranın dəmiryolu şəbəkəsi Azərbaycan və Rusiyaya birləşdiriləcək

İranın dəmiryolu şəbəkəsinin Astara vasitəsi ilə Azərbaycan Respublikası dəmiryoluna birləşməsi ilə İrandan ixracat malları dəmiryolu vasitəsi ilə və daha ucuz daşınacaq.
Arannews- İran İslam Respublikası rabitə və informasiya texnologiyaları naziri deyib: 2017-ci il mart ayının sonunadək İranın dəmiryolu şəbəkəsi Astara vasitəsi ilə Azərbaycan və Rusiyaya birləşdiriləcək.
Mahmud Vaizi Buşehrdə müxbirlərə verdiyi müsahibədə deyib: İranın dəmiryolu şəbəkəsinin Astara vasitəsi ilə Azərbaycan dəmiryoluna birləşməsi ilə İrandan ixracat malları dəmiryolu vasitəsi ilə və daha ucuz daşınacaq. 
İranın dəmiryolunun Azərbaycana birləşdirilməsi barədə razılaşma sənədi 2015-ci il oktyabrda iki ölkənin müştərək iqtisadi əməkdaşlıq komisiyasının Astara iclasında imzalanmışdır.


  • Yazılıb
  • da (də) 2017 Feb 02
  • Göndərən مدير سايت Aran News