İranın dəmiryolu şəbəkəsinin Astara vasitəsi ilə Azərbaycan Respublikası dəmiryoluna birləşməsi ilə İrandan ixracat malları dəmiryolu vasitəsi ilə və daha ucuz daşınacaq.
Arannews- İran İslam Respublikası rabitə və informasiya texnologiyaları naziri deyib: 2017-ci il mart ayının sonunadək İranın dəmiryolu şəbəkəsi Astara vasitəsi ilə Azərbaycan və Rusiyaya birləşdiriləcək.Mahmud Vaizi Buşehrdə müxbirlərə verdiyi müsahibədə deyib: İranın dəmiryolu şəbəkəsinin Astara vasitəsi ilə Azərbaycan dəmiryoluna birləşməsi ilə İrandan ixracat malları dəmiryolu vasitəsi ilə və daha ucuz daşınacaq.
İranın dəmiryolunun Azərbaycana birləşdirilməsi barədə razılaşma sənədi 2015-ci il oktyabrda iki ölkənin müştərək iqtisadi əməkdaşlıq komisiyasının Astara iclasında imzalanmışdır.